Ailə sakitliyinin tərbiyədə əhəmiyyəti

 
Ailə sakitliyinin tərbiyədə əhəmiyyəti

Ailə sakitliyinin tərbiyədə əhəmiyyəti

Şübhəsiz ki, ailənin tərbiyədə mühüm rolu vardır. Övladların düzgün yetişdirilməsində valideynin bu məsələyə ciddi yanaşması və ailədə sakit fəzanın olması çox mühümdür. Ailədəki nizamsızlıq, valideynlər arasında münaqişələr, ailə üzvləri arasında səmimi rabitənin olmaması - kiçik cəmiyyət olan ailədə təhlükəsizliyi pozar və saleh övlad yetişdirməyi xətərə salar. Ona görə də hədislərdən göründüyü kimi, ailədə məhəbbət təzahürü ilə yanaşı, ata ailə üzvləri ilə yaxşı rəftar etməlidir. Bu ona görədir ki, ailədə xoş rəftar etməyin xüsusi əhəmiyyəti vardır. Onun müsbət nəticəsi başqa insanlarla xoş rəftar etməkdir. Belə ki, kiçik cəmiyyət olan ailənin bütün üzvləri bir-biri ilə rabitədədirlər. Bir-birinə təsir qoyurlar. Xoş rəftar və ya pis rəftar bütün ailə üzvlərinə təsir edər. İmam Baqir (ə) bu haqda buyurub: “Hər kəs ailəsinə qarşı yaxşı hisslər və mehribanlıq bəsləyərsə, ömrü uzun olar”.

Valideyn və müəllimlərin əməli tərbiyəsinin əhəmiyyəti

Müqəddəs tərbiyə cihadında müvəffəqiyyət qazanan müəllimlər sözdə yaxşı rəftara dəvət etməklə yanaşı, saleh əməllə də dəvət edirlər. Onlar söz deməmişdən əvvəl, əməl edərlər. Başqalarını tərbiyə etməmişdən əvvəl, özlərini islah edərlər. Ona görə də övladlarının ilk müəllimləri olan valideynlər övladları ilə əməl dili ilə danışmalıdırlar.

Övladları gərək görsünlər ki, valideynlər dediklərinə əməldə riayət edirlər
. O zaman özləri də əməl edərlər. Əməlləri danışıqlarına uyğun olar.

Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, Məsum İmamların (ə) tərbiyədəki müvəffəqiyyətlərinin sirləri ondadır ki, onlar övladlarını əməllə tərbiyə edirdilər. Onlar daim dediklərini edirdilər. Bu nöqtə İmam Baqirin (ə) tərbiyə metodunda da gözə çarpır. Bu Həzrətin övladları atalarının saleh əməllərini və düzgün rəftarını görərək, onu özlərinə nümunə hesab edirdilər.

O Həzrətin (ə) iki rəftarına toxunacağıq:

1. İmam Baqir (ə) və yoxsullara sədəqə: O Həzrətin böyük övladı tərəfindən nəql edilir: “Bir gün atamın yanına gələndə gördüm ki, o, həmin gün Mədinə yoxsullarına 8 min dinar sədəqə verirdi”.

2. İshaq ibni Əmmar İmam Sadiqdən (ə) nəql edir: “Mən daim atamın yatağını açardım və gözləyərdim ki, o, yatağa girsin və yatsın. Sonra durub, öz yatağıma gedərdim. Bir gecə o Həzrət gəlməyəndə onun dalınca məscidə getdim. Bütün insanlar yatmış idi və onu məsciddə səcdə halında gördüm. Ondan başqa məsciddə heç kim yox idi”.

Övladların mənəvi tərbiyəsi

Tərbiyənin bir çox qolları vardır ki, o cümlədən cismi, əqli, ictimai, əxlaqi tərbiyəni misal göstərmək olar. Bunların içində ən mühümü - mənəvi tərbiyədir. Bizim fikrimizcə, İslami tərbiyədə bu qolun inkişaf etdirilməsi o biri qollardan daha üstündür. Bu tərbiyə növündə insanın Allah ilə rabitəsi üçün zəminə hazırlanır və nəhayətdə insan qurbi-İlahiyə çatmaq üçün tərbiyə edilir. İmam Baqir (ə) öz övladlarının mənəvi tərbiyəsində iki metoddan istifadə edərdi.

