“Formula 1” dünya çempionu Sebastyan Vetteli “İnfiniti” nin səfiri oldu

 
“Formula 1” dünya çempionu Sebastyan Vetteli “İnfiniti” nin səfiri oldu

Yaponiyanın lüks avtomobil istehsalçısı “İnfiniti” bu gün ilk dəfə olaraq “Formula-1” dünya çempionu Sebastyan Vetteli “İnfiniti” brendinin səfiri elan edib. “İnfiniti” Sebastyan Vettellə öz əməkdaşlığını “Red Bull Racing” komandası ilə olan əməkdaşlıqdan 2 ay sonra başlayıb. “Formula-1”in 23 yaşlı ulduzu həftəsonu keçirilən “Formula-1” yarışlarında və ümumilikdə bütün tədbirlərdə “İnfiniti” məhsullarının təşviqində fəal iştirak edəcək. 2011-ci il mövsümündən “Formula-1” yarışlarına “Red Bull Racing” komandasının əsas tərəfdaşı kimi qatılan “İnfiniti” Sebastyan Vettel və Mark Webber tərəfindən yaradılmış sınaq yarışına da qatılıb. “Red Bull Racing” komandasında bir çoxu kimi Sebastyan da şəxsi avtomobil qismində “İnfiniti” brendini seçməsi ilə yanaşı dünyanın müxtəlif yarışlarında “İnfiniti”ni təmsil edir. Yeni rolunu şərh edərək Sebastyan Vettel belə deyib: “İnfiniti” avtomobillərini ilk istifadədən sonra bəyəndim. Avtomobil 2 cəhətdən cəlb edir: xarici görünüşü və funksionallığı. “İnfiniti” avtomobillərini test etmək fürsəti yaranandan sonra, mən bu avtomobillərin böyük pərəstişkarı oldum. Onlar idman avtomobili olması ilə yanaşı çox rahatdırlar. Mən əminəm ki, biz bir komanda kimi və şəxsən mən “İnfiniti” təcrübəsindən çox yararlanacağıq və gələcək tərəfdaşlığımız daha geniş, çoxşaxəli olacaq”. “Nissan Motor” şirkətinin nümayəndəsi Simon Sproule əlavə edib: “Red Bull Racing” komandası, “Formula-1” yarışlarında qısa bir zamanda çox iddialı və qalib komandanın yaradılmasını nümayiş etdirdi. Sebastyan Vettelin göstərdiyi performans bu prosesi daha da sürətləndirdi. Biz komanda ilə əməkdaşlığı inkişaf etdirməklə, Sebastyan Vettel ilə daha sıx münasibətlər qurduq və bu gün rəsmi olaraq onu “İnfiniti” komandasında salamlayırıq”.


Geri dön

CandyGirl

  • 24 iyun 2011 16:58
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
TEWEKKURRRRRR

--------------------

Inciciceyi

  • 24 iyun 2011 10:15
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Xebere gore twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 23 iyun 2011 23:54
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
hmm maraqli xebere gore minetdaram

--------------------

AliNikA

  • 23 iyun 2011 20:10
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
{awards}
TESEKURRRR

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 65
Cəmi: 96

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}