Nə edəkki, Orucumuz qəbul olsun?

 
Nə edəkki, Orucumuz qəbul olsun?

Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”. “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.

İmam Sadiq (ə) buyurur: “Oruc tutdunsa, gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”.

İmam Baqir (ə) Cabirə deyir: “Ey Cabir! Hər bir kəsə Ramazan ayı daxil olarsa və o, oruc tutarsa, gecə namaza qalxarsa və bədənini günahdan qoruyarsa, gözlərini harama bağlayarsa, insanlara əziyyət verməzsə - günahlarından pak olar və anadan doğulmuş kimi olar”.

ORUCUN BƏZİ HİKMƏTLƏRİ

Həzrət İmam Sadiqdən (ə) orucun vacibliyinin səbəbini soruşurlar. Həzrət (ə) cavab verir: “Allah orucu ona görə vacib buyurmuşdur ki, kasıbla-varlı, imkansızla-qüdrətli bərabər olsunlar. Çünki varlı insan aclığın acısını hiss etmir ki, lazım olan zaman kasıba rəhm və mehribanlıq etsin. Varlı insan nə zaman nə istəsə, onu əldə edə bilir. Ona görə də Əziz və Cəlil Allah bəndələri arasında bərabərlik yaratmaq istəyir və aclığın acısını varlı insanlara dadızdırır ki, kasıblara ürək yandırsınlar və ac adama rəhm etsinlər”.

Agah olmaqla hiss etməyin arasında çox fərq var. Ancaq oruc tutan zaman, xüsusilə də gün uzun olanda və qızmar havada oruc tutan zaman kasıb insanların çəkdikləri acıların ancaq kiçik bir hissəsini hiss etmək olar.

Məsumların (ə) dəyərli sözlərində oxuyuruq: “Bu aclıq və susuzluq, Qiyamət günü Məhşər səhrasında hiss olunacaq aclıq və susuzluq üçün zəminədir”.

İmam Rza ( ə) buyurur: “Orucun vacib olmasının hikmət və sirlərindən biri də odur ki, insanlar aclıq və susuzluğun acısını dadsınlar və nəticədə özlərinin axirət dünyasındakı nalə və zarımalarını dərk etsinlər”. Hədisin davamında gəlir: “Bu əməl ona görə vacib olmuşdur ki, oruc tutan insan Allahdan qorxsun və Haqq qarşısında zəlil, xar və möhtac olsun. Oruc tutan, Haqqın rizasının axtarışında, səbir və ürfani səviyyədə qərar tutsun və çətinliklər nəticəsində özünə savab və mükafat qazandırsın, həmçinin oruc nəfsani istəkləri sındırar”.

İbadətin sirlərini və rəmzlərini dərk etməyin yollarından biri də az yemək, aclıq və orucdur.
Əmirəl-Möminin (ə) buyurur: “Əziz və Cəlil Allah beş şeyi, beş şeydə qərarlaşdırıb: izzət və baş ucalığı - itaətdə, zillət və xarlığı - itaətsizlikdə, həqiqətlər fəlsəfəsinin dərk və hikmətini - az yeməkdə, heybəti - gecə namazında və ehtiyacsızlığı - qənaətdə qərar vermişdir”.


Geri dön

ASMIYA

  • 21 iyun 2011 15:36
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
EZIYYETINIZE GORE TESEKKURLER. INS ALLAH ALLAHIN RAZILIGINI QAZANMAQ UCUN BUTUN SEYIMIZLE OF BELE DEMEDEN CALISARIQ. AMINNN...
smile

--------------------


Inciciceyi

  • 21 iyun 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ozlem2010

  • 21 iyun 2011 01:01
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
TESEKKURLER LAZIMLIMELUMATLARDIR

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

MuslimGirl

  • 21 iyun 2011 00:27
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Orucluğu səbirsizliklə gözləyirəm. Ramazan , həqiqətən də, 11 ayın sultanıdır. ALLAH razı olsun!

lema

  • 20 iyun 2011 23:49
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
avqust ayının biri on bir ayın sultanı Ramazan Ayı gelir.hamıya oruc tutmaq nesib olar inşallah.xebere göre twk hamısını bilirem.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Grace_Angel

  • 20 iyun 2011 23:16
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
İmam Sadiq (ə) buyurur: “Oruc tutdunsa, gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”.

Tewekkur edirem...Cox deyerli ve gozel xeber ucun...minnetdaram...ALLAH RAZI OLSUN Sizden...!!!

--------------------

Sevinc ADU

  • 20 iyun 2011 22:43
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.Deyerli xebere gore cox sag olun.Oruclugun gelmesini sebirsizlikle gozleyirem.Insallah her birimizeoruc tutmaq nesib olar.

Su Perisi

  • 20 iyun 2011 22:00
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
“Bu aclıq və susuzluq, Qiyamət günü Məhşər səhrasında hiss olunacaq aclıq və susuzluq üçün zəminədir”.


--------------------

MiLeyla

  • 20 iyun 2011 21:59
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 21

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}