Kimsənin məni tanımasını istəmirəm

 
Kimsənin məni tanımasını istəmirəm

"Allahım! Etdiklərim üçün Səndən əcr istəmirəm və öz fədakarlıqlarımdan ötəri lovğalanmıram. Hər nəyim var idisə, Sən verdin və nə etdimsə, Sən asanlaşdırdın ki, edə bildim. Bütün qabiliyyətlərim və bütün varlığım Sənin iradənin bir nəticəsidir. Sənə təqdim edəcək, özümdən olan heç bir şeyim yox. Öz- özümə əcr işləyəcək qədər heç bir şey edə bilmədim"

Bu duanı oxduqunuz zaman yəqin zənn edəcəksizin ki, bu dua bizlərə Məsumlardan (ə) gəlib catan hansısa bir mübarək duanın müəyyən bir hissəsidir. Lakin bu dua özünü Əli (ə) məktəbini kicik şagirdlərindən sayan sıravi bir insanın Allahla olan münacatıdır.

Sizlər yəqin ki bu şəxsin kim olduqunu bilmək istəyirsininz? Bu məqalədə həmin insanın adını cəkmək istəmirəm. Necə ki, Allahla olan munacatlarının birində dediyi kimi:
"Kimsənin məni tanımasını istəmirəm. Heç kim namazlarımdan və dualarımdan xəbərdar olmasın. Ta ki, Allahdan başqa heç kim, Ondan başqa kimsə dualarıma qulaq asmasın".
O zaman sizlərdə sual yaranar ki, mən bu sətirləri yazmaqla sizlərlə nəyi bölüşürəm? Mən bu yazıda o insanın adını cəkmədən onun həyatından müəyyən anları sizlərlə bölüşmək istərdim.

Mən bu şəxs barəsində ilk dəfə müəllimimdən eşitdim. Elə o zaman bu dəyərli şəxsiyyət haqqında heyranlıqla danışan müəllimimin yanğı ve sevgi dolu hərarətli münasibətindən anladım ki, bu sıradan olan bir insan deyil. Bu yaxınlarada təsadüfən bu şəxs barəsində internet vasitəsi ilə bir az da məlumat əldə etdim və bu bir az məlumat məni bir daha onun haqqında çox düşündürdü. İcazənizlə əsas mətləbə kecmək istərdim.

Bu səxs dünyada bənzəri az olan yüksək bir elmi səviyyə malik olaraq, bir fizikaçı, elektronik mütəxəssisi kimi dünyanın ən böyük elimi mərkəzlərinin birində araşdırmaçı olaraq, Amerikanın ürəyində sosial rifahı yüksək olan bir tərzdə yaşayirdı. Qeyd etdiyim kimi, bu şəxsin maddi cəhətdən hec bir problemi yox idi. Lakin günlərin birində bu şəxs bütün bu məqamını və imkanlarını tərk edərək Allahın həmin an onu hansı məqamda görmək istədiyi məqamı secdi.

"Məchul və adsız biri olaraq, dünyada əziyyət çəkənlərin yanına gedib əziyyət və işgənclərində onlara ortaq olmaq istəyirəm".

Bu gün toplumumuzdakı insanların (ilk növbədə özümə aid edirəm) başları dünyaya qatışaraq özlərini, kimliklərini unudaraq, bunu günümüzün tələbi kimi irəli sürüb, “başqa cür mümkün deyil” sözləri ilə özlərinə təskinlik verərək yaşayirlar. Lakin bu şəxs Məsumların (ə) həyatlarından dərs götürərək bütün bu bəhanələri yersiz bildi. Və bunun üçün daima Yaradanına şükürlər etdi. Allahla olan münacatlarının birində belə deyirdi:

"Allahım! Bu səbri mənə verdiyin üçün sənə şükrlər olsun. Mənə oyun və əyləncə məclislərindən qaçıb çətinlik, bəla və təhlükələrə sığınma gücü verən Allaha həmd olsun!.."

Bütün ömrü boyu Allah ücün yaşadı və Allah ücün öldü. O, bütün həyatı boyu özünü Həzrət Əli (ə) məktəbinin kiçik şagirdlərindən hesab etdi. Münacatlarının birində belə deyrdi:

"Allahım! Bilirsən ki, ömrüm boyunca heç bir zaman Səni unutmadım. Uzaq diyarlarda yalnız Sən yanımda idin. Qaranlıq gecələrdə dərdlərimin və kədərlərimin ortağı yalnız Sən idin”.

