Fəsad

 
 Fəsad

 Fəsad

Kütləni fəsada çəkən şeylər.

1. Günah.
Quran:
«İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah etdikləri əməllərin bəzisinin cəzasını onlara dadızdırsın. Bəlkə onlar bununla qayıtsınlar.» (Rum, ayə 41)

Hədis:
5017. Allahın Peyğəmbəri (s): «Bəndə gizlində günah etdikdə o günah yalnız öz sahibinə zərər vurar. Aşkarda günah etdikdə isə camaat onu çəkindirməzsə, bu zaman camaatın hamısına zərər vurar.» (Biharul-Ənvar, c. 100, səh. 74, hədis15)

2. İxtilaf.

5018. İmam Əli (ə): «Allaha and olsun! Haqqı batillərinə üstün gələnlərindən savayı, heç bir ümmət öz peyğəmbərindən sonra ixtilafa düşməyib. Allahın ixtilafa düşmələrini istəmədiyi ümmətlər istisnadır.» (Əmali –Mufid, səh. 235, hədis 5)

3. Haqdan məhrum olmaq.

5019. Allahın Peyğəmbəri (s): «Acizin haqqını qorxmadan, titrəmədən qüdrətli şəxsdən almayan ümmət heç vaxt pak (xoşbəxt) olmaz.» (Biharul – Ənvar c.77, səh. 258, hədis 1)


1467. Fəsad törədənlər kimlərdir.

Quran:
«Allaha və peyğəmbərə qarşı vuruşanların, yer üzündə fətnə-fəsad salmağa çalışanların cəzası öldürülməkdən başqa bir şey deyildir.» (Maidə, ayə 33)
«(Səba mələyi) Dedi: «Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabalığa çevirər, əzizlərini də zəlil edərlər. Onların üslubu məhz belədir» (Nəml, ayə 34)
«Onlara «yer üzündə fəsad törətməyin» dedikdə, «biz yalnız islah edənik» deyərlər.» (Bəqərə, ayə 11)
İsrafçıların (və həddi aşanların) əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər.» (Şuəra, ayə 151-152)

Hədis:
5020. Allahın Peyğəmbəri (s):
«Mənim ümmətimin içərisində iki dəstə vardır. Əgər onlar düzəlsə, ümmətim düzələr, onlar korlansa ümmətim də korlanar.» Dedilər: «Ey Allahın Rəsulu! O hansı iki dəstədir?» Buyurdu: «Fəqihlər və hökmdarlar.» (əl-Xisal, səh. 37, hədis 12)
5021. İmam Əli (ə):
«Yol azuqəsini zay etmək fəsad törədən (və israf yaradan) hallardandır.» (əl-Kafi, c. 8, səh. 24, hədis 4)
5022. İmam Rza (ə):
«Fəsad (və israf) hallarından biri də dirhəm və dinarı (başqa məqsədlə istifadə üçün sikkə pulu) sındırmaq və meyvə çərdəyini kənara atmaqdır.» (Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 167, hədis 3625)


1468. Fəsad və puçluğun qarşısını alan şeylər.

5023. Allahın Peyğəmbəri (s):
«Allaha ruku edən bəndələr, südəmər körpələr, otlayan heyvanlar olmasaydı, mütləq onların başına ağır əzab endirərdim.» (Nurus-Səqəleyn, c. 1, səh. 253, hədis1007)
5024. İmam Əli (ə):
«İnsanlar qəzəb və bəlalar nazil olanda, nemətlər əllərindən çıxanda doğru niyyətlərlə, müştaq qəlblərlə Allaha pənah aparsalar, heç şübhəsiz, (Allah) əllərindən çıxan hər bir şeyi geri qaytarar. Onlar üçün hər bir fəsadı islah edər.» (Nəhcül-Bəlağə, xütbə 178)
5025. İmam Sadiq (ə):
«Allah-taala bizim namaz qılan şiələrimizin varlığının bərəkətindən, əzabı namaz qılmayan şiələrimizdən uzaqlaşdırar. Əgər onların hamısı namaz qılmağı tərk etsəydilər, mütləq məhv olardılar.
Allah-taala bizim zəkat verən şiələrimizin bərəkətindən (əzabı) zəkat verməyən şiələrimizdən uzaqlaşdırar... Allah-taalanın «Allah insanların bir qismini, digər qismi ilə dəf etsəməydi, mütləq yer üzü fitnə-fəsada uğrayardı.» (Bəqərə, ayə 251) kəlamının mənası da məhz budur.» (əl-Kafi, c. 2, səh. 451, hədis 1)

 Fəsad



Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:58
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

R.M_FaNaTka

  • 22 iyun 2011 23:50
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore tesekkur edirem

--------------------

Inciciceyi

  • 22 iyun 2011 08:50
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lider

  • 21 iyun 2011 21:44
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKUR ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 58
Cəmi: 93

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}