Namaz qılan qadın dırnaqlarına boya sürtə bilərmi?

 
Namaz qılan qadın dırnaqlarına boya sürtə bilərmi?

Rasulullahın (s) buyurduğu kimi təharət (təmizlik) namazın açarıdır. Ümumiyyətlə, təharəti və onun tərkib hissəsi olan qüsl, dəstəmazı yalnız namazla məhdudlaşdırmaq da doğru olmaz. Şəriətin tərtib etdiyi təharət müsəlmanı həyatı boyunca müşayət etməli, ondan heç bir zaman ayrılmamalıdır. Hətta müsəlman öldükdən sonra həyatdakı müsəlmanlar üzərində haqqlarından biri də həyatdakıların ölünü yuyub təmizləməsidir (Cənazə qüslu və onunla bağlı təmizlik işləri).

Təmizliklə bağlı daha bir məsələni xatırlatmaq istərdik. Bu da insanın Rəbbi ilə kəsdiyi əhdə aiddir. Bu əhdin də iki ana qaydası var. Birincisi, insan rəbbinə ibadət etməklə yükümlüdür. İkincisi də bu ibadətin Allahın qoyduğu qaydada olmasıdır. Buna da din deyilir (İslam dini).

“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali-İmran, 85).

Dindəki mühüm yer tutan ibadətlərdən biri heç şübhəsiz ki, namazdır. Bu, elə bir ibadətdir ki, qadınların bəzi müstəsnalı halları xaric, müsəlman hər səhər, gündüz, gecə daxil olmaqla həyatı boyunca onunla bərabər olmalıdır. Təmizlik isə namazın şərtidir. Təmizliyin qaydalarına gəldikdə, yuxarıda qeyd etdiyimiz kimi, insanın Rəbbinə boyun əyməsi, Allahın qoyduğu qaydalara uyğun olması şərtdir. Təmzilik də Allahın endirdiyi şəriətdəki qaydalara uyğun olmalıdır. Bu qaydalar çoxdur. Bunlardan bəziləri: bığların qısaldılması, saqqalın uzadılması, sünnət olunmaq, dırnaq kəsmək, böyük-kiçik ehtiyacdan sonra müəyyən yerləri yumaq, paltarı nəcasətdən qorumaqdır. Təmizlik qaydalarından biri də qüsl-dəstəmazdır.

Qüsl-dəstəmazın şərtlərindən biri də yuyulması vacib olan bədən üzvünə suyun dəyməsidir. Bəzi maddələr var ki, bunlar suyun bədənə təmas etməsinə əngəl olur. Bunlardan biri də boyadır. Məlum olduğu kimi boya dırnaqlara çəkilir. Dırnaqlar isə qüsl-dəstəməazda yuyulması vacib olan əzalara daxildir. Çəkilən boya isə suyun dırnaqlara təmas edib onu yumasına əngəldir.

Dırnağını boya ilə boyayan adamın iki-üç çıxış yolu ola bilər. Məsələn, hər dəfə qüsl və ya dəstəmaz alanda boyanı silmək bura daxildir. Bu isə çox çətin və vaxt aparan işdir. Bəlkə də haradasa mümkün olmayan şeydir.

İkinci yol boya çəkməkdən imtina etməkdir.

Üçüncüsü isə ikisindən (boya çəkməklə təharət arasında) birini seçmək qarşısında məcbur qaldıqda lak sürtməyi tərcih etməkdir.

Başqa yollar da ola bilir. Hər şeyin doğrusunu Allah bilir.

Bütün yuxarıda qeyd etdiyimizləri nəzərə alaraq, bir daha təkrarlamaq istərdik ki, qüsl dəstəmazdan əvvəl dırnaq boyası silinmədiyi təqdirdə vacib olan təharət hasil olmaz. Çünki su yuyulması vacib olan əzalara dəymədiyi üçün qüsl-dəstəmaz səhih olmaz (yerinə yetirilmiş sayılmaz). Təharətsiz namaz səhih olmadığı üçün nəticə etibari ilə də namaz kimi ibadət də tərk edilmiş olacaq.

