Yoxsulluq

 
Yoxsulluq

Yoxsulluq

1472. Yoxsulluğun pislənilməsi.
5043. Allahın Peyğəmbəri (s): «Yoxsulluq küfrə gedib çıxmağa yaxındır.» (əl-Kafi, c. 2, səh. 307, hədis 4)
5044. Allahın Peyğəmbəri (s): «İlahi! Mən, küfrdən və yoxsulluqdan Sənə pənah aparıram.» Bir kişi dedi: «Bu ikisi eynidirmi?» Buyurdu: «Bəli.» (Kənzul-Ummal, hədis 16687)
5045. Allahın Peyğəmbəri (s): «Əgər Allahımın rəhməti mənim ümmətimin yoxsullarının üstündə olmasaydı, yoxsulluğun küfrə keçməsinə az qalardı.» (Cameul Əxbar, səh. 300, hədis 817)
5046. Allahın Peyğəmbəri (s): «Kasıbçılıq hər iki dünyada üz qaralığıdır (səbəbkarıdır).» (Əvalil lali, c. 1, səh. 40, hədis 41)
5047. Allahın Peyğəmbəri (s): «Yoxsulluq öldürülməkdən daha pis və daha ağırdır.» (Cameul Əxbar, səh. 299, hədis 816)
5048. İmam Əli (ə): «Yoxsulluq böyük ölümdür.» (Nəhcül-Bəlağə, hikmət 163)
5049. İmam Əli (ə): «Yoxsulluq zirək adamın ağzını da öz dəlilini demək üçün yumur. Kasıb insan, öz şəhərində də qəribdir.» (Nəhcül-Bəlağə, hikmət 3)
5050. İmam Əli (ə) (Öz övladı Həsənə (ə): «Öz gündəlik çörəyi üçün çalışanı danlama. Çünki özünü saxlamağa qüdrəti olmayanın xətası çox olar. Övladım! Yoxsul insan həqirdir. Sözünü sayan yoxdur, yeri və məqa-mını isə tanıyan. Yoxsula, düzdanışan da olsa yalançı deyərlər. Zahid və tərkidünya olsa, nadan adlandırarlar.
Övladım, yoxsulluğa giriftar olan, dörd xislətə mübtəla olar: Allaha yəqinlikdə süstlük, ağlın azalması, dinində kövrəklik, üzündə abır-həyanın azlığı. Belə isə Allaha yoxsulluqdan pənah aparıram.» (Cameul Əxbar, səh. 300, hədis 818)
5051. İmam Əli (ə) (övladı Məhəmməd ibn Hənəfiyyəyə): «Övladım! Mən səninçün yoxsulluq və imkansızlıqdan qorxuram. Onlardan Allaha pənah apar. Çünki yoxsulluq dinin azalmasına, ağlın məyusluğuna, kin və düşmənçiliyə səbəb olar.» (Nəhcül-Bəlağə, hikmət 319)
5052. İmam Əli (ə): «Yoxsul öz doğulduğu yerdə belə qəribdir.» (Nəhcül-Bəlağə, hikmət 56)

Yoxsulluq

1473. Yoxsulluğun təqdir olunması.
5053. Allahın Peyğəmbəri (s): «Yoxsulluq mənim fəxrimdir və onunla iftixar edirəm.» (Biharul-Ənvar, c. 72, səh. 55, hədis 85)
5054. Allahın Peyğəmbəri (s): «Yoxsullar Allahın dostlarıdır.» ( əl-Firdous, c. 3, səh. 157, hədis 4424)
5055. Allahın Peyğəmbəri (s): «İlahi! Məni möhtac saxla, möhtac öldür və möhtacların sırasında qəbirdən qaldır.» (Kənzul-Ummal , hədis 16669)
5056. İmam Əli (ə): «Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha çox yaraşandır.» (əl-Kafi, c. 2, səh. 265, hədis 22)
5057. İmam Sadiq (ə): «Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir və yoxsulluq Allahın xəzinəsində saxlanılır (və onu hər kəsə vermir).» (əl-Kafi, c. 2, səh. 260, hədis 2)

