İmam Muhamməd Baqirin (Ə) övlad tərbiyəsi ilə bağlı metodologiyası

 
İmam Muhamməd Baqirin (Ə) övlad tərbiyəsi ilə bağlı metodologiyası


Tərbiyə insan üçün ən mühüm məsələlərdən biridir. Onsuz dünya və axirət səadətinə çatmaq olmaz. Məsumlar (ə) həyatları boyunca insanların hidayət çırağı olublar. Onlar tərbiyə sahəsində də ən yaxşı nümunədirlər.

Doğulandan dərhal sonrakı tərbiyə

İslamda tərbiyənin üstünlükləri ondadır ki, övlad dünyaya gəlməmişdən qabaq zəminə yaradıldığı üçün tərbiyə ilk anlardan başlayar. Körpə ana bətnində olanda, onun tərbiyəsi – mühit, ananın yediyi-içdiyi, qulaq asdığı, dediyi, gördüyü və s. barədə dinimizin bolluca tövsiyələri vardır. Bu bəhsdə isə biz, dünaya gəldikdən sonrakı dövrü ehtiva edən tövsiyələrlə bağlı xüsusi tərbiyə metodologiyasından danışacağıq. Əziz 5-ci İmam - Həzrət Muhəmməd İmam Baqirin (ə) mübarək buyuruşları əsasında övlad tərbiyəsinin mühüm nöqtələrini qeyd edək:

1.Qulağa azan və iqamənin deyilməsi və körpəyə Fərat suyunun içirdilməsi. İmam Baqir (ə) buyurur: “Yaxşı olar ki, körpənin ağzı Fərat suyu ilə açıla və qulağına iqamə oxuna”.

2. Əqiqə və ad qoymaq. İmam (ə) buyurur: “Sizin dünyaya uşağınız gələndə 7-ci günü - əgər oğlandırsa, erkək qoyun və əgər qızdırsa, dişi qoyunu - əqiqə qurbanı edin. Onun ətindən mamaçaya da verin. 7-ci günü ona ad qoyun”.

Ad qoymada ən mühüm cəhətlərindən biri də odur ki, yaxşı adlar seçilməlidir, xoşa gəlməyən adlardan çəkinmək lazımdır. Çünki yaxşı ad övladın xoşbəxtliyinə və xoşa gəlməyən ad isə onun nigarançılığına səbəb olar. İmam Baqir (ə) yaxşı və xoşa gəlməyən adlara aid bir neçə misal çəkir. O, Həzrət (ə) bu haqda buyurur: “Ən sədaqətli adlar - Allaha bəndəliyi iddia edən adlardır və onlardan ən yaxşıları - peyğəmbərlərin adlarıdır”.

Ana südünün tərbiyəyə təsiri

Övlad tərbiyəsində valideynlər əsas rol oynayırlar. Bu rol və təsir hər bir yaşda eyni səviyyədə deyildir. Tərbiyənin bəzi mərhələlərində atanın rolu mühüm olur və bəzi mərhələlərdə isə ana aparıcı rol oynayır. Ümumi olaraq, onu demək olar ki, körpə ana bətnində olanda və süd yeyən zaman ananın tərbiyəsi başlıca rol oynayır. Ancaq yeniyetmə dövründən sonra, xüsusilə də oğlanlara aid - atanın tərbiyəsi mühümdür. Ancaq bu, o demək deyildir ki, körpə süd yeyəndə atanın rolu və ya övlad yeniyetmə olanda ananın rolu mühüm deyildir. Xeyr, burada məqsəd odur ki, uşağa hansı mərhələdə kim daha çox təsir göstərə bilir.

