Qırılmış qəlb

 
Qırılmış qəlb

Tərəddüddə idim...Bir ağırlıq çökmüşdü ürəyimə. Unutmaq istəyirdim.
Zamanın axışına buraxmaq istəyirdim özümü. Ancaq alınmırdı… Vicdan əzabı deyəsən bu idi. İştaham qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələr və xəyallar gedərək məni əsir etmişdi. Artıq ruhumun düz ortasında məhkəmə salonu qurulmuşdu.
Nəfsim vəkil, vicdanım hakim, müttəhim mən, zərərçəkən bir Qırıq Qəlb...
Bir qəlb düz ortasından yarılıb iki yerə… Hər tərəfi yara içindədir. Əli ilə məni göstərir.
«Günahkar sənsən, məni qırdın» dedi.
Kimsə kənardan durmadan gülür, nəfsim isə məni müdafiə etməyə çalışır. Sən haqlı idin, haqlarını müdafiə etdin-deyir. Ancaq nəfsim nə qədər müdafiə etsə də, vicdanımın üzü gülmür. Nəfsimin səsi artıq batıb, ancaq məhkəmə salonunda hələ də məni müdafiə edir.
Qırıq Qəlb ortada dayanıb, gözlərindən yaş axır. Vicdanım məni günahkar bilir. Getdikcə böyüyən bir qayanı çiyinlərimə yükləyir. Daşıyacaqsan-deyir. Cəzam nə qədər davam edəcək deyə soruşuram. Qəlbi göstərir. «O qırıq olduğu müddətdə cəzalısan» deyir.
Bir qəlbə baxıram, bir də çiynimdəki qayaya.
Nə edəcəyəm-deyə düşünürəm. Bu zaman ağıl yanıma gəlib, qulağıma nəsə pıçıldayır. «Tək çarən var, get yanına, üzr istə, könlünü al» deyir.
Qürur çıxır qarşıma:
— Heç vaxt üzr istəmə, günahı var idi. Sən məni qırmamalısan.
— Bu daşı çiynimdən ala bilərsənmi? — deyə qışqırıram.
— Xeyr, əlimdən gəlməz — deyir.
— O zaman get!
Yenə qəlbə baxıram.O da küskün halda göz ucu ilə mənə baxır. Hafizəm qəlbin mənə etdiyi yaxşılıqları xatırladır. Getdikcə acım artır.
Səhər vaxtı iki ağ mələk yanıma gəlir. Biri təvazökarlıq, digəri mərhəmət. Qollarıma girirlər, vicdanım da arxadan itələyir, qəlbə doğru gedirəm. Yeridikcə ayağımıın altında səslər gəlir. Baxıram, qürurum və nəfsim ayaqlarımın altında parçalanır.
Qırıq Qəlbin yanına çatdım. Məsum gözləri yaşlar içində mənə baxır.
Peşmanlıq içində deyirəm:
— Əff et. Sən haqlı idin. Barışsan, söz verirəm, bir daha səni qırmayacağam.
Tərəddüdlə mənə baxır. Peşman olduğuma inanır.
Barışaq deyirəm, boynunu qucaqlayıram. Ağlayıram. O da məni qucaqlayır. Göz yaşlarım Qırıq Qəlbin üzərinə töküldükcə, çatlaqları bağlanır. Əvvəlki halına dönür. Ancaq diqqətlə baxdıqda hələ də izləri görünürdü.
— Zamanla onlar da sağalacaq-deyir.

P.S — görürsənmi, bir qəlb qırdıqda nələr baş verir? Əgər bu dəqiqə qırdığın bir qəlb varsa, əmin ol ki, təmir olunacağı anı gözləyir. Həm öz vicdanına, həm də qırdığın qəlbə bu qədər əzab vermə...


Geri dön

Su Perisi

  • 16 fevral 2012 20:32
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
tekrar xeber

--------------------

THIS IS LEGEND

  • 2 iyul 2011 16:04
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
heqiqeten superdi twk:)))

sibel12

  • 23 iyun 2011 13:47
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
ne vaxtsa,kimse kimsenin qelbini qiribsa,sen rahat ol ve emin ol ki,o ne vaxtsa temir olunacaq.


HEMISE QELBINI KIMSE QIRIBSA,KENARDAN HER HANSI ADAM SENE
BAXIB GULURSE,SEN ONU VECINE ALMA.

Inciciceyi

  • 21 iyun 2011 10:26
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi amaki menim fikrimce qirilmiw qelbi hec vaxt temir etmek mumkun diyil

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 21 iyun 2011 00:50
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkur edirem

--------------------

lema

  • 20 iyun 2011 18:59
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
qelb qıranda ferz elemek lazımdıki taxtaya mıx vurusan..sonra o mıxı ordan çıxarsaq bele izler qalacaq.yeni qelbde izler qalır.twk mövzuya göre...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

nevroz

  • 20 iyun 2011 16:23
  • Məqalə: 173
  • Şərh: 376
  • Bal:
{awards}
SEVME KI QIRILMAYAAASAANNN)))

--------------------

butterfly 90

  • 20 iyun 2011 15:48
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
cox gozel xeber idi beyendim like)))))))

Gunay43

  • 20 iyun 2011 15:44
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
tewekurler.......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}