Yoxsulluq

1474. Yoxsulluğun varlılıqdan üstünlüyünə dair hədislər.
5058. Allahın Peyğəmbəri (s): «Yoxsulluq rahatlıqdır, imkanlılıq isə çətinlik.» (Kənzul-Ummal, hədis 44144)
5059. Allahın Peyğəmbəri (s): «(Yoxsulların) haqqını və payını ödəyən və ya çətinlikdə başqalarına kömək edəndən başqa, (bütün hallarda) yoxsul olmaq imkanlı olmaqdan daha yaxşıdır.» (Biharul-Ənvar, c.72, səh. 56, hədis 86)
5060. İmam Əli (ə): «Yoxsulluğun ziyanı imkanlılığın məstliyindən (baş gicəllənməsindən) bəyəniləndir.» (Ğurərul-hikəm, hədis 5904)
5061. İmam Sadiq (ə): «Böyük Allahın Musaya (ə) münacatında deyilir: «Ey Musa! Nə vaxt yoxsulluğun sənə üz tutduğunu görsən, ona «ey əməli salehlərin geyimi, xoş gəlmisən!», sərvətin sənə üz tutduğunu gördükdə isə «bu cəzası mənə tərəf tələsən günahdır (günaha görədir)» de.» (əl-Kafi, c. 2, səh. 263, hədis 12)
Məclisi (rizvanullah əleyh) bu haqda buyurur: «Bu barədə olan hədis və xəbərlərdən çıxan ümumi nəticə bundan ibarətdir ki, yoxsulluq və var-dövlətin hər biri öz növbəsində bir ilahi nemətdir. Allah-taala insanların ka-milləşməsinə uyğun olaraq, onlara bu iki nemətdən birini verir.
Bəndə isə, yoxsul, imkansız olan vaxtı dözümlü olmağa və hətta şükr etməyə borcludur. Allah ona mal və sərvət də versə şükr etməli və onun tələbinə uyğun hərəkət etməlidir. Əlbəttə, çox vaxtı dözümlü yoxsulun savabı şükr edən imkanlının savabından çox olur.
Ancaq onların məqamı bir-birindən fərqlənir və hər iki tərəf barədə ümumi hökm vermək olmaz. Aydındır ki, çatacaq qədər ruziyə kifayətlənmək hər iki tərəfdən- yəni yoxsul və varlıdan– daha sağlam, daha az təhlükəlidir. Buna görə də, duaların çoxunda çatacaq qədər ruzi
istənilmişdir.
Peyğəmbər (s) bunu ailəsi üçün diləmişdir.» (Biharul-Ənvar, c. 72, səh. 31, hədis 26)
Rağib «Mofrədat» kitabında yazır: «Fəqirlik dörd mənada işlənir.
Birincisi: «zəruri ehtiyacın olması». Bu mənada insanlara, bütün varlıqlara dünyada mövcud olduqları müddətdə şamil olunur. «Ey camaat! Siz Allaha möhtacsınız. Heç nəyə möhtac olmayan Allah tərifə layiqdir» ayəsi, eləcə də, insan barədə olan «Biz onları xörək yeməyən cəsəd etmədik» ayəsi də bu mənada işlənmişdir. (Fatir, ayə15)
İkinci: «kasıblıq». Bu ayələrdə yoxsulluq aşağıdakı mənada işlənmişdir: «(Bu sədəqələr) Allah yolunda calışan və yer üzündə (yaşayış ehtiyacını ödəmək üçün) hərəkət edə bilməyən yoxsullar üçündür. Onlar özlərini o qədər saxlayırlar ki, xəbərsiz insan onları dövlətli sayar.» və «Sədəqələr, əslində möhtaclar və ehtiyacı olanlar üçündür.» (Tövbə, ayə 60)
Üçüncü: «nəfsin yoxsulluğu». Bu hərislik və acgözlükdən ibarətdir. Həzrəti Peyğəmbərin «yoxsulluq küfrə gedib çıxmağa yaxındır.» hədisinin mənası da budur. Bunun müqabilində isə «imkanlılıq nəfsin zənginliyidir» hədisi dayanır. «Kim qənaət etməsə, mal-dövləti onu imkanlı və ehtiyacsız etməz.» cümləsində də məqsəd həmin imkanlılıqdır.
Dördüncü: «Allaha olan ehtiyac və yoxsulluq.» Həzrəti Peyğəmbərin «İlahi, Özünə möhtac etməklə məni ehtiyacsız et və Sənə ehtiyacsız etməklə məni möhtac qoyma» hədisi də həmin mənaya toxunur. Eləcə də, «İlahi! Sənin mənə nazil etdiyin xeyrə və yaxşılığa möhtacam» ayəsi də bu mənada işlənmişdir. (Qəsəs, ayə 24)» (Mofrədatu Əlfazul Quran, səh. 461)