Körpənin mühüm mərhələlərindən biri onun süd yeyən dövrüdür. Bu mərhələdə ananın birbaşa və əsas təsiri vardır. Bu mərhələdə körpəyə süd vermək ana ilə övlad arasında rabitənin yaranmasına səbəb olar. Ana südü körpənin qida və sağlamlığı üçün mühüm rol oynadığı kimi, körpələrə bəzi xüsusiyyətlərin ötürülməsində də əsas amil sayılır. İmam Baqir (ə) bu haqda buyurur: “Kütbeyin qadınları uşaqlarınıza dayə qərar verməyin, çünki süd vasitəsilə kütbeyinlik və səfehlik onlara keçə bilər”.

O Həzrət (ə) yenə buyurur: “Övladlarınız üçün gözəl dayələr seçin, çirkin üzü olan dayələrdən uzaq durun. Çünki süd (gözəllik və çirkinliyi) ötürəndir”.

Uşaq və sevgiyə ehtiyac


Sevgi - övladların körpə vaxtı ehtiyac duyduqları zərurətdir. Ona lazımi diqqət olunmasa, körpə düzgün inkişaf etməyəcəkdir. Bu sevgi uşaqlara müxtəlif yollarla ötürülə bilər: öpməklə, qucağına götürüb xoş sözlər deməklə, hədiyyə, oyuncaq almaqla və sair. İmam Baqir (ə) hər bir fürsətdə öz kiçik yaşlı oğlu İmam Sadiqi (ə) qucağına götürməklə və ona xoş sözlər deməklə sevgisini bildirərdi. Bu yolla onun sevgi ehtiyacını ödəyərdi.

O Həzrətin ən yaxın səhabələrindən olan Muhəmməd ibni Muslim nəql edir: “Mən İmam Baqirin (ə) yanında idim. Bu zaman kiçik yaşlı övladı Cəfər (ə) gəldi. Onun əlində əsa vardı ki, onunla oynayırdı. İmam Baqir (ə) onu sevərək qucağına götürdü, sinəsinə sıxdı. Ona dedi: “Atam-anam sənə fəda olsun, əlindəki çubuqla pis iş görmə və oynama”. Sonra buyurdu: “Ey Muhəmməd, məndən sonra o sənin İmamındır. Onun ardınca get və onun elmindən istifadə et. Allaha and olsun ki, o, həmin Sadiqdir ki, Allahın Rəsulu (s) onun Əhli-Beyt (ə) davamçılarının dünya və axirətdə qələbə çalacaqlarını və düşmənlərinin hər bir peyğəmbərin zamanında məlun olacağını xəbər vermişdir”. Bu zaman Cəfər (ə) gülür və üzü qızarır. Sonra İmam Baqir (ə) mənə dedi: “Ona sual ver”. Mən ondan soruşdum ki, ey Allahın Rəsulunun (s) oğlu, gülmək bədənin hansı üzvündən qaynaqlanır. Cəfər (ə) buyurdu: Ey Muhəmməd, ağıl - qəlbdən, qəm - qara ciyərdən, nəfəs - ağ ciyərdən, gülüş də dalaqdan qaynaqlanır”. Bu cavabı ondan eşidəndə yerimdən qalxdım və onu öpdüm.”
Saleh övladı tərifləmək

Övladı və onun yaxşı işlərini yerli-yerində tərifləmək - onun müvəfəqiyyət qazandığını və güclü olduğunu hiss etməyə bais olar. Eyni zamanda yaxşı işlər görmək üçün stimula çevrilər. Xüsusilə də, əgər tərif yerində olarsa və övladlarının layiqli rəftarları onlar üçün mühüm olan insanların yanında olarsa.

Əli ibni Həkəm İmam Baqirin (ə) səhabələrindən biri olan Tahir haqqında nəql edir. “Mən İmam Baqirin (ə) hüzurunda əyləşmişdim. Oğlu Cəfər (ə) onların yanına gəlir. İmam Baqir (ə) onun haqqında buyurur: “O, Allahın ən gözəl məxluqudur””. Bu hədisdən göründüyü kimi, İmam Baqir (ə) səhabəsinin yanında övladını tərifləyir.

