Nəyə baxsam sənsən

 
Nəyə baxsam sənsən

Bir gün səni düşünərək son nəfəsimi verəndə,
bunu bir üstündə gəzən buludlar, bir də ayağını basdığın torpaq biləcək..
Bir onlar anlayacaq halımı, bir tək onlar biləcək qədri-qiymətimi,
bir tək onlar dostluq edəcək mənə uzun yuxumda..

Heç yaxşılaşa bilməyəcək ürək yaralarımla sarıldığım ağ kəfənim, mənim
ağrılarım üçün sarğı bezi olarkən, ağrılarıma məlhəm olacaq torpağın və nəfəssiz
qalan bədənimə can verəcək səma həmişə şahidlik edəcəklər səni nə qədər çox sevdiyimə..

Səma quşları dolaşdıracaq, torpaq çiçəklər bitirəcək üzərimdə..
Quşların və çiçəklərin mahnılarıyla
həsrətim dilə gələcək nə qədər ömürlər boyunca..

Əgər bir gün gəzişərkən gözəl üzünlə küçələrdə, gəlir şirin bir külək,
dünyanın ən şirin gözəl gözlərinə, dünyanın
ən şirin yanaqlarına bir öpüş qondursa bil ki, məndəndir..

Sənə həsrət getmiş dodaqlarımın həsrət mahnılarına dözə bilməmiş buludların və
torpağın xahişiylə gəlmiş bir küləkdən ən riyasız, ən səmimi, ən tək və ən ölümlü öpüşüdür o..

Dünyanın bütün aşiqlərindən nə qədər öpüş varsa,
onda dərin bir ah edərlər halıma..

Nəyə baxsam sənsən

Bütün aşiqlər məzarlarından bir dəfə titrəməklə sarsılar,
bütün qovuşmuş sevənlər xoşbəxtliklərinə peşman olub, ən səmimi dualarla yalvararlar Rəblərinə..

Bütün xoşbəxtliklərini bağışlamaq istəyərlər;
sənin o gözəl dodaqlarının bir öpüşünə..

Nə çarə ki, bədbəxt ömrümün son səhifəsi də qaralanmış, ağrıların əlifbasıyla
doldurulmuş ömür dəftərim məhşərə qədər açılmamaq üzrə bağlanmışdır..

Lakin bağlanmadan gedən, sənə baxmağa doya bilmədən
gedən gözlərim, məzarda da olsa həmişə səni gözlər..

Qeyri-mümkünlüyünü bilə-bilə bir mələyin əlindən tutaraq gəlib, son bir sözünü
gözləmərəm, nə qədər bihudə olsa da, bilsən,
nə böyük bir həsrətdir ki, ölümlü bədənimi son yuxusuna heç cür buraxmaz..

Nə qədər gecələr gördüm, nə qədər səhərlər; lakin torpağın qaranlıq bağrında gecəmi
gündüzümü ayırd edə bilmədən səni
gözləyərkən bir baxarsan, sən əllərində boynu bükük iki çiçəklə gəlirsən..

Adım-sanım unudulsun deyə adımı belə
yazdırmadığım məzar daşımı öpüb torpağımı oxşayarsan..

İki damla gözyaşı töküb məni nə qədər çox sevdiyini söyləyərsən..
Uzun-uzun izah edərsən mənə; xəcalətli baxan gözlərimizlə baxaraq güc bəla ilə
can verə bildiyimiz üç-beş sözü danışarkən nə qədər xoşbəxt olduğunu..

Nəyə baxsam sənsən

Söylədiyin hər sözün sonunda qışqıra qışqıra səni
sevirəm demək istədiyini söyləyərsən.. Və mən də səslənərəm sənə aşağıdan;
Eynilə mənim kimi..

Sevgilim.. Gəlib keçən ömrə qurban edilmiş nə qədər böyük bir sevgi idi bizimki..
Çətin dağların zirvələrində minlərlə kilometrlik qarın ortasında açan novruzgülü kimi idi..

Ya da milyonlarla kvadrat kilometrlik bir səhranın ortasındakı kiçik bir vahə..
Nə qarları əridə bilərdik, nə də səhranı yaşıllığa
çevirə bilərdik.. Olsun.. Hər şey üçün təşəkkür edirəm sənə..

Yaradıcının içimə gizlədiyi şifrəni tapdıran sevginə...!
Bil ki, indi üzərimdə uçan buludlar, altımda uzanmış torpaq və əlifbamdan sənə
təqdim etdiyim hərflər yoxluğunu axtartdırmır mənə..
Çünki nəyim varsa, sənsən...

Nəyə baxsam sənsən, Nəyə toxunsam sən...!



Geri dön

NELLY19

  • 28 iyul 2011 13:28
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli-xeber-ucun-tewekkurler

maraqli-xeber-ucun-tewekkurler

Inciciceyi

  • 23 iyun 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli yazidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

gulshen

  • 23 iyun 2011 00:59
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
Nəyə baxsam sənsən, Nəyə toxunsam sən...!

Bu Menem

  • 22 iyun 2011 23:39
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
Nəyə baxsam sənsən, Nəyə toxunsam sən...!
tws winked

R.M_FaNaTka

  • 22 iyun 2011 23:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm tesekkurler maraqli xebere gore

--------------------

Musique Sage

  • 22 iyun 2011 15:27
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}