Buda SON

 
  • 21.06.2011, 22:10
  • Bölmə: Sevgi
  • Müəllif: Gamze
Buda SON

Necə başlamışdı bu sevda yadındadır ?
Əslində xatırlamamaq mümkün deyil. Çox zaman geçməyib ki, üzərindən.
Daha dünən kimi sanki. Sənə ilk utana-utana Sevgilim deyişim.
Fikirləşirəm də Sevgilim demişdim mən sənə. Sevgilim!
Əslində gəlib-keçici olduğunu bilirdim bilirsənmi. Amma bunu özümə belə etiraf edə bilmədim heç bir zaman.
Və heç bir zaman keçici olacağına inandırmaq istəməmişdim özümü.
Amma ardıq inansam yaxşı olar . . .

Bu gündən etibarən bütün duyğularımı, bütün hisslərimi və içimdə yaşayan
sevda nəğmələrini bağışladım Qara Torpağa !
Onun olsun hamısı !
Yaşayan bir ölüyəm Bundan Sonra.

Əslində bütün günah mənimdir. Heç boşa cəzalandırma özünü.
Bir gün gedəcəyini bildiyim halda qucaqlamamalıydım canımdan can qoparcasına.
Əllərinin ovucumdan sürüşüb gedeceyini hiss etdiyim halda daha sıx tutdum həmişə.
Bəli! Bəli... Günah məndə. Mənə görə belə oldu hər şey !

Bu gün Sənsiz keçən ilk gecəm.
Bax ulduzlar yoxdur səmada. Onların yerini göz yaşlarım aldı.
Yuxu yox gözlərimdə...
Ürəyim heç rahat deyil bu gecə.
Onsuz da olmayacaq Sən Mənə geri dönmədiyin müddətcə.

Buda SON

İndi sənə təşəkkür etmək var idi. Bir müddət həyatımdasan deyə.
Olsun! Mən yenə də təşəkkür edirəm verdiklərinə görə.
Onsuz da onlarda olmasa necə keçərdi dəqiqələrim və saatlarım.
Yaşatdığın xoşbəxtlikləri səhifə-səhifə yığdım ürəyimə.
Hər günü birini oxuyub xoşbəxt ola bilərəm
"Bəsdir Mənə Bunlar Ölənə Qədər"

Güllük-Gülüstanlıq olan su dünyama birdən çökdü qara buludlar.
Yoxsa sənin göz yaşlarınmı bunlar ?
Amma yox! Yağış olar ən azından...
Yalnız qara bir bulud imiş məgərsə.
Ölmədin... Bilirəm elə olsa nəfəs ala bilməzdim bu an.
Ağlamadığına və ölmədiyinə görə bu qara buludların tək bir mənası olmalı
Mənası: Ayrılıqdan başqa bir şey deyil.

Bəzilərindən xahiş etsəm dayan deyərmi görəsən bu ayrılığa ?
Söylə! Hayıf deyil Eşqimizə ?
Heyif... Çox heyif !
Bir quş kimi uçub gedirsənmi indi ürəyimdən ?
Heç deyilsə bir neçə dəqiqə dayanıb halallıq diləsəydin ürəyimdən...

Niyə bu qədər ağrıyır canım ?
Niyə yanır bütün bədənim ?

Sənin üçün ididən mi çox darıxdım ?
Yoxsa sənsizliyi fikirləşdiyimdə yox olduğumdan mı ?
Bundan sonra mən nə edəcəm ?
Yenə sən varsan kimi təbəssüm edə bilmərəmki...
Məni heç bıraxmamısan kimi gələ bilmərəm ki yaşadığım sehirə...
Heç bir şey olmamış kimi xoşbəxt ola bilmərəm ki ətrafımdakılarla...
Nə yəni? Ayrıldığımızı deyəcəm hər kəsə ?
Edə bilmərəm !
Söyləyə bilmərəm !
Biz ayrıldıq deyə bilmərəm !

Buda SON

Qorxduğun şey başına gəlir...
Qorxma dedilər...
Belə bir yarın olsun "Gəldə Qorxma"
Kaşki tapançana bir güllə qoyub dirəsəydin başıma.
Ya mənsizlik ya qara torpaq desəydin.
Və mən heç düşünmədən "Qara Torpaq" desəydim.

Elə gözəl dedim ki, Səni Hər kəsə
Elə mükəmməl bildi ki, Səni Hər kəs.
Nə sənin məni tərk etmənə ehtimal verdilər
Nədə sənsizliyi qəbul edəcəyimə.
Utan özündən ki utandırdın məni !

