Duzun keyfiyyətli olmasını necə müəyyənləşdirmək olar?

 
Duzun keyfiyyətli olmasını necə müəyyənləşdirmək olar?

Gündəlik istehlakda və insanların qida rasionunda zəruri və daimi istifadə olunan məhsullardan biri də duzdur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşlara duz alarkən diqqətli olmağa tövsiyyə edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, duz alarkən istehlakçılar ilk öncə onun istehsal tarixinə və saxlanma müddətinə diqqət yetirməlidir. Yodlaşdırılan duzun yararlılıq müddəti kalium yodidin istifadəsi zamanı 6 ay, kalium yodatın istifadəsi zamanı isə 9 ay müəyyən edilib. Yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır. Yemək hazırlayarkən yod itkisinə yol verməmək üçün duz son mərhələdə əlavə edilməlidir.

Lazımı miqdarda yodlaşdırılmış duzla təminat yod çatışmazlıqları xəstəliklərinin aradan qaldırılması deməkdir. Lazım olan hormonların yaranması üçün yodun orqanizmə daxil olması vacib şərtlərdən biridir.

Duz orqanizm üçün tələb olunan yodun mənimsənilməsində ən təsirli vasitələrdən biridir. İnsan orqanizmində maddələr mübadiləsində duz həlledici rol oynayır. Duzun gündəlik istehlakının optimal miqdarı 6 qramdan artıq olmamalıdır. İnsanlar tərəfindən istehlak olan duzun 80 faizi hazır məhsullar vasitəsilə qəbul edilir, əlavə duzlamaq üçünsə gündə 2-3 qram duz istifadə edilir.

Yaş qrupundan asılı olaraq insan orqanizminin gündəlik yoda tələbatı mövcuddur. Belə ki, 1 yaşa qədər uşaqlar 50, 2-6 yaş arası uşaqlar 90, 7-12 yaş arası uşaqlar 120, hamilə qadınlar və südverən analar 200, yaşlı insanlar sutkada 100 mkq yod qəbul etməlidir.

Hər bir istehlakçı bilməlidir ki, yodlaşdırılmamış duz qida maddələrinin tərkibində lazımi miqdarda olmadıqda, orqanizmdə qalxanabənzər vəzi hipertrofiyaya (endemik ur xəstəliyi) uğrayır, orqanizmdə maddələr mübadiləsinin, xüsusilə zülal və karbohidratların mübadiləsini zəiflədir, orqanizmin müqavimətini azaldır və s.

Ona görə də, istifadə etdiyimiz duz məhsulun fiziki-kimyəvi, mikrobioloji göstəricilərinin, qablaşdırılması, etiketlənməsi və sairə mərhələlərinin yüksək keyfiyyətə malik olmasına dövlət standartlarına və normativ texniki sənədlərin tələblərinə cavab verməsinə diqqət edin.

Belə ki, duzun yodlaşdırıldığının müəyyən edilməsi üçün birinci növbədə onun qablaşdırılmasına fikir vermək lazımdır. Hər bir istehlakçı bilməlidir ki, duzun yodlaşdırıldığına dair məlumat qabda qeyd olunmalıdır. Duzda yodun kütlə payı 40 10 mkq/q olmalıdır. Məişət şəraitində duzun yodlaşdırıldığını müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Eyni zamanda laboratoriya təhlilləri şübhələndiyiniz duzun yodlaşdırıldığını müəyyən etmək üçün ən vacib üsullardan biridir.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2010-cu ildə ticarət şəbəkələrində aparılan monitorinqlər zamanı ortaya çıxan neqativ hallar və onların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbir nəticəsində qeyd olunan tələblərə cavab verməyən 34,6 ton duz müvafiq qaydada məhv edilib.


Geri dön

NELLY19

  • 3 avqust 2011 12:54
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
tesekkurler xebere gore

Inciciceyi

  • 24 iyun 2011 10:36
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Musique Sage

  • 23 iyun 2011 14:23
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
cox sevmirem

_tvix_

  • 23 iyun 2011 14:20
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
twkler
qederinde istifade edirem.
her wey oz qederinde gozeldi mene ele gelir

AliNikA

  • 23 iyun 2011 13:30
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
en duzu qederinde sevirem.melumatcun sag olun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

CandyGirl

  • 23 iyun 2011 13:05
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------

lema

  • 23 iyun 2011 12:53
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
eyni zamanda yod olmayanda bağazımızdaki tiroit bezi şişir ve neticesi quatr xesteliyidir.teşekkür edirem.deyerli melumatdı.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Mr.Perfect

  • 23 iyun 2011 12:53
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
Men duzda coox istifade edirem

--------------------

JISTEN TIMBERLAND

  • 23 iyun 2011 12:49
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
Tesekkurler maraqli idi

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

MuslimGirl

  • 23 iyun 2011 12:45
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Ən sevdiyim ədviyyatdır. Həddindən çox istifadə edirəm. Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}