Yusif Peyğəmbərin (ə) Mələk siması

 
Yusif Peyğəmbərin (ə) Mələk siması


“Allahım! Qəlb və batinimi hikmət dənizi qərar ver ki, mən bütün əşyaları tanıya bilim və məni saleh tayfaya qovuşdur ki, dünya və axirətdə onlarla olam”. Bu tayfanın əzəməti o qədər böyükdür ki, Peyğəmbər (s) hədislərin birində buyurur: “O zaman ki, insanlar bir yerə yığışır və salehlər haqqında danışırlar, onların həyatlarının dastanlarını bəyan edirlər, mehriban Allah rəhmətini o məclisə nazil edər”. Bu insanlar Allah yanında o qədər sevimlidirlər ki, onların adı, adətləri və sifətləri bəyan ediləndə və eşidiləndə o məclisin insanlarına Allah rəhməti nazil olar. Quran ayələrində zikr edilən Həzrət Yusif (ə) də, o, salehlərdən biri olmuşdur. Onun haqqında danışmaq həmin məclisə rəhmət əta edər. Əmirəl-möminin (ə) də həmçinin. Peyğəmbər (s) buyurur: “İbadət - rəhmətin nazil olmasına bais olar”. Bu çox mühüm bir məsələdir, Həzrət Yusif (ə), Əmirəl-möminin (ə) kimi salihləri yada salaraq, rəhmətə nail oluruq.

Həzrət Yusifi (ə) və tarixdə onun kimilərini daha yaxından tanımaq üçün bəzi mətləblərə toxunaq. Cəvahir nə qədər baha olarsa, bir o qədər az tapılar. Almaz, əqiq, qızıl kimi. Bu o demək deyildir ki, dünyanın mədənləri bu daşlarla doludur. İnsan cəmiyyətində də bu cürdür. O insanlar ki, dəyər baxımından qiymətlidirlər, çox nadir tapılırlar. Ona görə də Həzrət Yusif (ə) kimi salihlər bu dünyada az tapılır. Ancaq Züleyxa kimi (tövbədən qabaqkı durum nəzəzrdə tutulur) dəyərsiz şəxsiyyətlər çoxdur.

Əhli-Beyt (ə) məktəbinə niyə bu qədər dəyər verilir? Çünki nadir tapılır. Dünyanın 6 milyard insanları içində həqiqi Əhli-Beyt (ə) davamçılarının sayı başqaları ilə müqayisə edilə bilməz. Çünki onlar çox azdırlar. Dəyər verənlər də çox azdırlar. Allah dərgahında bu dəyərin yeri o qədər mühümdür ki, Qüdsi hədislərdən birində deyilir: “Əgər Qiyamət günü əvvəlkilər ilə axırdakılar arasında ancaq bir nəfər bu dəyərə malik olsa, səkkiz behişti ona verərəm, qalanlarını cəhənnəmə tökərəm”.Qiyamət günü yüzlərlə Züleyxanı atəşə atsa, haqqı vardır, ancaq Həzrət Zəhranın (s.ə.) yeri ora deyildir.

Həzrət Yusifin (ə) dəyərini və Züleyxanın dəyərsizliyini dərk etmək üçün bəzi məsələlərə diqqət etməliyik. Bunlar - eşq və vicdandır. Quranda şərh edilən bu eşq və vicdanın əzəməti o qədər böyükdür ki, indiyə qədər heç kim bu ikisi haqqında son sözü deyə bilməmişdir. Allah bilir, eşq və vicdan haqqında nə qədər kitab yazılmışdır. Guya filosofların, ariflərin eşq və vicdan haqqında dedikləri ilk söz olmuşdur. Onlar yazmış, yadigar qoyaraq getmişdilər. İndikilər isə onların bu sözlərinə yeni sözlər əlavə etməkdədirlər. Onların sözü də budur ki, eşq və vicdan iki nur, iki həqiqətdir. Yerə aid deyildir. Çünki insan o zamana qədər ki, cahildir, eşq və vicdanla işi olmur. Bu iki mələk sifətlərindən cücərən bitki isə Allah elmidir. Aləmlərin həqiqi sahibi olan Müqəddəs Haqqı tanıyan ariflər bilirlər ki, dünyada baş verən həqiqi işlər Ona aiddir. Elə bu qədər tanısa, bəsdir, lazım deyildir ki, Peyğəmbər (s) və Məsum İmamlar (ə) qədər mərufət əldə etsin. İnsan bu həqiqəti bilməlidir ki, Allah varlıq aləminin Sahibi, Malikidir və bu səhnədə heç bir şey müstəqil şəkildə Onsuz mövcud deyildir.

