Şəfaət, ya Rəsulum (s)

 
Şəfaət, ya Rəsulum (s)


Müəllimimin gözəl bir ibarəsi var: ad günləri, mövlud günləri həm də bir hesabat günüdür, özünün özünə hesab günündür. Bu ibarədən belə anlaşılır ki, insan hər yaşa dolduqca özü ilə hesab çəkməlidir. Onunla çəkilməmişdən öncə. Bir çek etməlidir daha bir ildönümünə qədəm basarkən.

Bəşər müəlliminin daha bir mövludunu yaşayırıq. Dedim bu günə hesab verim özüm-özümə. Baxdım ki, alnımı açıq edəcək, üzümü ağardacaq bir əməlim yoxdur. Olanların hər birini nöqsanlı gördüm, qüsurlu gördüm. Ya Rəsulallah (s), sənə layiq bilmədim onları. Hər halda mən belə gördüm.

Düzdür, saysız bəşər kimi mən də səni sevdim. Amma necə sevdim? İmam Əli (ə) kimi, Xanım Zəhra (s.ə.) kimi, onların pak və müqəddəs övladları kimi, Üveys Qərani təki səhabələr kimi deyil, sevgisini tez-tez unudan, sevgilisinə layiq və müvafiq yaşamayan biri kimi sevdim. Səni sevgisinin eşqi yolunda yanmayan, qovrulmayanlar kimi sevdim. Nəticidə özümə bu sualı verdim. Heç səni sevdimmi? Çox ütandım, çox üzüldüm özümə verdiyim bu sualdan.

Bilmirəm, bu nöqsanlı sevgimlə hara gedim? Bilmirəm bu sevgimlə özümü sənin ümmətindən sayımmı? Bilmirəm səni Seçən məni ümmətdən hesab edəcəkmi? Ümidsiz olmasam da çox qorxuram. Cavabdan, nəticədən çox əndişəliyəm, çox qorxuram. Aqibət rahatlıq vermir mənə.

Nə olar, ey şəfaət sahibi, məni bu sevgidə şəfaət et. Nə olar, səni, səni sevənlər kimi sevməmdə mənə vasitə ol! Sevgimlə sənə layiq ümmət üzvü olmaqda mənə yardımçı ol! Sevgimlə bu sevgimi çatdırmaqda, paylaşmaqda köməkçim ol! Ey sevgili, bu sevginin damlalarını deyil, dənizlərini, okeanlarını, ümmanlarını, sahilsiz dəryalarının qəlbinə hopmasında mənə şəfaət et! Rəbbimizin bu sevgidən sərhədsiz olanınə əta etməsi üçün səni araçı, vasitəçi tuturam, ya Rəsulum (s)!

Bir gün qonağım olarsansa, bir gün mübarək hüzurunda olmaq tofiqatı nəsibim olarsa, üzünə necə baxacağımı düşünürəm. Ya Nəbiallah, bu ətalətimi, bu elmə susuzsuzluğumu, bu şəfqətsizliyimi, sənin əxlaqında olmayan bu əxlaqımı, etdiyim zülmləri, kəsdiyim əhdləri, pozduğum vədləri... Daha nələr-nələri düşünürəm?! Elə hey düşünürəm. Amma həm də şükür edirəm ki, yalnız düşünmür, əmələn də edə biləcəklərimi etməkdə israrlıyam. Ya Rəsulallah, şəfaətçim ol, gələn mövluduna üzüağ çıxım.

Şəfaət, ya Nəbiallah! Şəfaət, ya Rəsulallah! Şəfaət, ya Həbiballah!


Geri dön

Inciciceyi

  • 23 iyun 2011 09:27
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 22 iyun 2011 23:43
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Başlıqla xəbər eyni deyil!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}