Etdiyi dualardan göründüyü kimi, təvazökar bir insan olaraq insanların ona qarşı olan sevgisindən daima Allaha şükürlər etmişdir.

"Allahım! Sən mənə elə rəhmət etdin və elə inayət etdin ki, hüzurunda dayanmaqdan utanıram. Yenə özümü Sənin lütf və lütfkarlığına qarşı kiçik bilirəm, Sənə təşəkkür edirəm. Allahım! İnsanlar mənimlə elə söhbət etdilər, lütf və sevgiləriylə elə qarşıladılar ki, doğrusu utanıram. Allahım! Sən mənə fürsət ver, Sən mənə güc ver ki, bütün bunların altından çıxıb onların bu sevgisinə layiq olum".

Bu şəxsin şərəfli həyatından götürüləsi dərslər çoxdur. Bu şəxs Əli (ə) və xanım Fatimə (s.ə.) birlikdə yaşatdıqları və cəmiyyətə örnək olan ailə mədəniyyətini öz həyatında daima yaşatdı.

Günlərin bir-günündə ailə qurmaq ücün elci getdi. Xanımın anası ondan toydan sonra harada yaşayacaqlarını soruşur.

O, valideyn himayəsindən məhrum olan körpələrin yanında yaşayacaqlarını bildirir. Xanımın anası həmin yerə gedib baxır və stress kecirərək bir həftə xəstəxanada yatir. Daha sonra xanımın anası həmin şəxsə sual verərək deyir:

"Evlənmək istədiyiniz bu qızın necə bir qız olduğunu bilirsinizmi? Bu elə bir qızdır ki, səhərlər qalxdığında əlini-üzünü yumadan və dişlərini fırçalamadan onun yatağını biri toplamalı, önünə bir stəkan süd qoymalı və qəhvə hazırlayıb otağına gətirməlidir. Siz belə bir qızla yaşaya bilməzsiniz. Onun üçün bir xidmətçi tutmağa da imkanınız catmaz axı..."

Onun verdiyi cavab isə çox dərin və düşündürücüdür.

"Mən onun üçün bir xidmətçi tuta bilmərəm; amma söz verirəm, sağ olduğum müddətcə, oyandığı zaman yatağını yığıb, bir stəkan südü və qəhvəsini nimçədə qarşısında hazır edəcəyəm".

Xanımını dediklərinə görə o, həyati boyu verdiyi sözə sadiq qaldı. Daima xanımının qayğisına qaldı. Hər zaman xanımına qarşı lütfkar oldu. Özü qəhvə xoşlamasa da. Məhz xanımı xoşlayır deyə, xanımı ücün qəhvə dəmləyərək onun xidmətində durdu.

Günümüzdə bir cox ailələrdə ailə üzvləri arasında müxtəlif formada problemlər olur və əksər vaxtlarda bu problemlər, təəsüflər olsun ki, ailələrin dağılması ilə nəticələnir. Bu şəxs öz anlamlı həyatı ilə insanlara sübüt etdi ki, insan daima Allaha xatir ailə üzvlərinə qarşı mehriban ola bilər və Allaha xatir onların istəklərini öz istəklərindən üstün tuta bilər

Ömrünün bir hissəsini 400 nəfərə yaxın yetim körpəyə baxmaqla keçirdi.

Günlərin bir günündə, Qurban bayramında, xanımı ondan nə səbəbdən bayram günü onun atasıgilə gedərək oradakıları təbrik etmədiyini soruşdu.

Xanımına dedi ki, indi tətil olduğu üçün yetimxanadakı uşaqların bəzisi ailələrinin yanına getmişdir. 230 nəfər uşaq isə yetimxanada qalaraq, gedə bilmədilər: “Mən də onların yanından bir an belə ayrılmadım ki, valideyinlərinin yanından qayıdan uşaqlar bayram tətili barəsində qalan uşaqlara nəsə danışarkən, bunların da danışmağa bir sözü olsun”.

Xanımı ondan nə səbəbdən anasının onun ücün qoyduğu yeməkdən yeməyərək pendir-cörək yediyini soruşdu. Xanımına dedi ki, burada uşaqlar ücün bu cür yeməklərdən bişirilmədiyi ücün bu yeməklərdən yeyə bilmədi. Xanımı ona dedi ki, “sən evə gələn zaman uşaqlar yatmış olur, səni hec kim görmur”. Bu zaman həmin şəxsin gözlərindən yaş axaraq xanımına bildirdi ki, “düzdür, məni həmin an uşaqlar görməyəcək, lakin unutmaq lazım deyil ki, bizləri hər zaman Allah görür”.

