Unuda bilərsənsə unut məni, əzizim

 
Unuda bilərsənsə unut məni, əzizim


Unuda bilərsənsə unut məni, əzizim...Ürəyinə, xatirələrlə dolu yaddaşına yalvar ki, unutsun məni. Rəssam gözlərinə de ki, əksimi ürəyinə yazmasın.Ümid dolu qəlbinə pıçılda ki, ayrılıqdan səksənməsin, daha mənim yolumu gözləməsin. Yollarıma işıq salan, qarşılamağa adət edən gözlərin qəmlənib ardımca baxmasın. Ayaqlarım büdrəyər, bir addım yeriməz. Yollar ilan olub sarılar ayaqlarıma. Unudaram doğma ünvanımı.Gileylərin şimşək olub çaxar məni. Qorxuram yağış gözlərimizə yağa. Yenə izlərimiz qoşa qala. Unudaram səni unutmağı.
Mən sənin deyiləm. Xəyalınam, yuxunam. Yuxu tək gözlərinə gecələr axıram. Aç gözlərini, əzizim. Ürəyinin qapısını titrək əllərimlə döyən mənəm. Səadət də şirin yuxudur, ayılanda itirirsən yuxuda gördüklərini.
Sən mənim deyilsən. Acı həqiqətin gözlərinə necə baxım? Bu qədər doğma ikən səndən necə ayrılım? Həzin, kədərli nəğmə tək qonmusan dodaqlarıma. Səsim səsinə qarışıb gecə-gündüz mənimlə danışır. Bu xoşbəxt dünyanı mənə bağışlayır.
Əli çıraqlı çox gəzmişdim taleyimi. Bəs niyə yoluma çıxdı özgənin qisməti...Ayrılıq imtahandır. Tanıyırıq qəlbimizdə nə doğrudur, nə yalandır. Məhəbbətlə yaşamağa, bu sevgini yaşatmağa bir ömür azdır.
Ayrılığı qınamayaq. Bilirəm görüşlər həsrətdən ağlayacaq. Bilirəm ayrılsaq, mənum günahımdır. Bağışla... unut məni. Unuda bilərsənsə.... unuda bilərəmsə...


Geri dön

Bu Menem

  • 21 iyun 2011 20:19
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
tws maraqlidi winked

Inciciceyi

  • 21 iyun 2011 10:02
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 21 iyun 2011 00:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkur edirem

--------------------

gulshen

  • 21 iyun 2011 00:06
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
Ayrılığı qınamayaq. Bilirəm görüşlər həsrətdən ağlayacaq. Bilirəm ayrılsaq, mənum günahımdır. Bağışla... unut məni. Unuda bilərsənsə.... unuda bilərəmsə...

ozlem2010

  • 20 iyun 2011 22:18
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
Sən mənim deyilsən. Acı həqiqətin gözlərinə necə baxım?

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}