Quranda Həzrət Məhdinin (ə.f.) zühuru

 
Quranda Həzrət Məhdinin (ə.f.) zühuru

“Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər. Halbuki, Allah kafirlərə xoş gələməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir”. (“Tövbə” surəsi, 32).

Bəzi təfsirçilər bu fikirdədirlər ki, bu ayə Peyğəmbərin (s) dövründə olan qələbələrə aid edilmişdir. Ancaq ayəyə diqqətlə baxsaq, görərik ki, burada zaman üçün heç bir məhdudiyyət qoyulmamışdır. Burada adı çəkilən qələbə İslamın bütün dinlərə qalib gəlməsinə işarə edir. Mənası isə odur ki, nəhayət İslam bütün Yer kürəsini əhatə edəcək və bütün dünyada qələbə çalacaqdır.

Bu ayəyə aid gələn hədislərə nəzər salaraq, bu mövzunu daha yaxşı başa düşməyə çalışaq. Mərhum Təbrisi “Məcməyül-bəyan”da İmam Baqirdən (ə) bu ayənin təfsirində belə nəql edir: “Bu ayədə verilən vəd, ali-Muhəmməddən (ə) olan Məhdinin (ə) zühuru zamanı həyata keçəcəkdir. O zaman yer üzərindəki hər bir kəs Muhəmmədin (s) həqiqətini iqrar edəcəkdir”. Bu ayənin təfsiri haqqında Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Yer üzərində heç bir ev qalmayacaqdır, nə daşdan və gildən tikilmiş evlər, nə də tükdən hörülmüş çadır, onlardan başqa ki, Allah İslam adını oraya daxil edəcəkdir”.

Şeyx Səduq İmam Cəfər Sadiqdən (ə) bu ayənin təfsirində belə nəql edir: “Allaha and olsun ki, bu ayədə deyilənlər həyata keçməmişdir və o zaman həyata keçəcəkdir ki, Qaim (ə.f.) zühur edəcəkdir. O qiyam edən zaman bütün dünyada Allahı inkar edənlər qalmayacaqdır”.

Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, o kəs ki, haqq hökumətinin intizarını çəkir və bu halda ölür, onun hökmü nədir? İmam buyurur: “O, sanki bu inqilabın rəhbəri ilə bir yerdə olmuşdur, o insana bənzəyər ki, İslam Peyğəmbəri (s) ilə onun mübarizəsində iştirak etmişdir”.

Buna bənzər bir neçə hədisə nəzər salaq ki, onlara bu cür cavab verilmişdir: “O, sanki Allah yolundan qılınc çalmışdır”. “O, sanki Qaimin (ə.f.) bayrağı altında olmuşdur”. “O, sanki Peyğəmbərin (s) qarşısında cihad edir”. “O, sanki Peyğəmbərlə (s) şəhid olur”. Bu hədislərdən bunu başa düşmək olur ki, intizar ilə mübarizənin arasında bir növ əlaqə vardır.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim ümmətimin ən üstün əməli odur ki, Allah tərəfindən gələn zühurun intizarında olsun”.

Bəs intizar nədir? İnsan çox şeyin intizarında ola bilər. İnsan səfərə getmiş müsafirin intizarında ola bilər. Əziz bir döstunun intizarında ola bilər. Meyvə fəslinin gəlməsinin intizarında ola bilər. Bütün bu intizarlarda hazırlıq görmək lazımdır. Belə ki, dostu və ya müsafiri qarşılamaq üçün insan gərək evini səliqəyə salsın, yeməklər hazırlasın, lazımlı ərzaqların tədarükünü görsün. Eləcə də bu məsələdə insan gərək intizara hazır olsun. Bu elə bir intizardır ki, başqa intizarlarla fərqi vardır. Bu elə bir insanın intizarıdır ki, onun gəlməyinə yəqinliyin olmalıdır. Gəlməyi üçün hazırlıq görməlisən. Həm özünü mənəvi cəhətdən hazırlamalısan, tərbiyə etməlisən, həm ictimai problemlərin aradan qaldırılmasına yardım göstərməlisən, fəsadla mübarizə aparmalısan.

Nəticədə demək olar ki, bu ayədə adı çəkilən qələbə təkcə məntiqi qələbə deyildir, daha çox əməli bir qələbə olacaqdır. Yəni elə bir gün gəlib çatacaqdır ki, İslam həm məntiqi cəhətdən, həm də zahiri nüfuz baxımından qələbə çalacaq və hamını öz nuru ilə işıqlandıracaqdır. Həmin gün gələnə qədər isə biz özümüzü bu mübarək görüşə hazırlamalıyıq.


Geri dön

music_angel

  • 11 sentyabr 2011 14:25
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Посетители, находящиеся в группе Bronze User, не могут открывать темы в данном форуме.

Посетители, находящиеся в группе Bronze User, не могут открывать темы в данном форуме.

--------------------

DOQRULAR

  • 23 iyun 2011 17:30
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Allah razi olsun InhsaAllah.Chox muhum movzudan yazmisiz.InshaAllah layiqince hazirlahsa bilerik Mehdi(a.s.)in gelishine.

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

Cant_Breathe

  • 23 iyun 2011 15:27
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Elə bir gün gəlib çatacaqdır ki, İslam həm məntiqi cəhətdən, həm də zahiri nüfuz baxımından qələbə çalacaq və hamını öz nuru ilə işıqlandıracaqdır. Həmin gün gələnə qədər isə biz özümüzü bu mübarək görüşə hazırlamalıyıq.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Inciciceyi

  • 23 iyun 2011 15:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

AliNikA

  • 23 iyun 2011 12:52
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
ALLAH razi olsun.twkr

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

lema

  • 23 iyun 2011 12:20
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
İnşallah o gün tez geler ve bizde yolunu sapmamışlardan olarıq.
ALLAH RAZI OLSUN.....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

CandyGirl

  • 23 iyun 2011 12:09
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
allah razi olsunnnnn

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}