Yoxsulluq

1475. Yoxsulluğun mənası.
5062. «Biharul Ənvar»: İdrisin səhifələrində deyilir: «Məndən ehtiyacsız olanın qüdrəti olmaz. Mənə ehtiyacı olduğunu bildirən yoxsul və imkansız olmaz.» (Biharul-Ənvar, c. 95, səh. 462)
5063. Allahın Peyğəmbəri (s): «Ey camaat! …Sizcə yoxsul kimdir?» Ərz etdilər: «Var-dövləti olmayan kişi.»
Buyurdu:
«Həqiqi kasıb odur ki, özündən sonra çox malı qalsa da, öz var-dövlətindən Allahın hesabına heç nə göndərməsin.» (Biharul-Ənvar, c. 77, səh. 150, hədis 86)
5064. Allahın Peyğəmbəri (s): «Yoxsul, (əslində) qəlbi yoxsul olandır.» (Biharul-Ənvar, c. 72, səh. 56, hədis 86)
5065. İmam Əli (ə): «Heç bir yoxsulluq, nadanlıq qədər deyil.» (Nəhcül-Bəlağə, hikmət 54)
5066. İmam Əli (ə): «Ən böyük yoxsulluq, ağlın azlığıdır.» (Nəhcül-Bəlağə, hikmət 38)
5067. İmam Əli (ə) (Ən ağır yoxsulluq nədir?» sualına cavabından): – «İmanlı olduqdan sonra küfr.» (Biharul-Ənvar, c. 77, səh. 377, hədis 1)
5068. İmam Əli (ə): «Nəfsin yoxsulluğu, ən pis yoxsulluqdur.» (Ğurərul-hikəm, hədis 6547)
5069. İmam Əli (ə): « (Əsl) İmkanlılıq və yoxsulluq, əməllər Allah dərgahına təqdim olunanda bilinər.» (Nəhcül-Bəlağə, hikmət 452)
5070. İmam Əli (ə): «Cənnətin mövcud olduğuna görə yoxsul, cəhənnəmin var olduğuna görə isə varlı yoxdur.» (Tuhəful-uqul, səh. 216)
5071. İmam Həsən (ə) («Yoxsulluq nədir?» sualına cavabından): «Nəfsin hər bir şeyə tamah salması.» (Tuhəful-uqul, səh. 225)
5072. İmam Hadi (ə): «Yoxsulluq nəfsin doymamazlığı və böyük ümüdsizlikdir.» (Biharul-Ənvar, c. 78, səh. 368, hədis 3)
5073. İmam Sadiq (ə) (Əbuzərdən nəql olunan «Üç şey var ki, camaat onlara nifrət edir, mən isə sevirəm: Mən ölümü, yoxsulluğu və bəlanı sevirəm» sözləri haqda suala cavabından): «Bu sözlər camaatın (Əbuzərin sözlərindən) başa düşdükləri kimi deyil. Onun məqsədi budur ki, Allaha ibadət yolunda ölməyi Allaha qarşı günahda yaşamaqdan, Allaha itaətdə yoxsulluğu Allaha qarşı günahla bir olan imkanlılıqdan və Allah yolunda bəlanı, xəstəliyi günahla bir olan sağlamlıqdan çox sevirəm.» (Məanil Əxbar, səh. 165, hədis 1)
5074. İmam Sadiq (ə): «Yoxsul olub bizimlə olmaq, varlı olub bizdən qeyriləri ilə olmaqdan yaxşıdır. Ölmək və bizimlə olmaq, sağ qalıb başqaları ilə olmaqdan yaxşıdır.» (əl-Xəraic vəl-Cəraih, c. 2, səh. 739, hədis 54)
5075. İmam Sadiq (ə): «Səni zülm etməkdən saxlayan var-dövlət, səni günaha çəkən yoxsulluqdan yaxşıdır.» (Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 166, hədis 3614)
5076. İmam Sadiq (ə): «Yoxsulluq qırmızı ölümdür.» Rəvayətçi deyir: «Əbu Abdullaha ərz etdim ki, (məqsədiniz) dinar və dirhəm yoxsulluğudur?» Buyurdu: «Yox, (məqsədim) dini yoxsulluqdur.» (əl-Kafi, c. 2, səh. 266, hədis 2)

