Azərbaycan zəlzələdən 15-20 saat qabaq xəbər tutacaq

 
Azərbaycan zəlzələdən 15-20 saat qabaq xəbər tutacaq

Azərbaycan zəlzələdən 15-20 saat qabaq xəbər tutacaq

Azərbaycanda zəlzələləri 15-20 saat qabaqcadan proqnozlaşdırmaq mümkün olacaq.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi institutda istismarı dayandırılmış neft quyularının polad borularından akustik kanal kimi istifadə etməyin mümkünlüyünün elmi əsasları və onun əsasında zəlzələni yaradan anomal seysmik proseslərin monitorinqinə imkan verən seysmoakustik telemetrik stansiyanın qurulma prinsipləri hazırlanıb. Stansiyanın eksperimental variantı Qum adasında 3500 m dərinlikli 5 nömrəli neft quyusunda quraşdırılıb və istismara verilib. Alınan eksperimental nəticələr göstərib ki, stansiya zəlzələdən 15-20 saat əvvəl onu yaradan anomal seysmik prosesi qeyd etmək imkanına malikdir.

T. Əliyev bu prosesin necə baş verməsinin elmi izahını da verib: “Anomal seysmik proseslər zamanı iki cür dalğalar yaranır. Bu dalğalardan biri seysmik, digəri isə seysmoakustik dalğalardır. Bu dalğalardan heç biri yerin səthinə gəlib çatmır. Birinci dalğanın gücü çatmır, ikinci dalğanın isə tezliyi yüksəkdir. Seysmik dalğalar kritik həddə çatanda partlayış baş verir və bu zaman seysmik stansiyalar zəlzələnin olduğunu qeyd edirlər. Zəlzələnin başlanmasının gizli dövrünün monitorinqini aparmaq üçün istismarı dayanmış neft quyuları çox yararlıdır. Azərbaycanda çox neft quyuları var ki, istifadə olunmur. Onlar 3-6 km dərinlikdə yerləşir. 200-300, hətta bəzən 400-500 km radiusda uzağa yayılan seysmoakustik dalğalar neft quyusunun borusuna çatanda seysmoakustik küyə çevrilir. Bu küy çox böyük səs sürəti ilə yerin səthinə gəlir. Bu zaman bizim stansiyada quraşdırılan hidrofonlar küyü qeyd edir. Küylərin analizi texnologiyası əsasında bu küyləri analiz etmək mümkündür”.

T. Əliyev deyib ki, bu stansiyalardan istifadə etməklə gələcəkdə Azərbaycanda baş verən zəlzələlərin proqnozu aparılacaq: “Hazırda belə bir stansiya Şirvan şəhərində də quraşdırılır. Hələlik bu stansiya istismara verilməyib. Üçüncü stansiya isə Siyəzən rayonunda quraşdırılır. Dördüncü stansiya isə Naftalan-Goranboy zonasında olacaq. Bu dörd stansiya istifadəyə verildikdən sonra zəlzələləri qabaqcadan proqnozlaşdırmaqla yanaşı, zəlzələlərin yerini və koordinatlarını da deyə biləcəyik”.


Geri dön

seva20

  • 14 noyabr 2011 18:24
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
lap yaxsi olar

angel gunay

  • 24 iyun 2011 17:19
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
tttewekurrrr..bunu bildiyimiz yaxwi oldu

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

Sirli Melek

  • 22 iyun 2011 10:52
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
İnşallah Azərbaycanda zəlzələ olmaz!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 22 iyun 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah ozu qorusun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Ulya

  • 21 iyun 2011 22:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
lap yaxwi smile

lider

  • 21 iyun 2011 21:56
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Lap yaxwi. inwallah olmaz.

BLACK-CITY

  • 21 iyun 2011 20:37
  • Məqalə: 0
  • Şərh: 72
  • Bal:
{awards}
mencede hazir olaq am

--------------------
7

Lindo

  • 21 iyun 2011 20:26
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
inşaallah ehtiyacımız olmaz tşk

petek

  • 21 iyun 2011 19:58
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
allah gorusun twk

Bu Menem

  • 21 iyun 2011 19:49
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
olmasin bele hadise amma xebardar olmaq yaxsidi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}