Bir məmurun göz yaşları

 
Bir məmurun göz yaşları

Bilirəm ki, heç nə elə-belə baş vermir. Hər şeyin bir hikməti var. Ona görə xətrini istədiyim dostlarımdan birinin mənə danışdığı hadisəni sizlərlə bölüşmək istəyirəm. Bu hadisə məni əslində çox mütəəssir etdi. Uzun müddət bu söhbətin təsirindən qurtara bilmirdim. Düzü? söhbət zamanı o qədər də fərqinə varmasam da, daha sonra bu hadisə ətrafında çox düşündüm. Əlqərəz, əhvalat dostumun dilindən belədir...

Bir məmurun göz yaşları

Yaxın qohumlardan biri yüksək bir vəzifədə məmur işləyirmiş. Vaxt-vədə tamam olur. Elə bir zaman gəlir ki, bu yüksək vəzifəli qohumu işdən çıxarırlar. Hadisəni danışan kəs də o vaxt həmin yerdəymiş. Deyir ki, qapıya yaxınlaşanda tüklərim biz-biz oldu. İçəridən ağlaşma səsi gəlirdi. Elə ağlayıb sızlayırdılar ki, bir anlıq elə bildim kimsə dünyasını dəyişib. Səssizcə evə daxil oldum. Gördüm yox, nəsə vəziyyət başqadır. Bir az da səbir elədim və məsələni öyrənmək istərkən aydın oldu ki, səbəb başqa imiş. Onların dili ilə desək: “Kişini işdən çıxarıblar”. Çox çalışdım ki, söhbəti öz əlimə alım və ev əhlinə başa salım ki, burada elə də dəhşətli bir vəziyyət yoxdur. Bu, bir vəzifədir də, bu gün var, sabah yoxdur. Bunun üçün daha bu qədər göz yaşı, ah-nalə nəyə gərəkdir? Ölüm-itim olmayıb ki, təki canınız sağ olsun. Çox səy göstərsəm də, bir şey çıxmadı. Qəm-kədərə qərq olmuş qohumlarımı ovuda bilmədim. Nə isə, sonra məlum oldu ki, kişinin vəzifədə işlədiyi vaxt dövlət ona bağ evi də veribmiş. Sən demə vəzifədən çıxmaqla yanaşı, bu dövlətə aid olan bağ evini də təhvil verməliymiş. Elə alındı ki, həmin bu bağ evindən əşyaları çıxarmaq üçün keçmiş məmurla mən getməli oldum. Qısası, işləri yoluna qoyub əyləşdik maşına. Elə ki, darvazadan yavaş-yavaş aralanmağa başladıq, bir də gördüm ki, kişinin gözləri yaşarıb. Lap əməlli-başlı gözlərindən yaş gəlir. Gözləri uzaqlara dikilərək, xəyallar içində göz yaşları axıdırdı. Soruşanda ki, nə olub, nə məsələdir? Cavab verdi ki, “bilirsənmi, mənim burada o qədər xatirələrim olub ki, heç ağlına gəlməyən qədər. Kİmlərlə görüşmüşəm, hansı insanlara salam vermişəm. İndi isə bunların hamısından ayrılmalı oluram. Bu, mənim üçün çox ağırdır”.

Bir məmurun göz yaşları

Dostumun söhbətini beynimdə var-gəl etdirdikdən sonra, barmağımı dişlədim ki, dad-bidad, gör vəzifə insanı necə tutub ki, elə bil ən əziz adamını itirib. Bəlkə də, bu cüssəli insan doğmalarının itkisinə belə reaksiya verməmişdir. Ən azından başqa bir insanın yanında özünə sığışdırmazdı göz yaşlarını axıtmağı. Amma indi, özündən yaşda xeyli kiçik insanın qarşısında uşaq kimi göz yaşları tökür. Bu vəzifə nədir ki, insanı bu kökə qoyur? Bu dünya necə dünyadır ki, özünü dağ kimi vüqarlı bilən insanları yerlə bir edir? Birdən yadıma “Nəhcül-bəlağə”dən oxuduğum bir cümlə düşdü: “Həzrət Əlinin (ə) yаnındа bir nəfər dünyаdаn şikаyət etdi. Imаm (ə) оnа etirаz edib söylədi: “Özun dünyаyа аldаnırsаn, sоnrа оnu məzəmmət edirsən?! Yаxşı düshün, dünyа sənə xəyаnət edib, yоxsа sən dünyаyа..?”.

Bir məmurun göz yaşları

Məsum İmamımızın (ə) bu kəlamı elə bil qəlbimə sərin bir su çilədi. Bu sərinliyi itirmədən, bütün məmurlara qəlblərinin yumşalması üçün, hər şey gec olmadan, həqiqi peşmanlıq göz yaşları axıtmagı diləyirəm. Bir gün bu vəzifənin sizləri tərk edib gedəcəyini unutmayın!...


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 18:32
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
TESEKKURLER XEBERE GORE

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

winxclub_bloom

  • 1 sentyabr 2011 02:36
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
hmmmm.tesekkurlerrrr

--------------------

CandyGirl

  • 1 iyul 2011 13:31
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

light_in_the_dark

  • 30 iyun 2011 16:01
  • Məqalə: 4
  • Şərh: 126
  • Bal:
{awards}
twk winked

--------------------
MEN HEYATIMDA YALNIZ BIR OGLANIN ARXASINCA QACARAM : O DA OGLUM YERIMEYI OYRENEN ZAMAN YIXILMASIN DEYE......

Inciciceyi

  • 23 iyun 2011 08:58
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli melumatdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 22 iyun 2011 23:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm tesekkurler maraqli xebere gore

--------------------

Bu Menem

  • 22 iyun 2011 23:36
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

MiLeyla

  • 22 iyun 2011 19:18
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

lema

  • 22 iyun 2011 17:49
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Yazığım geldi.Dünyaya çox bağlanıbmış....tewekkür edirem...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Ben99

  • 22 iyun 2011 15:20
  • Məqalə: 1
  • Şərh: 54
  • Bal:
{awards}
tesekkurler

MuslimGirl

  • 22 iyun 2011 15:19
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun, oxudum! Və həmin insana görə çox üzüldüm, vəzifəsini tərk etdiyinə görə deyil, dünyanın yalançı var-dövlətinə, şirinliklərinə aldandığı üçün....ALLAH hidayət versin! ALLAH bütün müsəlmanları digər dünyada sevindirsin və mükafatlandırsın. AMİN!

Musique Sage

  • 22 iyun 2011 15:17
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkur edirm

El3ktra

  • 22 iyun 2011 15:11
  • Məqalə: 3
  • Şərh: 191
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Araba motorsuz, yumurta tuzsuz, gökyüzü kuwsuz, ağac susuz, fatmagül sucsuz bende sensiz olamam
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}