Dünyaya bel bağlamaq və axirətdən əlini üzmək

 
Dünyaya bel bağlamaq və axirətdən əlini üzmək

İmam Muhəmməd Baqir (ə) buyurur: “Rəsulun (s) zamanında Əhli-Siffə möminlərindən biri olan Səyid çox yoxsul idi. Camaat namazında həmişə Allah Rəsulunun (s) yanında olurdu. Heç bir zaman namazı tərk etməzdi. Allahın Rəsulu (s) onu nə vaxt görürdü, qəlbi onun üçün sızıldayardı. Onun yoxsul olmağı Peyğəmbəri (s) çox narahat edirdi. Bir gün Səyidə deyir: “Əgər əlimə bir şeyə düşərsə, səni ehtiyacsız edəcəyəm”.

Bir müddət keçir və Peyğəmbər (s) əlinə bir şey düşmədiyi və Səyidə kömək edə bilmədiyi üçün çox qəmgin olur. Allah Təala Öz Rəsulunu (s) bu cür qəmgin görəndə, Cəbrayılı (ə) ona tərəf göndərir. Yanında iki dirhəm olan Cəbrayıl, Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Rəsulallah! Allah sənin Səyidə görə qəmgin olduğunu öyrənibdir. İstəyirsənmi ki, Səyid ehtiyacsız olsun?”. Peyğəmbər (s) buyurur: “Bəli”. Cəbrayıl deyir: “Bu iki dirhəmi Səyidə ver və söylə ki, bu pulla ticarət etsin”.

Peyğəmbər bu iki dirhəmi götürərək, namaza getmək üçün evdən çıxır. Səyid ilə görüşən zaman ona deyir: “Ey Səyid! Sənin ticarətdən, alış-verişdən başın çıxırmı?”. Səyid deyir: “Allaha and olsun ki, ticarət etmək üçün heç bir şeyim yoxdur”. Peyğəmbər bu iki dirhəmi ona verir və buyurur ki, bu dirhəmlərlə ticarət etsin. O, bu iki dirhəmi alır və Peyğəmbərlə (s) bir yerdə məscidə gedir. Zöhr və əsr namazlarını qılırlar. Namazdan sonra Peyğəmbər (s) ona buyurur: “Qalx və ruzinin dalınca get. Mən sənin vəziyyətinə görə qəmginəm”.

Səyid qalxır və ticarət etməyə gedir. O iki dirhəm o qədər bərəkətli olur ki, onunla nə alırsa, çox sayda mənfəət edir. Mal-dövləti artır və ticarəti genişlənir. Məscidin yanında ticarət etmək üçün yer götürür. Alış-verişlə məşğul olur. Yavaş-yavaş Peyğəmbər (s) görür ki, Bilal azan deyəndə Səyid hələ də alış-verişlə məşğul olur. Peyğəmbər (s) onu belə görəndə Səyidə deyir: “Ey Səyid! Dünya səni namazdan saxlamışdır”. O, cavabında deyir: “Nə edim? Mal-dövlətimi tələf edim?”.

Həzrət Peyğəmbər (s) Səyidin bu vəziyyətindən o qədər narahat və qəmgin olur ki, hətta Səyid yoxsul olanda bu qədər qəmgin olmamışdı. Cəbrayıl Peyğəmbərin (s) yanına gəlir və ərz edir: “Allah sənin Səyidə görə narahat olduğunu öyrənibdir. Bu iki haldan hansı daha yaxşıdır? Onun yoxsul halda namazda, ibadətdə olmağınımı sevdin, yoxsa imkanlı olaraq, namaza diqqət etməməsinimi?”. Həzrət Peyğəmbər (s) buyurur: “Onun birinci halını sevirəm, çünki onun ikinci halı bais olur ki, dünya dinini oğurlasın”. Cəbrayil deyir: “Dünya və sərvətə bağlanmaq imtahan vasitəsidir və insanı axirətdən saxlayar”. O zaman Cəbrayıl deyir: “Ona borc verdiyin iki dirhəmi geri al, bu zaman o, əvvəlki halına qayıdacaqdır”.

Peyğəmbər (s) Səyidə buyurur: “Mənim iki dirhəmimi vermək istəmirsənmi?”. Səyid deyir: Onun yerinə 200 dirhəm verərəm. Peyğəmbər (s) buyurur: “Mənim ancaq iki dirhəmimi ver”. Səyid o Həzrətin iki dirhəmini geri qaytarır. Bundan sonra Səyidin bütün mal-dövləti yavaş-yavaş əlindən çıxır. Həyatı əvvəlki axarına qayıdır”.


Geri dön

music_angel

  • 11 sentyabr 2011 14:18
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

CandyGirl

  • 1 iyul 2011 13:15
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Inciciceyi

  • 24 iyun 2011 10:31
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 24 iyun 2011 00:07
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore minetdaram

--------------------

NELLY19

  • 23 iyun 2011 19:46
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun twk........

lema

  • 23 iyun 2011 15:34
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Heqiqeten Allah bizim üçün neyin xeyrli olacağını en yaxşı bilendir.teşekkür edirem.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

_tvix_

  • 23 iyun 2011 13:48
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
cox sag ol,
coooox gozel ehvalat idi.oxumaga deyer.netice cixartmaq lazimdi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}