Fəzilət

 
Fəzilət

Fəzilət

1469. Fəzilətlər.
5026. İmam Əli (ə): «Üstünlük mal-dövlətin çoxluğu, işlərin (və əsil-nəcabətlərin) böyüklüyü ilə deyil, gözəl kamal və yüksək əxlaqla ölçülür.» (Ğurərul-hikəm, hədis 1925)
5027. İmam Əli (ə): «Rəhbərlərin üstünlük dərəcələri, onların ibadətinin gözəlliyi ilə ölçülər.» (Ğurərul-hikəm, hədis 6559)
5028. İmam Əli (ə): «Təqvalılar dünyada fəzilət sahibləridir. Onların danışıqları doğru, geyimləri orta səviyyəlidir.» (Nəhcül-Bəlağə, xütbə 193)
5029. İmam Əli (ə): «Özünü pisliklə cəzalandırmaqdan üstün bilən kəs bütün fəzilətləri kəsb etmişdir.» (Ğurərul-hikəm, hədis 5139)
5030. İmam Əli (ə): «Pislik edənə yaxşılıq edən kəs, şübhəsiz ki, bütün fəzilətləri öz ixtiyarına almışdır.» (Ğurərul-Hikəm, hədis 8905)
5031. İmam Əli (ə): «Qüdrətli olduqda güzəşt edən, çətinlik və kasıblıq vaxtı əliaçıq, yoxsulluq vaxtı fədakar ol ki, fəzilət və üstünlüyün kamil həddə yetişsin.» (Ğurərul-Hikəm, hədis 7179)
5032. İmam Səccad (ə): «Qiyamət günü Allah-taala əvvəldən axıradək bütün insanları bir səhraya yığdıqda, carçı car çəkər:
«Haradadır fəzilət əhli?» Bundan sonra bir dəstə adam ayağa qalxar. Mələklər onları qarşılamağa gedər və soruşarlar:
«Sizin fəzilətiniz nə idi?» Deyərlər: «Bizimlə əlaqələrini kəsən şəxslə əlaqə yaradardıq, bizi məhrum edən şəxsə bəxşiş edərdik, bizə zülm edən kəsə güzəşt edərdik.» Onlara deyilər: «Doğru deyirsiniz. Cənnətə daxil olun.» (əl-Kafi, c. 2, səh. 107, hədis 4)
5033. İmam Cavad (ə): «Fəzilətlər dörd cürdür. Birincisi hikmətdir, hikmətin də canı düşünməkdir. İkincisi iffətdir, iffətin də canı şəhvətdir. Üçüncüsü qüdrətdir, onun da canı qəzəbdir. Dördüncüsü ədalətdir. Onun möhkəmliyi nəfsanı qüvvələri tənzimləməkdədir.» (Kəşful-Ğummə, c. 3, səh. 138)

Fəzilət

1470. Ən üsün fəzilətlər
5034. İmam Əli (ə): «İnsaflı olmaq fəzilətlərin ən üstünüdür. (Ğurərul-hikəm, hədis 805)
5035. İmam Əli (ə): «Dili qorumaq və bəxşişlə yaxşılıq etmək insanın ən üstün fəzilətlərindəndir.» (Ğurərul-hikəm, hədis 4899)
5036. İmam Əli (ə): «Heç bir fəzilət yaxşılıq etməkdən daha üstün de-yildir.» (Ğurərul-hikəm, hədis 10625)
5037. İmam Əli (ə): «Qəzəbə hakim olmaq və şəhvəti öldürmək fəzilətlərin başında gəlir.» (Ğurərul-hikəm, hədis 5237)
5038. İmam Əli (ə): «Fəzilətlərin zirvəsi elmdir.» (Ğurərul-hikəm, hədis 6379)

Fəzilət

1471. Ən üstün insanlar.
5039. Allahın Peyğəmbəri (s): «Sizin Allah yanında ən yüksək məqam sahibi olanınız, daha uzun müddət aclıq çəkən və düşüncələrə dalanınızdır. Allah yanında ən mənfurunuzsa, çox yatağan, qarınqulu və çox içəninizdir.» (Tənbihul-xəvatir, c. 1, səh. 100)
5040. Allahın Peyğəmbəri (s): «Ey camaat! Həqiqətən, insanların ən üstünü odur ki, yüksək məqamına baxmayaraq təvazökarlıq etsin, qüdrətinə rəğmən dünyaya zahid olsun, dövlətli olsa da xərclərində insaflı olsun, güclü olduğu qədər də insaflı olsun. Bilin ki, ən üstün insanlar, dünyadan ona kifayət edən qədər götürən, onda iffətli və izzətli ömür sürən, səfərə (axirətə) azuqə yığan və getməyə hazırlaşan bəndələrdir.» (Əlamud-din, səh. 337, hədis 15)
5041. İmam Əli (ə): «Allahın yanında Onun ən üstün bəndələri yol gös-tərən və yol tapmış ədalətli rəhbərdir. Beləsi tanınan sünnəni dirçəldər, tanınmamış bidəti öldürər.» (Nəhcül-Bəlağə, xütbə 164)
5042. İmam Əli (ə): «Həqiqətən, Allah yanında ən üstün insan, haqq ona kədər və çatışmazlıq, batil isə xeyir və artım gətirsə də, haqqa əməl etməyi batilə əməl etməkdən çox istəyəndir.» (Nəhcül-Bəlağə, xütbə 125)

Fəzilət


Geri dön

Inciciceyi

  • 23 iyun 2011 08:31
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Alllah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

GlamouR_

  • 23 iyun 2011 01:23
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COPY ELEDIM

--------------------

Bu Menem

  • 23 iyun 2011 00:21
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws ALLAH razi winked

R.M_FaNaTka

  • 22 iyun 2011 23:25
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
hmm tesekkurler maraqli xebere gore

--------------------

JISTEN TIMBERLAND

  • 22 iyun 2011 22:54
  • Məqalə: 10
  • Şərh: 440
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

Vasif777

  • 22 iyun 2011 21:47
  • Məqalə: 58
  • Şərh: 295
  • Bal:
{awards}
5042. İmam Əli (ə): «Həqiqətən, Allah yanında ən üstün insan, haqq ona kədər və çatışmazlıq, batil isə xeyir və artım gətirsə də, haqqa əməl etməyi batilə əməl etməkdən çox istəyəndir.» (Nəhcül-Bəlağə, xütbə 125

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

DOQRULAR

  • 22 iyun 2011 21:25
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Teshekkurler Allah razi olsun InshaAllah.

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

ASMIYA

  • 22 iyun 2011 20:40
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
RESIMLƏR DƏ YAZILANLAR DA ÇOX ÇOX ÇOX GÖZƏL ƏZİYYƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM. ALLAHIM HƏR KƏSİ PƏNAHINDA SAXLASIN. AMİN...
smile

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 86
Cəmi: 126

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 137
 
The Shield
Xəbərləri: 31
Cəmi: 293
 
Darling
Xəbərləri: 30
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}