Yoxsulluq

1476. Yoxsulun təhqir olunması.
5077. Allahın Peyğəmbəri (s): «Kimsə mömin kişi və ya qadını kasıblığına, var-dövlətinin azlığına görə xar sayıb təhqir etsə, Allah-taala qiyamət günündə onu (bu çirkin əməli ilə) qəbirdən çıxarıb sonra rüsvay edər.» (Biharul-Ənvar, c. 72, səh. 44, hədis 52)
5078. İmam Əli (ə): «Öz yoxsul qardaşlarınızı təhqir etməyin. Çünki kim mömini həqir saysa, o,tövbə etməyincə Allah onların ikisini cənnətdə bir araya gətirməz.» (əl-Xisal, səh. 614, hədis 10)
5079. İmam Rza (ə): «Kim kasıb müsəlmanla qarşılaşdıqda ona varlı ilə görüşdükdə verdiyi salamdan fərqli salamlaşsa, qiyamət günündə Allah ondan qəzəbli halda görüşünə gələcək.» (Əmali-Səduq, səh. 359, hədis 5)

Yoxsulluq

1477. Yoxsulluğu aradan götürən şeylər.
5080. Allahın Peyğəmbəri (s): «Yaxın qohumlarla mehribanlıq ömrü uzadar və yoxsulluğu aradan götürər.» (Biharul-Ənvar, c. 74, səh. 103, hədis 61)
5081. İmam Əli (ə): «Yoxsulluğa sədəqə və bəxşişlə dərman edin.» (Ğurərul-hikəm, hədis 5156)
5082. İmam Baqir (ə): «Yaxşılıq etmək və sədəqə vermək yoxsulluğu aradan götürər.» (Biharul-Ənvar, c. 74, səh. 81, hədis 83)
5083. İmam Sadiq (ə): «Mən mötədil (qənaətcil) olanın yoxsul olmayacağına zəmanət verirəm.» (əl-Xisal, səh. 9, hədis 32)

Yoxsulluq

1478. Yoxsulluq gətirənlər.
5084. Allahın Peyğəmbəri (s): «Yoxsulluqdan dəm vuran yoxsul olar.» (Biharul-Ənvar, c. 76, səh. 316, hədis 6)
5085. Allahın Peyğəmbəri (s): «Əmanətə vəfalılıq var-dövlət gətirər, (əmanətə) xəyanət isə yoxsulluğa çəkər.» (Biharul-Ənvar, c. 75, səh. 114, hədis 6)
5086. İmam Əli (ə): «Dünyanın çoxunu istəyən yoxsulluğa məhkumdur. Dünyadan üz döndərənə rahatlıq dost olar.» (Tuhəful-uqul, səh. 221)
5087. İmam Əli (ə): «Kim öz üzünə ehtiyacı (başqasından) istəmək qapısını açsa, Allah onun üzünə yoxsulluğun bir qapısını açar.» (Biharul-Ənvar, c. 103, səh. 20, hədis 4)
5088. İmam Baqir (ə) (Əbu Nemana buyurduqlarından):–«Bizi camaatdan pul qazanmaq üçün bir vasitəyə çevirmə. Çünki bu işlə Allah sənin yoxsulluğunu daha da artırar.» (Biharul-Ənvar, c. 78, səh. 184, hədis 11)
5089. İmam Sadiq (ə) (əziz ata-babalarına istinadən): «Kim Allahın fəzilətindən heç nə istəməsə, yoxsul olar.» (Biharul-Ənvar, c. 76, səh. 316, hədis 6)
5090. İmam Sadiq (ə): «Övladına qarğayan ata oğluna yoxsulluq miras qoyar.» (Biharul-Ənvar, c. 104, səh. 99, hədis 77)

Yoxsulluq

1479. Pak Allahın yoxsullardan üzrxahlığı.
5091. İmam Sadiq (ə): «(Qiyamət günündə) Allah (cəlli sənavə), qardaş öz qardaşından üzr istəyən kimi möhtac mömin bəndəsindən üzr istəyərək buyuracaq: İzzət və cəlalıma and olsun ki, Mən səni dünyada yanımda xar olduğuna görə möhtac etmədim. İndi bu papağı götür və gör ki, dünyanın yerinə sənə nə vermişəm.
O, papağı götürər və deyər: Dünyada məndən aldıqlarına verdiyin əvəzdən mənə nə ziyan olar ki?.» (əl-Kafi, c. 2, səh. 264, hədis 18)

