Məzmunu bəlli adsız məqaləm

 
Məzmunu bəlli adsız məqaləm

9 yaşım var idi. Həyatı başa düşdüyümü sanırdım,
amma başa düşməmişdim. Hər şeyi bildiyimi, hər kəsi anladığımı düşünürdüm.
Məgər düzgün deyil imiş...Gözün önündəki pərdə böyüyüncə qalxır bunu öyrəndim.
Amma bu pərdənin qalxması o dərdsiz günlərə "sağ ol" demək imiş..
Hansı ki dünyanın dərdi-qəmindən xəbərin yoxdur, hansı ki heç bir problem səni maraqlandırmır.

İşin ancaq oyun oynamaq, yaşıdlarınla maraqlı vaxt keçirməkdir.
Amma elə ki bir az böyüdün...O zaman səni ardı kəsilməyən həyat dərsləri və sınaqlar gözləyir.
O sınaqlar ki, aldığın dərslərdən nəticə tələb edir, o sınaqlar ki, özü də bir dərsdir.
Sən geri çəkildikcə hər şey üstünə gəlir. Həyat yalnız bir şey tələb edir-İrəli get!
Nə qədər çətinliklə üzləşsən, nə qədər problemlərinə sinə gərsən, o qədər
həyata meydan oxuyacaqsan Heyif deyildimi o saf illər?!

O zaman böyümək istəyirdik, bizə "balaca" deyəndə qaşlarımızı çatıb " mən balaca deyiləm"
deyirdik. Amma indi əksinə...Əsl xoşbəxtliyi daddığımız o illəri heç kimə qaytara
bilməyəcək bizə. Bir dəfə yaşanır o illər, bir dəfə uşaq olursan.
Və hər zaman ağlında şirin xatirələr oyadan bu illər heç vaxt unudulmur.

Yetkin yaşına gəldikdə geriyə hüznlə baxırsan, kiçik bir uşaq əl sallayır arxanca...
Geri dönmək istəyirsən, ayaqların tərpənmir və irəli atılırsan. Bilmədiyin bir okeana...
Ucsuz-bucaqsız. Bilməyirsən ki, başına nə gələcək.
Amma səni sevindirən bir şey var- sevdiklərin yanındadır.
Yanında olmasalar, hər zaman sənin arxanda olduqlarını bilirsən.
Bəlkə, onlar da yoxdur. Amma yenə də həyata meydan oxuyacaq-ümidlərin,
istəklərin var. Və sonsuz həyat boyunca da səninlə olan Allahın var.

Uşaqlığa vida edirik, bəlkə, amma gələcəkdə
bizi gözləyən və bizə məlum olmayan yeni dərslərə gedirik...

P.S. Məqalə mənə məxsusdur. Ümid varam ki,
bəyənərsiniz. Pluie Without Goutte

Məzmunu bəlli adsız məqaləm


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 18:33
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
TESEKKURLER XEBERE GORE

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

winxclub_bloom

  • 1 sentyabr 2011 02:39
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}

Uşaqlığa vida edirik, bəlkə, amma gələcəkdə
bizi gözləyən və bizə məlum olmayan yeni dərslərə gedirik...


bu sozun superdi...

--------------------

THIS IS LEGEND

  • 2 iyul 2011 15:26
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
maragli di saolun..

MuslimGirl

  • 22 iyun 2011 23:08
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
JISTEN TIMBERLAND,
lema,
AMANDA_O,
Inciciceyi,
Bu Menem,
KriMiNaLkA,
asiya_760,
ibn xatun_2011,
bəyəndiyinizə çox sevindim, sizin bu rəyləriniz məni daha da ruhlandırır. 14 yaşım olarkən bir məktub yazmışdım özüm üçün ,inşallah, onu da sizlərlə paylaşacam

KriMiNaLkA

  • 21 iyun 2011 19:37
  • Məqalə: 9
  • Şərh: 197
  • Bal:
{awards}
suppperrdi...suppppeeeeeeeeeeerrdi..cox qesenqdi..biraz duyqulandim recourse

Bu Menem

  • 21 iyun 2011 13:49
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws eladi winked

Inciciceyi

  • 21 iyun 2011 12:17
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler oxudum maraqlidi ellerine sagliq

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lema

  • 21 iyun 2011 11:49
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Men hamısını oxudum ve bu meqaleni çox beyendim.xüsusende bu yazının size aid olması yazını menim gözümde daha deyerli edir.eziyyete göre teşekkür edirem....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

JISTEN TIMBERLAND

  • 21 iyun 2011 11:41
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
Ocumaga vaxt catmadi bagisda amma sonra oxuyacagam

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 36

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}