1. Zikr və Allahı yada salmaq. Zikr - insan qəlbinin Allaha diqqəti deməkdir. Bəzən söz qəlibinə tökülərək, dildə deyilər və insanın mənəvi inkişafında xüsusi rol oynayar. İbni Qədah İmam Sadiqdən (ə) nəql edir: “Atam Allahı çox yada salardı. Onunla yol gedəndə onu zikr edən halda görərdim, onunla yemək yeyəndə onu Allahı yada salan halda görərdim. İnsanlarla söhbət edəndə Allahı yaddan çıxartmazdı. Mən müşahidə etmişdim ki, onun dili daim “Lə İləhə İlləllah “kəlməsini söyləyir. Atam bizi toplayardı və bizə Allahı zikr etməyi, Onu yada salmağı əmr edərdi. Bu məsələ günəş çıxana qədər davam edərdi. Bizlərdən Quran tilavət edə bilənlərə Quran oxumağı və oxuya bilməyənlərə isə zikr söyləməyi göstəriş verərdi”.

Bu hədisdən iki mühüm nəticə çıxartmaq olar: birincisi odur ki, Həzrətin dedikləri elədiklərinə uyğun gəlirdi. Bu onu göstərir ki, İmam əvvəl özü əməl edir, sonra övladlarına Allahı yada salmağı əmr edirdi. İkinci nöqtə isə odur ki, övladları öz hallarına buraxmaq olmaz. Münasib fürsətlərdə stimul və şövq yaratmaqla onları yaxşı işlərlə məşğul etmək lazımdır.

2. Dua. Dua insanın mənəvi tərbiyəsində çox mühüm rol oynayır. İnsan dua vasitəsilə Allahla rabitə yaradır. İmam Sadiq (ə) buyurur: “O zaman ki, bir məsələ atamı qəmgin edərdi, o, övladlarını və həyat yoldaşlarını toplayar və özü dua edərdi. Onlar da “Amin!” deyərdilər”. Həmçinin Bərid ibni Maviyə nəql edir: “O zaman ki, İmam Baqir (ə) səfərə çıxmaq istəyirdi, ailəsini toplayır və bu cür dua edərdi: “Pərvərdigara! Özümü, əhlimi, malımı və övladlarımı, hazır olanları və olmayanları Sənə tapşırıram. Pərvərdigara, bizi qoru, bizləri daima sağlam et. Pərvərdigara, bizlərə Öz ətrafında yer ver, nemətləri bizdən alma, bizlərə aid olan fəziləti dəyişdirmə”.

Bu iki hədisdən məlum olur ki, o Həzrət (ə) övladlarına dua vasitəsilə Allahı yada salmağı öyrədərdi. Onlara təlim verərdi ki, tək olanda, çətinliklə üzləşəndə Allaha təvəkkül etmək lazımdır və ancaq Ondan kömək diləmək lazımdır.


Geri dön

Inciciceyi

  • 20 iyun 2011 08:51
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Twkler maraqlidi beyendim

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Musique Sage

  • 19 iyun 2011 23:47
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
menim anam pisxoluqdu deye onun da dediyi kimi usagin terbiyesi kicikliyinden baslar

piko

  • 19 iyun 2011 23:00
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
wekildekiler vapwe sakitdiler haaaa wink

lema

  • 19 iyun 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Çox maraqlı ve gözel mövzu idi.çox beyendim.twk...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

qonce

  • 19 iyun 2011 19:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur.hemiseki kimi movzulariniza soz ola bilmez...

R.M_FaNaTka

  • 19 iyun 2011 19:05
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xeberdi tesekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 64

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}