O insanlar ki, Allaha aid elmə malik olurlar, onların yuxuları belə ibadət olur. Hədislərimizdə deyilir ki, Peyğəmbər (s) buyurur: “Mərifət əhlinin yuxusu, yuxu aləmində heç bir vəzifəsi olmadığı üçün ibadətdir”. O kəs ki, yatar, ayılanda görər ki, iftar azanı deyilmişdir, ancaq o zöhr və əsr namazlarını qəza etmişdir, günah qazanmaz. Çünki yatmışdır, o zamana qədər ki, yatır, boynunda vəzifəsi yoxdur.

Mərifət əhlinin yuxusu isə Allah yanında o qədər qiymətlidir ki, ibadət sayılır. Bu mərifətdən eşq zühur edər. Tanımaqdan sonra deyər: nə gözəl məhbubdur, müqəddəs vücudu bütün kamalları əhatə edir. Bütün varlıqlar verdikləri xeyirdə onu əks etdirirlər, onunla olan bağlardan bu xeyir hamıya çatar və yayılar. Bütün bu yaxşılıqlara və gözəlliklərə aşiq olarlar. Əgər hər bir insan bu baxışa malik olarsa, ömrünü rahat yaşayar. Rahat ibadət edər, aşiqcəsinə rahat ağlayar. Ölən zaman da tək ölməz. Ölüm mələyi onun canını almazdan əvvəl, ona behiştlə müjdə verər və deyər: “Qorxma və qüssə yemə, onu əlinizin üstündə tutun və mənim tərəfimə gətirin”.

Eşq və vicdanın kamalı Həzrət Yusifdə (ə) cəmlənmişdi. Bəs Züleyxa kim idi? Həzrət Yusif (ə) mütləq bir gözəlliyə tamaşa edər. Bir qədər ət, sümük, dəri bir yerə yığışaraq, Züleyxa adlı bir varlığı əmələ gətirər, məgər bu gözəllikdirmi? Bir qədər damar, sinir, qulaq, göz mütləq gözəllik qarşısında müqayisə edilə bilərmi? Yusif (ə) bu qadına nifrət edirdi, ancaq daimi və mütləq gözəlliyi görürdü.


Geri dön

Inciciceyi

  • 23 iyun 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun
twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 22 iyun 2011 23:40
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmmm............maraqli xeberdi tesekkur edierem

--------------------

MuslimGirl

  • 22 iyun 2011 15:00
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Yusif (ə) bu qadına nifrət edirdi, ancaq daimi və mütləq gözəlliyi görürdü.
ALLAH razı olsun belə dəyərli məqaləyə görə. Bəli, əsas ruh gözəlliyidir.

Grace_Angel

  • 22 iyun 2011 14:46
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem...Cox gozel ve deyerli xeberi bizimle paylasdiqiniz ucun...minnetdaram...ALLAH RAZI OLSUN Sizden!!!

--------------------

JISTEN TIMBERLAND

  • 22 iyun 2011 14:42
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
Fərəcullah Sələhşur: “Yusif peyğəmbərin obrazını canlandıran aktyoru isə il yarımlıq axtarışlardan sonra tapdım”

“Bu filmdən sonra Həzrət Yusif peyğəmbərin Fələstinin Əl-Xəlil şəhərində olan məzarı, ifratçı yəhudilər tərəfindən dağıdılaraq, yerlə-yeksan edilib, ona hörmətsizlik olunub”

İranın tanınmış rejissoru, “Həzrət Yusif” filminin ssenari müəllifi və baş rejissoru Fərəcullah Sələhşurun APA-ya eksklüziv müsahibəsi

- “Həzrət Yusif” serialı Azərbaycanda böyük maraqla qarşılanıb. Filmin belə maraqla qarşılanması Sizə necə təsir bağışlayır?

- Mən “Həzrət Yusif” teleserialının Azərbaycanda yayımına görə çox sevinirəm və ümid edirəm ki, bu serial Azərbaycan tamaşaçıları tərəfindən yüksək səviyyədə qəbul olunacaq. Ana dilim Azərbaycan dili, özüm də azərbaycanlıyam, filmin rejissoru kimi serialın Azərbaycanda belə maraqla qarşılanmasından qürur hissi keçirirəm. Qismət olsa, Bakıya gəlib qonaqpərvər Azərbaycan xalqı ilə görüşmək istəyərdim.

