İmamlarımızdan kəlamlar

 
İmamlarımızdan kəlamlar

1. Sənə pislik edənə özünü ona sevdirməyin qədər böyük bir cəza bilməzsən.

2. Sizə edən pisliyi əfv edin, millətinizə ediləni əsla.

3. Xəsis insan dünyada fəqir kimi yaşayar, axirətdə isə varlılar kimi sorğu- suala çəkilər.

4. Övladınızı dövrnüz üçün deyil, onların dövrü üçün yetişdirin.

5. Ey cavanlar! şərəfinizi tərbiyənizlə, ədəbinizlə, dininizi isə biliyinizlə qoruyun.

6. Arzu ılğım kimidir, onu görəni aldadır və ümid bağlayanı məyus edir.

7. Adəm övladının hamısı səhv, xəta edir, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir.

8. Ən üstün hikmət insanın özünü tanımasıdır.

9. ALLAH`ın itaətinə səbr etmək, Onun əzabına səbr etməkdən daha asandır.

10. Sözlərin ən pisi yalandır.

11. Günah edən zaman tövbə ilə onun məhvinə tələs.

12. Şərab içilən süfrədə oturmayın. Çünki, bəndə ölümünün nə vaxt çatacağını bilmir.

13. Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır.

14. Cənnətin qiyməti la ilahə illallah sözüdür.

15. Bilmədiyiniz şeyə düşmən kəsilməyin, çünki elmin əksəriyyəti sizin bilmədiyiniz şeylərdir.

16. İnsanın dünyada daddığı elə bir ləzzət yoxdur ki, Qiyamət günü ona qəm – qüssə gətirməsin.

17. Zarafatın yerində kin qalar.

18. İki şey camaatı məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və lovğalanmaq.

19. Özündən yuxarddakına itaət et ki, səndən aşağıda olan sənə itaət etsin.

20. Mənim öz Rəbbimə əmimliyim var və dinimdə heç bir şübhə yoxdur.

21. Astadan danışmaq, baxışları aşağı salmaq,
rahat yol yerimək imanın və gözəl dindarlığın nişanələrindəndir.


22. ALLAH`ın zülümüdən qorxmayın,
(Çünki o heç kəsə zülm etməz), özünüz özünüzə zülm etməkdən qorxun.

23. Yer üzündə ALLAH`ın ən çox sevdiyi iş duadır.

24. Dünya sənin kölgənə bənzər. Dayansan,
o da dayanar, əgər onun dalınca getsən, səndən uzaqlaşar.

25. Müharibədə düşmənizlə qarşı- qarşıya gələndə, az söz danışın və ALLAH`ı çox yad edin.

26. Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi deyil, bir güldür.
Onun əzizləməkdə də həddini aşma və elə eləmə ki,
(sənin yanında) kimisə şəfaət etməyə cürət etsin.

27. Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xususiyyətləridir.
Qürur, qorxalıq və xəsislik. Çünki qadın məğrur olsa özünü ( naməhrəmin) ixtiyarına
verməz. Xəsis (tutmcul) olsa, özünün və ərinin malını saxlayar,
qorxaq olsa başına gələn ( bədnamlığına səbəb ola biləcək) hər şeydən qorxar.


28. Ağlın başı, nəfsi istəklərlə mübarizədir.

29. Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün.

30. Mən öz ALLAH`ımdan nə xoş sima övladlar istədim nə də boylu – buxunlu uşaq.
ALLAH`dan ALLAH`a itaət edən, Ondan qorxan övladlar
istədim ki, ona baxanda ALLAH`a itaət etdiklərini görüm və gözlərim işıqlansın.

31. Hər kim özünü ALLAH`ın haramlarından saxlasa, ALLAH`ın bəxşişi ona tərəf tələsər.

32. Günah işləri davam etdirə - etdirə əfv diləməyin özü, yeni günahdır.

33. Tövbə etmək ruzini artırar.

34. Fitnələr üç növdür. Qadın sevgisi; bu
şeytanın qılıncıdır... Kim qadınsevən olsa həyatında bəhrə götürməz.

35. Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğrudur.

36. Dünya qurtaran , axirət isə əbədidir.

37. Hansısa bir işə görə səninlə dostluq edən kəs həmin işə nail olduqdan sonra sənə arxa çevirər.

38. Sənin həqiqi qardaşın xətadan keçən, ehtiyacını təmin edən, üzrünü qəbul edən,
eyblərinin üstünü örtən, qorxunu səndən uzaqlaşdıran və arzunu yerinə yetirən kəsdir.

39. Möminin sevinci üzündə , kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir ( çox hövsələli və geniş ürəklidir) .
Nəfsi isə hər şeydən xardır. Özünü yuxarı tutmağı sevmir və şan – şöhrətə nifrət bəslər.
Qəm – kədəri uzun, himmət və çalışqanlığı yüksəkdir.... Sükutu çoxdur və vaxtı boş keçmir.
Şükr edən və səbrlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda möhkəm olmağa hərisdir.
Mülayim və mehribandır. İradəsi çaxmaq danışdan da möhkəmdir , amma bununla belə quldan da həqir və xardır.


40. Möminlərdən o şəxsi imanı daha üstündür ki, verdiyi və aldığı, qəzəb və sevinc ALLAH`a görədir.


Geri dön

music_angel

  • 11 sentyabr 2011 14:19
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

Allah razi olsun cox sagolun bele gozel movzuya gore

--------------------

AliNikA

  • 23 iyun 2011 12:56
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
ALLAh razi olsun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

CandyGirl

  • 23 iyun 2011 12:13
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Mr.Perfect

  • 23 iyun 2011 11:00
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
Xebere gore tesekkur

--------------------

Inciciceyi

  • 23 iyun 2011 10:57
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
deyerli kelamlara gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}