"Kədərlənmə" deyirlər mənə...
"Ağlama" deyir hər kəs...
Söyləyin mənə. Kədərlənmirəm desəmdə inanarsınızmı ?
Ağlamıram deyib saxta gülücüklərin arxasına gizlənsəmdə
Ağlamadığımı fikirləşirsiz ?
Söyləyin... Necə kədərlənməsin insan !
Necə ağlamasın ona elə sevdalı baxan bu gözlər...
Necə? Necə...?

Nə yəni sən yoxsanmı ardıq ?
Ardıq sənə Sevgilim deyə bilməyəcəm yoxsa ?
Birdənəm deyib gülə bilməyəcəm ?
Sənə Sevgilim deyə bilməyəcəyəm mi gecə yatmazdan əvvəl ?
Nə deyə bilərəm ki başqa...

Yoxsa... Yoxsa sevə bilməyəcəyəm mi ardıq kimisə...
Əllərini tuta bilməyəcəyəm mi bir daha kiminsə...
Sənə baxdığım kimi kimsəyə baxa bilməyəcəyəm mi bundan sonra ?
Susursan ?
Susarsan əlbət. Çünki sənin üçün asan.
Sən yenə tutarsan bəzilərinin əlindən. Sən qucaqlanarsan yenə.
Sən Sevərsən heç bir şey yaşanmamış kimi...
Həyatına davam edərsən məni heç tanımamış kimi !

Yaxşı!
Bəs MƏN?


Buda SON

Söylə! Kim verəcək bu göz yaşlarımın hesabını ?
Söylə! Necə öhdəsindən gələcək bu ürək bu qədər şeyin üzərindən ?
Əllərimi uzatsam da hər hansı birinin ovuclarına istəmədən...
O bilməyəcək mi ? Söylə! Hiss etməyəcək mi ?
Ovuclarımın içinə yaxşıca baxtığında çox köhnədən qalma da olsa
Sənin adını görməyəcəkmi ?
Bunların heç birini fikirləşmədin bəs
"Səni Tərk Edirəm" deyəndə ?


Geri ver mənə ilk günkü xoşbəxtliyimi !
Ver !
Əmanət etmişdim ürəyimi sənə yaxşı bax deyə.
Xəyanət etməyə deyil !

Boğazımdakı düyünləri gəl aç indi !
Yuxumu bölən kabuslarımdan çıx !
Geri ver onu mənə! Ürəyimi ver geri !

Nə deyim sənə Həyat nə ?

Məni xərclədiyin kimi xərclədin Eşqimi !
Gözlə Həyat gözlə...
Alacaq çox şeyim var səndən !

Buda SON

Vaxt çox gec. Saatlar yenə Sənsizliyi vurur.
Tik-tak... Tik-tak...
Keçir zaman...
Hə ürəyim hə...
Qalx gedirik.
Köçürük bu bədəndən.
İstəmədiyimiz yerdə qalmarıq biz !

Həmişə dedim mən sənə Sevgilim həmişə !
Bax bitirik yavaş-yavaş...
Diqqətli ol .
Bilə-bilə səni məndən götürəcəklər dedim...
Amma sən məni heç dinləmədin...
Budur! Bitdi... Gözün Aydın! BUDA SON !


Geri dön

NELLY19

  • 28 iyul 2011 13:33
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli-xeber-ucun-tewekkurler

R.M_FaNaTka

  • 22 iyun 2011 23:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkur edirem

--------------------

Sirli Melek

  • 22 iyun 2011 09:29
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Bilə-bilə səni məndən götürəcəklər dedim...
Amma sən məni heç dinləmədin...
Budur! Bitdi... Gözün Aydın! BUDA SON !
Müəllifə təşəkkürlər

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 22 iyun 2011 08:44
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli sozleri var. Ellerine sagliq

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ozlem2010

  • 22 iyun 2011 00:20
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}

Niyə bu qədər ağrıyır canım ?
Niyə yanır bütün bədənim ?
Sənin üçün ididən mi çox darıxdım ?
Yoxsa sənsizliyi fikirləşdiyimdə yox olduğumdan mı ?
Bundan sonra mən nə edəcəm ?

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

YazYamuru

  • 21 iyun 2011 23:20
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
coooooxx gözel sözlerdir yazidir.....superdi....

Ne DeyiM SenE HeyaT ??ne???

--------------------



MiLeyla

  • 21 iyun 2011 22:54
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
sad TESIRLENDIRICIDI. sad

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Musique Sage

  • 21 iyun 2011 22:50
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
nece maraqlidir

pure love

  • 21 iyun 2011 22:43
  • Məqalə: 0
  • Şərh: 70
  • Bal:
{awards}
coxxxxx super sozlerdi sad

lider

  • 21 iyun 2011 22:16
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}