Buna görə demək olar ki, dırnaqları boya ilə boyamaq uyğun deyil. Əgər boya hər dəfə silinməzsə (bu isə çox məşəqqətli bir işdir), bu səbəbdən qüsl-dəstəmaz yerinə yetirilməyəcək, nəticədə namaz kimi ibadət tərk ediləcək. Bu təqdirdə boya sürtmək haram olur. Çünki namaz qılmamaq ən böyük günahlardan olduğu kimi, onun qılınmasına əngəl təşkil edən hər hansı bir şey haramdır. Dırnaq boyası sürtmək də namazın qılınmasına əngəl olduğu təqdirdə haram olar. Doğrusunu Allah bilir.


Geri dön

pure love

  • 22 iyun 2011 23:36
  • Məqalə: 0
  • Şərh: 70
  • Bal:
xeyr olmaz destamaz alanda dirnaga su deymelidi ona gore de olmaz

R.M_FaNaTka

  • 21 iyun 2011 01:23
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xebere gore tesekkurler maraqli idi

--------------------

yaz yagmuru

  • 20 iyun 2011 15:23
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}
men cox vacib olan bir xəbər idi tsk edirəm

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

DOQRULAR

  • 20 iyun 2011 15:05
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
SkYlInE,
InshaAllah en qisa zamanda Namaz qilmaqa bashlayarsiz .inshaAllah...

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

JISTEN TIMBERLAND

  • 20 iyun 2011 12:11
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
Sitat: ..::BLacK_BLooD::..
surte biler. ama destamaz alarken silmek werti ile. twk xebere gore


--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

hazal kaya

  • 20 iyun 2011 11:54
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
TEWEKKURLER

..::BLacK_BLooD::..

  • 20 iyun 2011 11:26
  • Məqalə: 11
  • Şərh: 223
  • Bal:
{awards}
surte biler. ama destamaz alarken silmek werti ile. twk xebere gore

--------------------
Insan doğulanda Azan oxunular qulağina, amma Namazi qilinmaz... Çunki,doğulanda oxunan Azan, öldüyündə qılınacaq Azansız Namaz üçündür...
İnsan ömrü Azanla Namaz arasindakı zaman qədərdir...

AliNikA

  • 20 iyun 2011 11:02
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
Tewekkurler.mence destemaz alinan zaman silinmelidir..namazdan sonra gerekse ve de vacibse ceke biler.bir wertleki yene namaz qilanda silinsin

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

only-girl

  • 20 iyun 2011 09:25
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk mence surtmeli doy gunahdi deyriler

--------------------

Inciciceyi

  • 20 iyun 2011 08:32
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
melumata gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

aliye

  • 20 iyun 2011 01:38
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
mencede gunahdir ama ele insanlar var olar dirnaq laki cekmek.olmaz axi destemaz tsm sayilmaz laksiz qalmaq olar ibadetsiz yox ama

beyaz melek

  • 20 iyun 2011 00:22
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
TAMAMILE DOGRUDUR.TESEKKURLER MELUMATA GORE.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

GlamouR_

  • 20 iyun 2011 00:20
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
xebere gore tewkkurler maraqli ve lazimli xeberdir

--------------------

DOQRULAR

  • 19 iyun 2011 23:35
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
petek,
Elbette yeni destemaz sayilmir, destemaz sayilmayanda ise namaz da sayilmir ona gore eger dirnaqda boya varsa destemaz alarken silmek lazimdi.Bele olduq da bir gunah yoxdu inshaAllah.(En doqrusunu Allah bilir)

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

petek

  • 19 iyun 2011 23:30
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
men evvalar olmaz diye bilirdim sonra menim bir padrugam var o dediki men mollalarin boyuyunden sorusdum olarmis .namaz glmiram ve bilmirem olar ya olmaz twk.
namaz gilinirkan dirnaklara boya surulmasa daha yaxsi olar

DOQRULAR

  • 19 iyun 2011 23:30
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
breaking dawn,
Eger destemaz alanda silecekse surtmey olar.Yeni gunah boyanin dirnaqa deymesi deyil destamazin qebul olunmamaqidi.

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

Musique Sage

  • 19 iyun 2011 23:27
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
bilirdim amma dirnaq uzadan ve surtenler de var

lema

  • 19 iyun 2011 23:27
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Men ancaq toya gedende sürtürem destemaz almamışdan evvel silirem.twk...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

RaminYek

  • 19 iyun 2011 23:16
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Su Perisi

  • 19 iyun 2011 23:09
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

breaking dawn

  • 19 iyun 2011 23:02
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ozu istese surte biler mence.tsk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}