- Serialın Azərbaycan versiyasının dublyajı ilə tanışsınızmı? Dublyajın səviyyəsi Sizi qane edirmi?

- Mən filmin Azərbaycan dilində dublyaj edilmiş birinci hissəsinə baxmışam. Bundan əlavə, filmin Azərbaycan dilində olan variantına baxanlar mənə deyiblər ki, yüksək səviyyədə dublyaj edilib. Açığı, film Azərbaycan dilində çox gözəl çıxıb. Bu mənim özümü də çox maraqlandırdı. Elə bilirəm ki, filmi həm tərcümə edənlər, həm də səsləndirənlər peşəkar olublar. Onlar Azərbaycan xalqına, mədəniyyət və film tarixinə yeni bir filmi hədiyyə ediblər. Bu hədiyyə həqiqətən çox qiymətlidir. Qismət olsa, Bakıya gələndə filmin Azərbaycan dilinə tərcümə edənlərlə və səsləndirənlərlə görüşəcəyəm.

- Azərbaycandan başqa serial daha hansı ölkələrdə nümayiş olunub?

- “Həzrət Yusif” serialı Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayımlanıb. Əldə etdiyim məlumatlara görə, film yayımlandığı bütün ölkələrdə müsbət qarşılanıb.

- Serialda aktyor seçimini hansı prinsiplər əsasında həyata keçirmisiniz? Xüsusən Yusif və Züleyxa obrazını canlandıran aktyorların seçimi barədə məlumat verərdiniz...

- Film “Qurani-Kərim”də “Yusif” surəsi əsasında çəkilib. Yusif və Züleyxa obrazı üçün aktyor seçiminə gəlincə, bunların hamısı Allahın işidir. Yusif peyğəmbərin obrazını canlandıran Mustafa Zamanini il yarımlıq axtarışlardan sonra, bir dostum onun şəklini mənə göstərəndə tapdım. Eləcə də Züleyxa obrazını canlandıran xanım Ketayun Riyahini də çətinliklə tapmışam.

- Serialın çəkilişləri nə qədər davam edib? Serialın çəkilişində ən çətin başa gələn hissə hansı olub?

- Serial yeddi ilə çəkilib. Xüsusi olaraq hansı epizodun və ya hansı hissənin çətin və asan başa gəlməsini vurğulaya bilmərəm. Ümumilikdə, çəkilişlər zamanı çətin və asan məqamlar olub. Amma hər halda filmin çəkilməsində Allahın xüsusi lütfünü hiss etmişəm.

- Filmdə diqqət çəkən əsas məqam tarixi dini yanaşmalarda kifayət qədər obyektivliyin olmasıdır. Xüsusən, yəhudilərə münasibətdə bu açıq-aydın görünür. İran İslam Respublikasının rəsmi siyasətində isə İsrail dövləti düşmən hesab olunur. Bu məqam İran dövləti tərəfindən hansısa təzyiqlərə məruz qalmağınıza səbəb olmayıb ki?

- Çalışmışam ki, tarix filmdə olduğu kimi qalsın. Qeyd etdiyim kimi, film “Qurani-Kərim”də olan Yusif surəsi əsasında çəkilib. Burada tarixə nəsə əlavə etmək və ya əskiltmək qəbuledilməzdir. Filmdə yəhudilərin əcdadlarının necə olduqları dəqiqliklə göstərilib. Hətta onların necə müqəddəs olduqlarını da verə bilmişik. Obyektivlik hər halda qorunub saxlanılıb. Mən bu filmə görə heç bir təzyiqə məruz qalmamışam.
Mənim ürəyimi ağrıdan və məni son dərəcə narahat edən məsələ odur ki, bu filmdən sonra Həzrət Yusif peyğəmbərin Fələstinin Əl-Xəlil şəhərində olan məzarı, ifratçı yəhudilər tərəfindən dağıdılaraq yerlə-yeksan edilib və ona hörmətsizlik olunub. Bu, hazırda da məni narahat edən yeganə məsələdir.


--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

tatamik

  • 22 iyun 2011 14:22
  • Məqalə: 0
  • Şərh: 144
  • Bal:
{awards}
teshekkurler

--------------------
любит отпусти вернется твое нет никогда твоим не было

Sevinc ADU

  • 22 iyun 2011 14:19
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH razi olsun.Deyerli xebere gore tesekkur edirem.

jalicka

  • 22 iyun 2011 14:15
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
tesekkurler gozel xebere gore

piko

  • 22 iyun 2011 13:05
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Allah ecr versun

Musique Sage

  • 22 iyun 2011 12:38
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}