Ümidin insan həyatında rolu

 
Ümidin insan həyatında rolu


Ümidli olmaq - insan həyatının ən böyük stimullarındandır. Əgər insan ölüm vaxtını bilsəydi, heç bir işə əl vurmazdı. Əgər bilsə ki, bir neçə ildən sonra öləcəkdir, heç bir işə başlamazdı. Ancaq gündəlik işləri ona kifayət edərdi. Ölümdən xəbərsiz olmaq - həyata ümiddir. Bu ümid nəticəsində insan dərs oxuyur, böyük işlər görür, evlənir, ailə qurur. Quran ümidi bəşər həyatındakı mühüm amil adlandırmışdır. Bəyan edir ki, ümid insanı iş görməyə sövq edər. Misal üçün bəyan edir ki, Allahın duanı qəbul edəcəyinə insanın ümid bəsləməsi - onun dua etməsi üçün stimul yaradır. (“Bəqərə”, 186). Gələcəyə ümid isə öz inamını islah etməyə səbəb olar. (“Yunis” 7,8).

Allah Təala “Kəhf” surəsinin 110-cu ayəsində buyurur: “Kim Rəbbi ilə mülaqat edəcəyinə (görüşəcəyinə) ümid bəsləyirsə, gərək saleh əməl etsin və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın”.

Ümidin həyatdakı dəyər və əhəmiyyəti

Qurani-Kərim, ümidin insan həyatına etdiyi ən mühüm təsiri - çətinliklərin asanlaşdırılmasında və insan ruhiyyəsinin inkişaf etdirilməsində görür. Bu mənada ki, insan hər bir iş üçün gərək stimula malik olsun. İş nə qədər çətin olarsa, ondan bəhrələnməyə olan ümid də çox olmalıdır. Bəzən insan həyatında hiss və sevginin rolu, ağıl və dərkdən daha çox olur. Bu mənada ki, əgər ağıl hökm etsə ki, iş çətin də olsa, onun həyatında faydalı olacaqdır - bu öz-özlüyündə insanın bir iş görməyinə kifayət etməz. Çünki, insan ruhiyyəsinin onun hiss və sevgisi ilə sıx rabitəsi vardır. Ümid səbəb olur ki, insan ruhiyyəsi ruhi və psixoloji cəhətdən inkişaf etsin və çətin işlər görmək üçün amilə çevrilsin.

Bu yolda böyük savaba diqqət də insanın işini asanlaşdıran amil ola bilər. O kəs ki, bir iş görəndə o işin savabına ümid bəsləyər - asanlıqla işə başlayar və bütün çətinliklərə səbr edər. Quran bu məsələyə “Nisa” surəsinin 104-cü ayəsində işarə edir və buyurur ki, müharibənin çətinliyi Allahla görüşə və Ondan mükafat almağa ümid edən insanlar üçün necə asan olur və onlar bütün çətinliklərə dözürlər. İnsanın ruhiyyəsi hədəfə çatmaq ümidi ilə inkişaf edir. O, çətinliklər qarşısında müsbət reaksiya göstərir. Ümidvar olur ki, ona dözərək, öz məqsədinə çatacaqdır. Bu o mənada deyil ki, həmin şəxs öz məqsədinə mütləq çatacaqdır. Təkcə ümid edir ki, yəqin ki, onu əldə edəcəkdir. Elə bunun özü stimul olur ki, çətinliklərə dözsün. Həqiqətdə mükafata ümidlü olmaq və xüsusi hədəfə çatmaq səbəb olur ki, insan həyəcanlansın. Əgər insanın ümidi olmasa, heç zaman həyəcanlanmaz. Öz çətinliklərini aradan qaldırmaq üçün səy göstərməz (“Yusif”, 87).

Misal olaraq, o kəs ki, duanın qəbul olmasına ümid bəsləmir, heç zaman dua etməz. Duanın qəbul olunmasına ümid bəsləmək səbəb olur ki, şəxs çətinliklərə dözsün. Həyat çətinliklərini aradan qaldırmaq, ruhi və cismi dərslərdən azad olmaq üçün dua etsin. (“Bəqərə”, 186)

Ümid - həyat mühərrikinin motorudur

Burada ümidin dəyər və əhəmiyyətinə, onun həyatdakı roluna diqqət etmək lazımdır. Çünki, isbat olunmuşdur ki, ümidin insan həyatında nə qədər böyük rolu vardır. Belə ki, ümidsiz ümidvar olmaq olmaz ki, insan dünyadakı həyatına dözə bilər. Əksinə, bəzi insanlar vardır ki, öz ümidlərini əldən verirlər. Qəmgin olurlar. Nəhayətdə boşluq hissinə görə intihar edirlər. Ümid - qəmginliyin və insanların intiharının qarşısını ala bilər.

Həqiqətdə ümidin əsas təsirini insanın qəmini qovmaq və intiharının qarşısını almaqda görmək olar. Quran ümidsizlik haqqında da bir çox ayələrdə bəhs etmişdir. Bu ayələrdən də görmək olur ki, ümidsizlik intiharın amillərindən biri sayılır. Ümidsizlik nəticəsində insan itaət etməyən bir varlığa çevrilir. Allaha və onun qanunlarına qarşı üsyan edir (“Yunis” 11, “Furqan” 21, “Yusif” 87).

“Bizimlə qarşılaşacaqlarına ümid bəsləməyənlər dedilər: “Nə üçün bizə mələklər nazil olmur və ya (nə üçün) Rəbbimizi görmürük?” Doğrudan da bunlar öz-özlərinə təkəbbürlük etdilər və (Allaha qarşı) çox böyük üsyan etdilər” (“Furqan” 21).

Onlar Allaha və nemətlərinə küfr edər, Allah rəhmətindən əllərini üzərlər və bütün bunlar ümidsizliyin nəticələridir. Ona görə də insan ümidsiz olsa, zəif və süst olar (“Nisa”, 104). Öz çətinliklərinin qarşısında uduzar. Əlçatmaz istəklərə qapılar və ona çata bilmədiyi üçün də qəmgin və ümidsiz olar. Qəmginliyi isə onun intihar etməsinə gətirib çıxarar. İntiharın özü isə bir növ Allaha üsyan etmək və Onun əmrindən çıxmaq deməkdir (“Yunis”, 11).

Beləliklə deyə bilərik ki, Quranın nəzərində ümidlü olmaq - çalışmaq, yaşamaq, səy etmək yolunda ən mühüm amildir və eyni zamanda qəmginlikdən uzaq olmağa, intiharın qarşısını almağa və üsyan etməməyə səbəb olar.


Geri dön

Inciciceyi

  • 23 iyun 2011 09:17
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Allaha razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 22 iyun 2011 23:41
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
hmmm............maraqli xeberdi tesekkur edierem

--------------------

jalicka

  • 22 iyun 2011 14:18
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
tesekkurler gozel xebere gore

YazYamuru

  • 22 iyun 2011 12:01
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
eeeehhhh yax$iki ümid,xeyal,arzu etmek var yoxsa bu heyatda neyle ya$ayardiq.... Ümid edirik xeyal qururuq,arzulayiriq ama Allahin kömekliyi ile ona arxalanib...ona güvenerek....

te$ekkürler cox gözel yazi idi......

--------------------



Musique Sage

  • 22 iyun 2011 11:55
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
tesekkur edirem

lema

  • 22 iyun 2011 11:54
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
İnsanları yaşadan hemde onların ümidleridi.Ümidi olmayan insan sadece olaraq yaşayan bir ölüdü. Tewekkür edirem....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 46
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 788
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 241
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 505
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}