Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)

 
Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)

11-Bərzəx:
Bərzəx lüğətdə iki şeyin arasında pərdə asmaq və fasilə salmaq deməkdir. Dini termində isə bərzəx Allah-taalanın dünya həyatı ilə axirət arasında yaratdığı bir aləmə deyilir. İnsanlar öldükdən sonra müəyyən müddətə qədər orada qalacaqlar.
Qurani-kərimdə buyurulur:
“Onların (dünya həyatı ilə axirət) arasında “Bərzəx” (aləmi) vardır ki, (bu bərzəx aləmi) qiyamət gününədək davam edəcəkdir.”
İmam Sadiq (ə)-dan bərzəxin vaxtı barədə sual olunduqda, Həzrət buyurdu:
“Ölüm saatından başlanır və qəbirdən qaldırılanadək (davam edir).”
Həkim Günabadi deyir:
“Bərzəx bu dünya ilə axirət arasındakı aləmdir. Dünya imtahan, axirət isə rahatlıq yeridir.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)

12-Təsbih:
Təsbih, Allah-taalanın zatının kamallarına layiq olmayan hər bir sifəti Ondan uzaq bilməkdir. “Sübhanəllah” dedikdə, Allah-taalanın əqlən təsəvvür olunan hər bir şeydən üstün olduğu nəzərdə tutulur. O, hər bir xeyir və kamalın mənbəyidir. Yaranmışlar içərisində Allaha təsbih demək təkcə insanın vəzifəsi deyil; yer, göy və onların içərisində olan hər bir varlıq (öz varlığı səviyyəsində) Allah-taalaya səcdə, təsbih və pərəstiş edir və Onun müqabilində baş əyirlər.


Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)

13-Təfəkkür:
Təfəkkür qəflətin ziddi və qəlbin saflaşmasında ən mühüm səbəblərdən biridir. Kin-küdurətin aradan getməsində, qürur evini (dünyanı) sadə bilib, əbədi səadət evinə (axirətə) üz tutmaqda təfəkkürün böyük rolu vardır. O, ibadətlərin başı, itaətlərin canı və ruhudur. Allah-taala insanı əql və düşüncə nemətilə heyvandan üstün etmişdir. Rəvayətlərdə bəyan olunduğu kimi, insan Allah-taalanın zatı haqqında deyil, nemətləri barəsində fikirləşməlidir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Bir saat təfəkkür etmək yetmiş il ibadət etməkdən üstündür.”
Çünki ibadət nəfsi onun xoşlamadığı şeylərə adət etdirməkdir və onun xeyri təkcə ibadət edənə çatır. Təfəkkür isə nəfsi yaxşı şeylərə adət etdirməklə yanaşı, əqlin genişlənməsi, idrak qüvvəsinin inkişaf etməsidir və onun xeyri bütün insanlara çatır. İmam Əli (ə) buyurmuşdur: “Təfəkkür edən şəxsin bəsirəti (qəlb gözü) açılar.”


Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)

14-Qəza və qədər:
İlahi qəza və qədər İslam dininin qəti əqidələrindən sayılır. “Qədər” lüğətdə “bir şeyin ölçülməsi və miqdarı”, “qəza” isə “onların həyata gercəkləşməsinin labud və qəti olması mənasını ifadə edir.
İmam Rza (ə) qəza və qədərin təfsirində belə buyurmuşdur:
“Qədər diri qalmaq və fani olmaq baxımından bir şeyin ölçülməsində, qəza isə həmin şeyin qəti olaraq həyata keçməsindən ibarətdir.”
(“Kafi”, 1-ci cild, səh. 158)
Qurani-kərimdə “qədər” barəsində buyurulur: “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.” (“Qəmər” surəsi, 49-cu ayə) “Qəza” haqqında isə belə buyurulur: “Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl təyin edən Odur!” ( “Bəqərə” surəsi, 117-ci ayə)
Qəza və qədər məsələsi olduqca mürəkkəb olduğu üçün idrak və fikir cəhətindən onu başa düşməyə hazırlığı olmayanlar bu məsələyə girişməsinlər. Əks halda, bu iş onların əqidəsində səhvə, şəkk-şübhəyə yol verər və düz yoldan azmalarına gətirib çıxarar. Elə buna görə də imam Əli (ə) belə şəxslərə xitab edərək buyurmuşdur: “(Qəza və qədər) qaranlıq bir yoldur, onu keçməyin, dərin bir dənizdir, ora girməyin; Allahın sirridir, onu əldə etmək üçün özünüzü zəhmətə salmayın.” (“Nəhcül-bəlağə”, “qısa sözlər” bölümü, 277)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)

15-Həbt (pis əməllər vasitəsilə yaxşı əməllərin puç olması):
“Həbt” – lüğətdə heyvanların xəstəliyə və köpməsinə səbəb olan bir növ zərərli və öldürücü otdan ibarətdir.
Rağib İsfahani özünün “Müfrədat” kitabında “həbt”i bir neçə qismə bölmüşdür: 1-Qiyamətdə heç bir faydası olmayan dünyəvi əməl. 2-Allahın razılığı əsasında yerinə yetirilməyib, axirətə aid olan əməl. 3-Pis əməllərin müqabilində (və onunla bərabər) olan yaxşı əməllər.
Hər kəs kafir olub, kafir halında da ölsə, əməlləri axirətdə puça çıxar. Rəvayətdə deyilir ki, hər kəs gözəl bir adət qoysa, qiyamətə qədər ona əməl edənlərin savabı qədər həmin şəxsə savab verilər. Lakin hər kəs pis bir adət qoysa, qiyamət gününə qədər, ona əməl edən şəxsin günahı həm ona əməl edən şəxslərə yazılar, həm də onun boynuna yüklənər.

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (11-15)


Geri dön

R.M_FaNaTka

  • 22 iyun 2011 23:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkur edirem

--------------------

Inciciceyi

  • 22 iyun 2011 08:26
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 22 iyun 2011 00:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Oxudum cox gözel yazilardi.....te$ekkürler

Cali$digimiz qeder savab i$lemeye cali$iriq...AllaH qebuL EtsiN...

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 28

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}