Bakı Metrosunda 2 yenilik [foto]

 
Bakı Metrosunda 2 yenilik [foto]

Bakı Metropolitenində üçüncü xəttin tikintisinə başlanılıb.
Bu xətt Bakı Beynəlxalq Avtovağzalında tikilən metro stansiyasını paytaxtın mərkəzi - Azadlıq meydanı ilə birləşdirəcək. Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropoliteni rəisinin müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəhbəri Arif Rəsulov məlumat verib.

Yeni metro xətti 6 stansiyadan ibarət olacaq.
Xəttin ilk stansiyası «Avtovağzal», ikincisi - «Memar Əcəmi» olacaq. A.Rəsulovun sözlərinə görə, bu məqsədlə «Memar Əcəmi» keçid stansiyasına çevriləcək. Yeni metro xəttinin 3-cü stansiyası Ceyhun Səlimov küçəsində - Bakının «Papanin» adlanan ərazisində, təqribən «Xutor dairəsi»nin ətrafında olacaq. Növbəti, 4-cü stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin aşağı hissəsində olacaq. Oradan bir neçə istiqamətə - kompleksin özünə, C.Məmmədquluzadə küçəsinə, eləcə də Tbilisi prospektinə çıxışlar olacaq. Metro xəttinin 5-ci stansiyası isə şəhərin mərkəzinə - Heydər Əliyev Sarayının arxa hissəsində - hazırda salınmaqda olan «Qış bağı»nın başlanğıcında salınacaq. Bu stansiyanın 4-5 çıxışı nəzərdə tutulub. Burdan sonra metro xətti şəhərin mərkəzinə və dənizə doğru davam edəcək və Azadlıq meydanında tamamlanacaq. Azadlıqda tikiləcək stansiya xəttin sonuncu 6-cı dayanacağı olacaq.

Qeyd edək ki, artıq metronun yeni «Avtovağzal» stansiyasında 2 paralel tunelin qazıntısına başlanıb. Bu işlər Almaniya və ABŞ-dan alınmış ən müasir və bahalı qazma qurğuları - «Robbins» (ABŞ) və «Herrenknecht» (Almaniya) vasitəsi ilə aparılır.
Rəis müavininin sözlərinə görə, stansiyaların tikintisi sürətlə aparılacaq. Artıq 2015-16-cı illərdə xəttin ilk üç stansiyasının hazır olması nəzərdə tutulur. «Azadlıq meydanı»na isə metro ən geci 2018-ci ildə çatacaq. Bununla yanaşı, tikinti işlərinin sürəti yerin quruluşundan və geologiyasından asılı olacaq.
Qeyd edək ki, təsdiqlənmiş inkişaf strategiyasına əsasən, 2030-cu ilədək Bakı Metropoliteninin stansiyalarının sayının 76-a, tunellərin uzunluğunun isə 119 km-ə çatdırılması nəzərdə tutulur. Strategiyaya uyğun olaraq metropoliten sistemində 5 müstəqil metro xətti olacaq.

Artıq qatarlarda kondisioner olacaq..
Bakı Metropoliteninin şöbə müdiri Fuad Tağızadə bildirib ki, son illər Bakıda yay fəslinin çox isti keçməsilə əlaqədar olaraq, qatarların bütün vaqonlarında kondisioner quraşdırılacaq: «Artıq kondisionerləri sifariş etmişik. Onlar bütün vaqonlarda, həmçinin maşinist kabinələrində quraşdırılacaq».
F.Tağızadə sərnişinlərin təhlükəsizliyinin təmini üçün metropolitenin bütün stansiyalarında müşahidə kameralarının quraşdırıldığını da söyləyib. «Ümumilikdə 2,5 min kamera quraşdırılıb. Qatarların hər vaqonunda 4, hər stansiyada isə 40-60 kamera var», - deyə şöbə müdiri bildirib.

Bakı Metrosunda 2 yenilik [foto]

Bakı Metrosunda 2 yenilik [foto]

Bakı Metrosunda 2 yenilik [foto]

Bakı Metrosunda 2 yenilik [foto]

Bakı Metrosunda 2 yenilik [foto]


Geri dön

KriMiNaLkA

  • 21 iyun 2011 17:55
  • Məqalə: 9
  • Şərh: 197
  • Bal:
love thanks

AliNikA

  • 21 iyun 2011 13:59
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
layihe geweng layiheye benzeyi.twkler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Sirli Melek

  • 21 iyun 2011 10:05
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
İnşallah
super xəbərdi

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 21 iyun 2011 09:00
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli xeberdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lexikon

  • 21 iyun 2011 00:33
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur cox maraqli xeberdi

lema

  • 20 iyun 2011 23:08
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
7 il çoxdu men iki ilden sonra Türkiye'ye köçürem axı recourse ehh birde haçan gelerem.....twk xebere göre.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

ABIYEV

  • 20 iyun 2011 22:50
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
maraqli xebere gore tewekkurler

--------------------
))))))(((((((

petek

  • 20 iyun 2011 22:10
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
insallah olursa super olur twk

Ulya

  • 20 iyun 2011 22:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox Qeweng gorunur.amma hele 7 il gozlemeli olacayiq ki,bunu gorek))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}