Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)

 
Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)

6-Təqva:
Nəfsi qadağan olunmuş şeylərdən, günah və çirkin işlərdən qoruyub saxlamağa “təqva” deyilir. Hər kəs həqiqi təqvaya malik olmaq istəyirsə, bütün günahlardan çəkinməli və vacib olan əməlləri yerinə yetirməlidir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanların cənnətə getməsinə səbəb olan şeylərin ən mühümü Allah qarşısında təqva və gözəl əxlaqa malik olmaqdır.” (“Biharul-ənvar”, 71-ci cild, səh. 373)
İmam Sadiq (ə)-dan təqvanın təfsiri barəsində soruşduqda, Həzrət buyurdu: “Təqva budur ki, Allah-taala səni, əmr etdiyi işlərdə və yerlərdə qaib, qadağan etdiyi yerlərdə isə hazır görməsin. (“Səfinətul-bihar”, 2-ci cild, səh. 278)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)

7-Arzu:
İnsan ümid və arzu ilə yaşayır, bunlarsız yaşamaq mənasızdır. Dünya və axirət üçün mənfəəti və xeyri olan şeylərə “arzu” deyilir. Arzu insana sevinc gətirir. Təkamül və irəliləyişlə birgə olan arzu “düzgün arzu” hesab olunur.
Qurani-kərim insana ömrünü boş yerlərə sərf etməməsini, ümid və arzu ilə yaşamasını göstəriş vermişdir.
Düzgün olmayan arzu insanın özündən sonra yadigar olaraq xeyirxah bir iş qoymaq əvəzinə, fani dünyanın maddi ləzzətlərinə çatmasına himmət göstərməsidir.
İmam Əli (ə) buyurmuşdur:
“Bilin ki, arzu insanın əqlinin qəflətdə qalmasına və Allahı yaddan çıxarmasına səbəb olur.” Həmçinin buyurmuşdur: “Hər kəs qəlbini dünya məhəbbətinə bağlasa, üç şeyə mübtəla olar: 1-Tükənməz qəm-qüssəyə. 2-Ondan ayrılmayan tamaha. 3-Nail ola bilməyəcəyi arzuya.

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)

8-Təvəkkül:
Acizliyi bildirmək və başqasına arxalanmaq “təvəkkül” adlanır. Allaha təvəkkül edən şəxs Allahdan qeyrisindən üz çevirir, insanlara göz dikmir və onlara ümid bəsləmir; yalnız Allahdan kömək diləyir, Onun qüdrəti haqqında fikirləşir, heç kəs onun haqq söz deməsinin qarşısını ala bilmir və özü də haqq danışmaqdan boyun qaçırmır.
Allaha təvəkkül etmək qəlbi sakitləşdirir və qəm-qüssəni aradan aparır.
Merac gecəsi Cəbrail Həzrət Peyğəmbər (s)-dən “Allaha təvəkkül etmək nə deməkdir?” – deyə soruşduqda, o həzrət buyurdu: “Təvəkkül yaranmışların (müstəqil şəkildə) heç bir xeyir və zərər yetirə bilməməsini başa düşməkdir.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)

9-Aclıq:
Qurani-kərim ac qalmağı bir növ imtahan kimi qələmə vermişdir.
Aclığa dözən şəxs həqiqi mömindir. Ac qalmaq insanın əxlaqının düzəlməsinə, təfəkkür qüvvəsinin inkişaf etməsinə və az yemək həyat boyu orqanizmin rahatlığına səbəb olur.
Çox yemək insanın düşüncəsini və fikrini artırmır. Rəvayətdə bəyan olunduğu kimi, aclıq hikmət bulududur və ac qalan şəxsə hikmət yağışı yağar.
Əbuzər demişdir:
“Allaha and olsun, hər cümə günü mənim yeməyim bir sa arpadan çox olmur.”
Əbu Süleyman demişdir:
“Dünyanın açarı tox olmaq, axirətin açarı isə ac qalmaqdır. Ac qalmaq insanın hikmətli olmasına səbəb olur və ariflərin xüsusiyyətlərdən biridir.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)

10-Bəla:
Hər bir bəla həqiqəti dərk etmək üçün bir təcrübədir. İnsanlar onun vasitəsilə imtahana çəkilir, kimlərin şükr edən və kimlərin nankor və səbirsiz olduğu ayırd edilir.
Hər kəs onun Allah tərəfindən olduğunu qəbul etməsə, taqətsizlik göstərib küfr edər.
Böyük filosof və arif Günabadi deyir:
“Allah tərəfindən olan bəla həqiqətin batildən seçilmə vasitəsidir. İlahi imtahan, əgər insanın sevincinə səbəb olsa, şükr; yox əgər zərərə düşməsi ilə nəticələnsə, səbir etməlidir. Deməli, həm nemət, həm də möhnət bir bəladır, nemətin müqabilində şükür, möhnətin müqabilində isə səbir etmək lazımdır.

Bəzən imtahandan məqsəd bir neçə məsələ ola bilər:


a) Sədaqəti bildirmək:
Buna həzrət İbrahim (ə)-ı misal göstərmək olar. Belə ki, ondan var-dövlət alındıqda və oğlu İsmailin başını kəsməyə əmr olunduqda, səbir edib Allah qarşısında özünün sədaqətini və həqiqi imanını aşkar etdi.

b) Cəza imtahanı:
Bu imtahanın səbəbi imanın zəifliyi, onun nəticəsi də bədbəxtliyə düşməkdir. Buna İblisi misal göstərmək olar. Belə ki, o, Allah əmrinə qarşı çıxdığından, Haqq dərgahından qovuldu.

v) Yüksək məqamlara çatmaq üçün imtahan vermək:
Bu imtahanın vasitəsilə insan yüksək və uca məqama nail olur. Buna həzrət İbrahim (ə), həzrət Əyyub (ə)-ı, digər peyğəmbərləri və övliyaları misal göstərmək olar. Belə ki, Nəmrud həzrət İbrahim (ə)-ı oda atdı və o da buna səbir edib imamət məqamına nail oldu. Həmçinin Əyyub (ə) müxtəlif xəstəliklər və bəlalara düçar olduqda, səbir edib, Allah yanında uca məqama malik oldu.

q) Həqiqətin aşkar edilməsi məqsədilə imtahan etmək:
Buna həzrət Peyğəmbər (s)-lə pıçıltı ilə söhbət edən şəxsin sədəqə verməsini misal göstərmək olar.

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (6-10)


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:59
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 22 iyun 2011 09:45
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Poppy

  • 21 iyun 2011 16:56
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
Alla razi olsun

--------------------

lema

  • 21 iyun 2011 14:58
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
O defe beşini öyrenmişdim.Artıq 10u haqqında melumatım var.eziyyetinize göre teşekkür edirem.Allah razı olsun.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

GORUCU

  • 21 iyun 2011 14:31
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
men acigi vaxt edib yazilanlari oxuya bilmedim ama burda QURANI KERIMIN adi cekilirse demeli her wey cox gozeldi

El3ktra

  • 21 iyun 2011 14:13
  • Məqalə: 3
  • Şərh: 191
  • Bal:
{awards}
teskkur belay

--------------------
Araba motorsuz, yumurta tuzsuz, gökyüzü kuwsuz, ağac susuz, fatmagül sucsuz bende sensiz olamam

Ulya

  • 21 iyun 2011 14:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Ellerine sagliq cox gozel yazidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}