Valideyn və övlad nəsihəti


Övladları nəsihət etmək və onlarla söhbət etmək valideynin övlada həyatda düz yol göstərməyi ilə yanaşı, övladla valideyn arasında səmimi rabitənin yaranması üçün də zəminə yaradar. Bu yolla da valideyn, xüsusilə də ata, övlada yaxınlaşa bilər. Səmimi və sevgi dolu fəzada, övladının isrəkləri və çətinliklərindən agah halda onlara düz yol göstərər. İmam Baqir (ə) də münasib fürsətdə övladları ilə söhbət edərdi. Bəzən insanların içində, bəzən də tək halda onlara nəsihət verərdi. Onlardan bir neçəsinə işarə edək:

1. İsmayıl ibni Xalid nəql edir ki, İmam Sadiqdən (ə) eşitmişdim ki, buyurur: “Atam Əbu Cəfər (ə) biz övladlarını toplayardı və bizə deyərdi: “Ey övladlarım, başqalarının hüquqlarını tapdalamaqdan çəkinin. Çətinliklərdə səbir edin. Əgər qohumlarınız sizi zərəri faydasından çox olan bir işə dəvət etsələr, yerinə yetirməyin””.

2. O Həzrətin (ə) İmam Sadiqə (ə) verdiyi tövsiyələrdən biri də bu idi: “Allah üç şeyi başqa bir üç şeydə gizlətmişdir. Razılığını itaətdə gizlətmişdir. Ona görə də heç bir itaəti kiçik hesab etmə. Ola bilsin ki, razılığı həmin itaətdə olsun. Qəzəbini və hirsini günahda gizlətmişdir, ona görə də heç bir günahı kiçik sayma. Ola bilsin ki, qəzəbi onda olsun. Övliyalarını bəndələrinin arasında gizlətmişdir, ona görə də onun bəndələrindən heç bir kəsi kiçik sayma. Ola bilsin ki, həmin bəndə onun Vəlisi olsun”.

3. O Həzrət (ə) övladına deyir: “Övladım kəsalət və qəmdən uzaq ol ki, bunların ikisi də hər bir şərrin açarıdır. Çünki əgər süst və tənbəl olsan, haqqı yerinə yetirmək istəməyəcəksən. Əgər qəmgin və qüssəli olsan, haqqa səbir göstərməyəcəksən”.

4. Sufyan Suri nəql edir ki, İmam Sadiq (ə) ilə görüşdüm və ondan istədim ki, mənə nəsihət etsin. O Həzrət (ə) buyurdu: “Ey Sufyan! Atam mənə üç şeyi tapşırmış və üç şeydən uzaq olmağımı tövsiyə etmişdir. Bu tövsiyələrdən biri o idi ki, hər kim pis dostla yol gedər, salamat olmaz. Hər kim ittiham yerinə gedər, ittiham olunar. Hər kim dilini kontrol etməzsə, peşman olar”


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:49
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

AliNikA

  • 20 iyun 2011 11:05
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Musique Sage

  • 20 iyun 2011 10:54
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah razi olsun

Inciciceyi

  • 20 iyun 2011 08:50
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

piko

  • 19 iyun 2011 22:54
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
feel Allah razi olsun xeberdide buu

Su Perisi

  • 19 iyun 2011 22:44
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

lider

  • 19 iyun 2011 21:02
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
COX GOZEL ALLAH RAZI OLSUN

COX GOZEL ALLAH RAZI OLSUN

lema

  • 19 iyun 2011 20:36
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Gözel mövzuya toxunmısan.Allah razı olsun....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sevinc ADU

  • 19 iyun 2011 20:20
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH razi olsun.Xebere gore cox sag olun.

Dj_Tural

  • 19 iyun 2011 19:27
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
xebere gore tesekkurler ALLAH razi olsun cumlemizden...

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

R.M_FaNaTka

  • 19 iyun 2011 19:08
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 52
Cəmi: 63

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}