O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur?

 
O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur?

Bu məsələ hədislərimizdə açıq şəkildə izah edilmişdir ki, qəbir əzabı dedikdə Bərzəx alımindəki əzab nəzərdə tutulur. Belə ki, dünya aləmi ilə axirət aləmi arasındakı fasiləyə Bərzəx deyirlər. Allah Təala “Muminun” surəsində buyurmuşdur: “Şəkk yoxdur ki, bərzəx aləmi bütün insanlar üçün mövcuddur”.
Belə bir sualı İmam Əliyə (ə) də vermişdilər və o, buyurmuşdu: “Quraqlığın Allahı, həmin dənizlərin də Allahıdır. Dənizlərin Allahı, göylərin də Allahıdır. Allah üçün fərqi yoxdur ki, insanın bədəni qəbirdə olsun, yoxsa heyvanların qarnında və ya başqa bir yerdə”.

Beləliklə qəbir əzabı, yəni ruhun Bərzəx aləmindəki əzabıdır. Bu əzab ona layiq olan bəndələr üçün haqdır. Allah Təala bağışlayan və mehribandır. O, insanlara dünyada işlətdikləri günaha görə tövbə qapısını açıq qoymuşdur ki, özlərini bu günahlardan paklasınlar və Bərzəx əzabından azad olsunlar.


Qəbir əzabından necə qurtulmaq?

İmam Sadiq (ə) buyurmuşdur:
“Möminin günahlarının kəffarəsi (cəriməsi) - qəbir əzabı və sıxıntısıdır”.

Ondan xilas olmağa səbəb olan əməllər bunlardır:
1-Hər cümə gecəsi “Nisa” surəsini oxumaq.
2-“Zuxruf” surəsini çox oxumaq.
3-Gecə namazı qılmaq.
4-“Təkasur” surəsini oxumaq.
5-Nəcəfi-Əşrəf şəhərində dəfn olunmaq.
6-Meyitin kəfəninə iki yaş çubuq qoymaq.
7-Qəbrin üstünə su tökmək (qəbrin üstü rütubətli olana qədər, meyyitə əzab verilməz).
8-Rəcəb ayında dörd, Şəban ayında isə on iki gün oruc tutmaq.
9-Rəcəb ayının birinci gecəsində on rükət namaz qılmaq
(hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini üç dəfə oxumaq).
10-Rəcəb ayının birinci gecəsində iyirmi rükət namaz qılmaq.
11-“Mülk” surəsini çox oxumaq. Həzrət Peyğəmbəri-Əkrəm (s) bu barədə
buyurmuşdur: “Bu surə insanı qəbir əzabından xilas edir”
12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Meyiti dəfn etdikdə üç dəfə
“Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və Ali-Muhəmmədin
ən-lə tuəzzibə hazəl-məyyit” desə, Allah Təala əzabı ondan götürər.”
13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cümə axşamı hər rükətdə
“Həmd” surəsindən sonra on dörd dəfə “Zilzal” surəsini
oxumaqdan ibarət olan iki rükət namaz qılsa, qəbir sıxıntısından amanda qalar”.
14-Rəcəb və Şəban ayının gecələrinə, eləcə də Aşura gecəsinə məxsus olan müstəhəb namazları qılmaq.
15-Sədəqə vermək (xüsusilə yetimə).
16-Xalqa xidmət etmək, xüsusilə məscid tikmək, körpü salmaq və yol çəkmək.

Həmçinin cümə ertəsi gününün qürubundan cümə
gününün qürubu arasında ölənlərə də qəbir əzabı verilməz, inşəallah!

Allah Təala bizləri dünya və axirətdə əzabdan qurtulmuşlardan qərar versin, inşəallah!


Geri dön

music_angel

  • 11 sentyabr 2011 14:20
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

AliNikA

  • 23 iyun 2011 13:00
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

MuslimGirl

  • 23 iyun 2011 12:38
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Qəbir əzabı ümumi deyilən bir sözdür. Məsələn, bir insan partlayışda ölsə, yəni dəfn olunmasa, o yenə də qəbir əzabı yaşayacaq. İnsanlar çox zaman torpağa dəfn edildikləri üçün qəbir əzabı adlanır. O ki qaldı qəbir əzabından xilas olmağın yollarına, düzünü desəm, bəzisi qaranlıq qaldı. İnşallah, aydınlaşdıracam. ALLAH razı olsun!

CandyGirl

  • 23 iyun 2011 12:16
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Inciciceyi

  • 23 iyun 2011 10:56
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

rossioneri-004

  • 23 iyun 2011 10:48
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
Allah Razi olsun.
twk.

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 49
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}