Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)

 
Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)

16-Rəhmət:
Yəhya ibni Səlam rəhmətin on bir mənasına işarə etmişdir:
1-İslam dini. 2-Ruzi. 3-Kömək və qələbə. 4-Sağlamlıq. 5-Behişt. 6-Yağış. 7-Nübüvvət. 8-Nemət. 9-Quran. 10-Var-dövlət. 11-İman.
Salman Farsi həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql edir:
“Allah-taala yer və göylərlə birlikdə yüz rəhmət yaratdı və onun təkcə birini yer üzünə göndərdi ki, insanlar onun vasitəsilə bir-birlərinə rəhm edirlər.”
(Ananın öz övladına məhəbbət göstərməsini, quşların su içməsini və insanların yaşamasını buna misal göstərmək olar. Allah-taala qalan doxsan doqquz rəhmətini isə qiyamətdə təqvalılara əta edəcəkdir.)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)

17-İkrah (məcburiyyət):
İslam nöqteyi-nəzərindən fərdi azadlığın nümunələrindən biri də dinin qəbul edilməsində məcburiyyətin olmamasıdır.
Qurani-kərimdə buyurulur:
“Dində heç bir məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın şəkildə seçilmişdir.” (“Bəqərə” surəsi, 256-cı ayə)
Çünki İslam bəyənilmiş din, iman və qəlbə aid olan bir inancdır və heç vaxt zorla qəbul etdirilib qəlblərdə yer tuta bilməz. Əksinə bir sıra mühüm müqəddimələrin hasil olması ilə eyni zamanda haqq batildən seçilib ayrılır. Bu aydınlıq hasil olarkən, insan təbii olaraq haqqı qəbul edir.
İnsan işlərində azad və ixtiyar sahibi olması inkar edilməz bir həqiqətdir.
İslamın əziz peyğəmbəri həzrət Mühəmməd (s) vəfat etdikdən sonra müsəlmanların arasında ciddi şəkildə mübahisə obyektinə çevrilmiş məsələlərdən biri də insandan baş verən işlərin keyfiyyəti idi.
Bəzilərinin əqidəsinə əsasən, insan işlərində tam məcburiyyətə malikdir. Başqa bir qrupun nəzəriyyəsinə görə Allah-taala bütün işləri insanların ixtiyarında qoymuş, Öz qüdrət və hakimiyyətini (qəzavətini), eləcə də təqdirini onlardan götürmüşdür.
Birinci qrupun fikrincə, insanın bütün işlərinin səbəbkarı məhz Allahdır. İkinci dəstənin fikrincə isə, insanın işlərinin səbəbkarı tam mənada onun özüdür. Bu iki azğın və yanlış fikrin müqabilində Peyğəmbər Əhli-beytinin bəyan etdiyi həqiqət və doğru əqidə bundan ibarətdir ki, insanın işləri nə tam cəbr (icbar), nə də tam təfviz əsasında deyil; həqiqət bu iki fikrin arasında orta mövqedə olan bir nöqtədir. Yəni insan bu dünyada öz işlərində tam məcbur olmadığı kimi, tam mənada öz başına da buraxılmamışdır.
İmam Sadiq (ə) bu iki etiqad arasındakı orta və mətədil olan haqq yolu məşhur bir cümlədə belə bəyan emtişdir:
“İslamda nə tam cəbr vardır, nə də tam təfviz; əksinə (haqq yol) bu ikisinin arasında olan bir yoldur (orta mövqedir).” (Ayətullah Cəfər Sübhaninin “Mənşuri əqaidi-imamiyyə” kitabından iqtibas edilmişdir)


Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)

18-Röya (yuxu):
Röya insan üçün yaxın və ya uzaq gələcəkdə xeyirli, ya da qorxulu bir hadisənin baş verəcəyini bildirir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Düz danışan şəxslərin yuxusu doğrudur.”
Həmçinin buyurmuşdur:
“Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.
İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu:
“Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)

19-Dua:
Dua oxumaq, Allahla raz-niyaz və münacat etmək şiələrə məxsus olan xüsusiyyətlərdən biridir ki, onun vasitəsilə başqalarından seçilmiş, onun qayda və fəziləti ilə ünsiyyət tapmışlar.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Ehtiyaclarınızı (yalnız) Allahdan istəyin, (ağır və xoşagəlməz) hadisələrdə dua edib, Ona pənah aparın; çünki dua ibadətin məğzidir.”
Ən xalis ibadət dua və Allahla raz-niyaz etməkdir. Çünki insan dua edərkən camaatın ixtiyarında olanlardan üz çevirib, yalnız Allaha ümid bağlayır. Hədislərdə buyurulur ki, ən fəzilətli ibadət duadır. (“Kafi”, 2-ci cild, səh. 339, hədis:) 1)
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Yardıma ehtiyacın olsa, onu Allahdan istə; çünki O, (hər bir) xeyrin mənbəyidir və insanın da həmişə bu xeyrə ehtiyacı vardır.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)

20-Gözəl əxlaq:
Gözəl əxlaqa sahib olmağın hər iki dünyada böyük faydaları vardır.
Bir nəfər imam Sadiq (ə)-dan gözəl əxlaqın nəyə deyildiyini soruşduqda, Həzrət ona buyurdu:
“Yumşaq və mülayim davran, danışığını gözəlləşdir və din qardaşlarınla gülərüz, mehriban rəftar et.” (“Üsuli-kafi”, 2-ci cild, səh. 103, hədis:
4) O həzrət başqa bir hədisdə belə buyurmuşdur:
“Üç əməl vardır ki, hər kəs onlardan birinə malik olsa, Allah behişti ona vacib edər: 1-Yoxsul olduğu halda (Allah yolunda) ehsan və yaxşılıq etmək. 2-Hamı ilə gülərüz olmaq və gözəl rəftar etmək. 3-İnsaflı olmaq (yəni zərərinə də olsa belə, haqqı demək).” (“Kafi”, 2-ci cild, səh. 103)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (16-20)


Geri dön

Inciciceyi

  • 23 iyun 2011 08:56
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 22 iyun 2011 23:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm tesekkurler maraqli xebere gore

--------------------

lema

  • 22 iyun 2011 17:23
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Deyerli xeberdi.oxuduqca çox şey öyrenirem.teşekkür........

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MuslimGirl

  • 22 iyun 2011 15:34
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun, bacı. Düzü, hamısını oxuya bilmədim. Amma oxuduqlarımdan çox şey öyrəndim

_Gunel_

  • 22 iyun 2011 15:32
  • Məqalə: 0
  • Şərh: 387
  • Bal:
{awards}
ilk rey menden)))twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}