Bilməzdim xəyanət belə şirin olarmış

 
Bilməzdim xəyanət belə şirin olarmış

Bilirsən...? Mən sənə xəyanət edirdim. Həmişə...
Bilməzdim xəyanət belə şirin olarmış...
Məni günahlandırmağa haqqın yoxdur. Bütün sənin
hərəkətlərinin qarşılığında bunları edirdim. Hər dəfə...
Elə bir gün, ay olmayıb ki, sənə xəyanət etməyim....


Düşünürsən səni sevmədiyim üçün xəyanət edirim sənə? Yox,əsla...
Elə səni sevdiyim üçün hələ də xəyanət edirəm sənə.
Yoxsa, çoxdan çıxıb getmişdim səndən. Bilmək istərdinmi kimlərlə
xəyanət etmişəm sənə? Yadına sal, azmı ağlatdın məni? Göz yaşlarımda boğularaq qaçdım...

Hər ağladığımda göz yaşlarımı qurutmaq üçün YAY fəslinə qaçdım...
Üşüdüyümdə məni isidirdi, göz yaşlarımı qurudurdu... Qızmar günəşin işığı
qaranlıq dünyamı işıqlandırırdı... Yadına sal, azmı qışqırırdın üstümə?
Hər sözün bir alov olub ürəyimi yandırırdı. Od tutub alışıb yanırdı ürəyim.

O zaman mən PAYIZ fəslinə qaçırdım... Yaralarımı sərinlədərdi, yağışın damcıları ilə
söndürərdi içimdəki o alovu... Sakitlik tapardım, rahatlıq tapardım... Yadına sal...
Azmı deyirdin ayrıldıq, hər şey bitdi, gedirəm...? O zaman bilmirdim sevinim,
gülüm, yoxsa ağlayım? Belə olduqda mən BAHAR fəslinə gedirdim...

İlıq təbəssüm bəxş edirdi mənə. Heçnə düşünmədən gülümsəməyi öyrədirdi mənə...
Sevinc bəxş edirdi bəhanəsiz, səbəbsiz... Bax sənə hər zaman fəsillərlə
xəyanət edirdim. Fəsillərlə yaşayırım. Bir tək heç zaman qış fəslinin yanına getmədim...
Əvvəllər ora səninlə getməyi arzulayardım. O ağ bəyaz qar gəlinliyim olacaq deyə...
Amma artıq qərara gəldim qış fəslinə tək gedəcəyəm.
Artıq sənin yox, mən AZADLIĞIN nişanlısıyam....

Siz heç xəyanət etmisinizmi?

Fikirləriniz...


Geri dön

NELLY19

  • 28 iyul 2011 13:47
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli-xeber-ucun-tewekkurler

Bu Menem

  • 21 iyun 2011 13:53
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
gelsin uzume seni sevmirem desin raziyam amma xeyanet etmesin tws winked

CrazyGirl

  • 21 iyun 2011 12:52
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Eger insan sevdiyine xeyanet edirse demeli hec sevmir o.Prosta sevirem deyib oizunu aldadir.Esl seven insan xeyanet etmezZz!!!

--------------------
Sən varsansa həyat çox gözəl!

Inciciceyi

  • 21 iyun 2011 12:10
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lema

  • 21 iyun 2011 11:54
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Xeyanet neceliyinden asılı olmayaraq çox pis bir şeydir.Men buna qarşıyam.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

JISTEN TIMBERLAND

  • 21 iyun 2011 11:50
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
Suppaa

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}