Yazının bu yerində istərdim ki sizlərin nəzərinə bu şəxsin Allaha etdikləri dualarından catdırım:

“Sevincimin şiddətindən yanıram, titrəyirəm, utanıram və bilmirəm Sənə necə şükür edim. Hər şeyimi vermək istəyirəm, özümü qurban etmək və nəyim varsa təqdim etmək istəyirəm. Malım yox, mülküm yox, dərvişəm, yoxsulam. Yalnız yanan bir ürəyim var ki, onu təqdim etdim. Bir canım var ki, o da təqdim etməkdən çəkinməyəcəyım qədər dəyərsizdir.

Ya Rəbbi! Bütün bədənimlə, ürəyimlə və ruhumla özümü Sənin yolunda qurban etməyə hazıram. Bu böyük zəfərə şükür etmək üçün bütün həyatımı və varlığımı Sənə təqdim etməyə hazıram.

Mən Səndən bir şey istəmirəm. Mən bilinməyən bir əsgərəm, mən bir dərvişəm və heç bir şeyə sahib olmadan bu dünyaya gözlərimi bağlamaq istəyirəm. Bütün səyimin tək Allah razılığı üçün olmasını istəyirəm, eqoizm və eqoizmin çirkinliklərindən təmizlənmək istəyirəm. Yolu işıqlandırmaq üçün yanmaq istəyirəm.

Ya Rəbbi! Bizə yandırıcı eşqinlə birlikdə səbir və helm ver ki, yolunun çətinliklərinə gülər üzlə dözək! Ya Rəbbi! Bizi elə cəzb et ki, Səndən başqasını düşünməyək, Səndən başqasını istəməyək, Səndən başqasına tərəf üz cevirməyək və bütün eqoizmi Sənin qurbangahında qurban edək. Ya Rəbbi! Bizi dünya sevgisindən qurtar ki, Sənin qurbangahında, İbrahim(ə) və İsmayıl(ə) kimi Sənin müqəddəs hədəfin uğruna bədənimizi eşqlə qurban etməyə hazır olaq”. Həyatının son anında xatirə dəftərinə bu sözləri yazmışdır:

"Ey Böyük Allahım! Mənim üçün şəhidlik yolunu açdın və bu torpaq dünyadan mücərrəd aləmə keçə bilməyim üçün mənə bir pəncərə göstərdin, mənə həyatımın ən ləzzətli ümidini seçə bilmək və bu yolda bütün çətinlik və əziyyətlərə dözə bilməyi müyəssər etdin."

Ölumundən sonra xanımı onun xatirəsinə həsr olunmuş “Yarı gizli ay” adlı bir kitab yazdı. Bu kitab başdan-başa onun həyatından bəhs edir.

Allah bu əziz İnsana qəni-qəni rəhmət eləsin!

.P.S. Haqqında bəhs etdiyim bu dəyərli insanın adı - Şəhid Mustafa Çəmrandır.


Geri dön

music_angel

  • 11 sentyabr 2011 14:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 22 iyun 2011 10:00
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah rehmet elesin
Oxudum twkler mraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

DOQRULAR

  • 21 iyun 2011 20:32
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Chox-chox gozel ...Teshekkurler.Allah razi olsun inshaAllah.Allah hamiya bele "Allah sevgisi"nesib etsin inhsaAllah

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

justin bieber

  • 21 iyun 2011 15:25
  • Məqalə: 46
  • Şərh: 415
  • Bal:
{awards}
"Allahım! Etdiklərim üçün Səndən əcr istəmirəm və öz fədakarlıqlarımdan ötəri lovğalanmıram. Hər nəyim var idisə, Sən verdin və nə etdimsə, Sən asanlaşdırdın ki, edə bildim. Bütün qabiliyyətlərim və bütün varlığım Sənin iradənin bir nəticəsidir. Sənə təqdim edəcək, özümdən olan heç bir şeyim yox. Öz- özümə əcr işləyəcək qədər heç bir şey edə bilmədim"

lema

  • 21 iyun 2011 13:56
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Mustafa Çemranın ruhu şad olsun.o çox fedakar insan olub.Allah rehmet elesin.
Twk xeberi bölüşdüyüne göre....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

YazYamuru

  • 21 iyun 2011 13:39
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeeee
ne deyek Allah rehmet eylesin bütün $ehidlerimize..
....

heeeee
ne deyek Allah rehmet eylesin bütün $ehidlerimize..
....

--------------------



MuslimGirl

  • 21 iyun 2011 13:37
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razl olsun! İnşallah, tam oxuyacam.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 37

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}