Vacib əməllər

 
Vacib əməllər

Vacib əməllər

1462. Vacib əməllərin yerinə yetirilməsinə təşviq.

4991. Allahın Peyğəmbəri (s): «Allahın vacib buyurduğu əməllərə riayət et ki, ən təqvalı insanlardan olasan.» (əl-Kafi, c.2 , səh. 2, hədis 4)

4992. İmam Əli (ə): «Vacib əməllər! Fərizələr! Onları Allaha qaytarın ki, sizi cənnətə çatdırsın.» (Nəhcül-Bəlağə, xütbə 167)

4993. İmam Əli (ə): «Allahın sizlərə vacib buyurduğunu səylərinizin məqsədinə çevirin və sizdən istədiyi haqqını əda etmək üçün Ondan kömək və uğur diləyin.» (Nəhcül-Bəlağə, xütbə113)

4994. İmam Əli (ə): «Öz nəfsini yumşaqlıqla ibadətə vadar və onunla mülayimliklə rəftar et. Sənə edilməsi vacib buyurulan əməllərdən başqa, onunla güclə danışma və sakit, şad olan vaxtı ibadət et. Belə hallarda onları yerinə yetirməli və vaxtında əda etməlisən.» (Nəhcül-Bəlağə, məktub 69)

4995. İmam Əli (ə): «Vacib əməlləri yerinə yetirmək kimi ibadət yoxdur.» (Nəhcül-Bəlağə, hikmət113)

4996. İmam Əli (ə): «Əgər müstəhəbləri yerinə yetirməyə görə vacib əməllərdən qalırsansa, qazandığın fəzilət heç vaxt zay etdiyin vacib əməllə (onun günahı ilə) bir olmaz.» (Ğurərul-Hikəm, hədis 3793)

4997. İmam Həsən (ə): «Allah sizə ehtiyacı olduğuna görə deyil, Öz kərəm və rəhmətinə görə vacib əməlləri sizlərə vacib buyurdu. Bu, tək olan Allahın sizə rəhmət və mərhəmətindəndr. Ondan ötrü ki, təmizi çirkindən ayırsın, sinələrinizdə olanları sınasın, qəlbinizdəkiləri isə xalisləşdirsin.» (Biharul-Ənvar, c. 23, səh. 99, hədis 3)

4998. İmam Səccad (ə): «Allahın vacib buyurduğunu yerinə yetirən hər bir şəxs insanların ən yaxşılarındandır.» (əl-Kafi, c.2, səh.81, hədis 1)

4999. İmam Sadiq (ə): «Böyük Allah buyurmuşdur: Bəndəm ona vacib buyurduğum şey qədər özünü mənə sevdirməmişdir.» (əl-Kafi, c.2 , səh. 82, hədis 5)

Vacib əməllər

1463. Pak olan Allahın insanlara vacib buyurduqları.

5000. İmam Əli (ə): «Böyük Allah ədalətli (haqq olan) rəhbərlərə vacib buyurmuşdur ki, özünü kasıb camaatla eyniləşdirsin və yoxsul öz kasıblı-ğından qeyzlənməsin.» (Nəhcül-Bəlağə, xütbə. 209)

5001. İmam Əli (ə): «Pak Allah kasıbların yeməyini imkanlıların var-dövlətində vacib buyurmuşdur. Buna görə də imkanlı insan onun haqqına sahib çıxmasa, heç bir kasıb ac qalmaz.» (Nəhcül-Bəlağə, hikmət 328)

5002. İmam Əli (ə): «Allah, imanı şirkdən təmizlənmək üçün, namazı təkəbbür və lovğalıqdan uzaqlaşmaq və zəkatı (ehtiyacı olanlara) ruzi səbəbi olmaqdan ötrü vacib buyurdu.» (Nəhcül-Bəlağə, hikmət 252)

5003. İmam Əli (ə): «Allah sənin bədəninin hər bir əzası üçün vacib olan əməllər buyurmuşdur ki, qiyamət günündə onların vasitəsilə sənə qarşı şəhadət veriləcək.» (Nəhcül-Bəlağə, hikmət 382)

1464. Vacib əməllərin cəmi.

5004. İmam Əli (ə): «Allahın camaat üçün təyin etdiyi vacib əməllərin hüdud və sərhədləri ən böyük vacib əməllərdən olan beş vəzifədir: namaz, zəkat, həcc, oruc və digər dörd vacib əməlin qoruyucusu olan imamət.» (Biharul-Ənvar, c. 68, səh. 388, hədis 39)

Vacib əməllər


Geri dön

R.M_FaNaTka

  • 21 iyun 2011 01:24
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
ALLAH razi olsun

--------------------

Musique Sage

  • 20 iyun 2011 09:59
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
[color=#FF0000]Imam Eli[/color] Boyuk Allah edaletli rehberlere vacib buyurmusdu ki, ozunu kasib camaatla eynilesdirsin ve yoxsul kasibligindan qeyzlenmesin

Inciciceyi

  • 20 iyun 2011 08:39
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

petek

  • 19 iyun 2011 22:56
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
5001. İmam Əli (ə): «Pak Allah kasıbların yeməyini imkanlıların var-dövlətində vacib buyurmuşdur. Buna görə də imkanlı insan onun haqqına sahib çıxmasa, heç bir kasıb ac qalmaz.» (Nəhcül-Bəlağə, hikmət 328)


ALLAH RAZI OLSUN CUMLEMIZDAN TWK

piko

  • 19 iyun 2011 22:48
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
smile bu bawqa mesele

lema

  • 19 iyun 2011 22:39
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun....çox deyerli mövzudu.twk.....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Su Perisi

  • 19 iyun 2011 22:25
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Poppy

  • 19 iyun 2011 22:24
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
Sitat: qonce
Allah razi olsun!Tesekkur....


--------------------

qonce

  • 19 iyun 2011 22:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun!Tesekkur....

Sevinc ADU

  • 19 iyun 2011 21:48
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}