Yoxsulluq

1480. Yoxsulluğun zivəri.
Quran
«(Bu sədəqələr) Allah yolunda calışan və yer üzündə (yaşayış ehtiyacını ödəmək üçün) hərəkət edə bilməyən yoxsullar üçündür. Onlar özlərini o qədər saxlayırlar ki, xəbərsiz insan onları dövlətli sayar. Onları üzlərindən tanıyarsan. Camaatdan (bir şeyi) israrla istəməzlər.» (Bəqərə, ayə 273)
Hədis:
5092. Allahın Peyğəmbəri (s): «Allah yoxsulluğu bəndələrinin yanında əmanət qoymuşdur. Kim onu gizli saxlasa, Allah gecəni dirigözlü açıb oruc tutanın savabını ona əta edər.» (əl-Kafi, c. 2, səh. 260, hədis 3)
5093. İmam Əli (ə): «Özünü saxlamaq (və güclü təbiət) yoxsulun zivəri-dir.» (Nəhcül-Bəlağə, hikmət 68)
5094. İmam Sadiq (ə): «İşlərin ən çətini və zəhmətlisi yoxsulluğu gizli saxlamaqdır.» (Biharul-Ənvar, c. 78, səh. 249, hədis 87)

Yoxsulluq

1481. Yoxsulların xoş halına.
5095. Allahın Peyğəmbəri (s): «Xoş dözümlü yoxsulların halına, göylərin və yerin məlakutunu (müccəradat aləmini) görən onlardır.» (əl-Kafi, c. 2, səh. 263, hədis 13)
5096. Allahın Peyğəmbəri (s): «Yoxsullar cənnət əhlinin padşahlarıdır. Bütün camaat cənnətə, cənnət isə yoxsullara müştaqdır.» (Biharul-Ənvar, c.72, səh.49, hədis 58)
5097. Allahın Peyğəmbəri (s): «Cənnətə gözucu baxdım. Gördüm ki, camaatının çoxu kasıblardır.» (Musnədu İbn Hənbəl, c.1, səh. 504, hədis 2086)
5098. Allahın Peyğəmbəri (s): «Kim öləndə özündən sonra bir dinar-dirhəm belə qoymasa, heç kəs ondan dövlətli (halda) cənnətə daxil olmaz.» (Biharul-Ənvar, c.71, səh. 267, hədis 17)
5099. İmam Sadiq (ə): «Cənnətə daxil olan son peyğəmbər Süleymandır. Bunun səbəbi də ona verilmiş dünyadır.» (Biharul-Ənvar, c.72, səh. 52, hədis 76)
5100. İmam Sadiq (ə) (Məhəmməd Xəzzaza xitabən):–«Bazara getmirsən? Satılan meyvələri, ürəyin istədiyi başqa şeyləri görmürsənmi? (Almağa gücün çatmırmı? Məhəmməd deyir ki,) Ərz etdim: «Nə üçün?»
Buyurdu:
«Bil ki, gördüyün və ancaq almağa gücün çatmadığı hər bir şeydə səninçün bir savab var.» (Biharul-Ənvar, c.72, səh. 25, hədis 19)

Yoxsulluq


Geri dön

music_angel

  • 11 sentyabr 2011 14:16
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Inciciceyi

  • 24 iyun 2011 10:25
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 24 iyun 2011 00:02
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore minetdaram

--------------------

MuslimGirl

  • 23 iyun 2011 17:12
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH bizi qəlbi yoxsul insanlardan etməsin, inşallah! AMİN! ALLAH razı olsun!

CandyGirl

  • 23 iyun 2011 16:14
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurrrrrrrrrr

--------------------

SUADA_M

  • 23 iyun 2011 16:12
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TEWEKKURLER.

--------------------

lema

  • 23 iyun 2011 16:07
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun.oxudum hamısını.teşekkür edirem.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

... Deryam ...

  • 23 iyun 2011 16:06
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Allah her kəsə istədiyi həyatı yaşamağı nəsib etsin...

--------------------

Mr.Perfect

  • 23 iyun 2011 16:04
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
poverty is not sin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 52
Cəmi: 108

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}