Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)

 
Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)

21-Şəfaət:
Qiyamət günündə Allahın iznilə şəfaət etmək İslam dinin əqidələrindən biri sayılır və bu haqda heç bir şəkk-şübhə yoxdur.
Qiyamət günündə peyğəmbərlər, məsum imamlar və İlahi övliyalar Allahın iznilə bəzi günahkar insanlara şəfaət edəcək və onları bağışladacaqlar. Qurani-kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir.
Şəfaət o kəslərə ediləcəkdir ki, onlar heç vaxt Allah-taala ilə olan əlaqələrini tam şəkildə qırmamışlar və şəfaət olunmağa da ləyaqətli olsun. Allah-taala “Ənbiya” surəsinin 28-ci ayəsində buyurur:
“Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)

22-Şükür:
Şükür – neməti xatırlayıb izhar etmək, Allaha yaxınlaşmaq və itaət yolunda səy göstərməkdir. Onun antonimi küfrdür, yəni nemətin Allah tərəfindən olmasını yaddan çıxarmaq.

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)

23-Sehr:
Sehr lüğətdə kökü zərif, səbəbi isə gizli olan şey mənasını ifadə edir. Dini termində isə səbəbi gizli olan və heç bir həqiqəti olmadığı halda, həqiqət olması təsəvvür edilən şeylərə deyilir.
Buna həzrət Musa (ə)-la mübarizədə məğlubiyyətə uğrayan sehrbazların əməllərini misal göstərmək olar. Belə ki, camaat onların özləri ilə gətirdikləri sadə iplərin əjdaha olmasını təsəvvür edirdilər.
Sehrin bir neçə mənası vardır: 1-Həqiqəti olmayan xəyallar; misal üçün, gözbağlamaq, cəld hərəkət, əli iti olmaq. 2-Şeytana yaxınlaşmaqla, onu özünə cəlb etmək və s.

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)

24-Əbəs (hədəfsiz və hikmətsiz) iş:
Faydasız bir işi yerinə yetirməyə “əbəs” deyilir. Rağib İsfahani özünün “Müfrədat” kitabında yazır: “Düzgün hədəfi olmayan işə “əbəs” deyilir.
Allah-taala varlıq aləmini hədəfsiz və boş yerə yaratmamışdır. Onun insanı yaratmaqda əsas hədəfi ibadət və bəndəçilik nəticəsində hasil olan insani kamallara çatdırmaqdan ibarətdir.”
Bir şəxs imam Sadiq (ə)-dan
“Allah nə üçün varlıq aləmini yaratmışdır?” – deyə soruşduqda, o həzrət buyurdu:
“Allah-taala məxluqları hədəfsiz, boş yerə yaratmamışdır; onları Öz qüdrətini göstərmək üçün yaratmış və onlara Allahın razılığını qazanmaq üçün itaət etməyi vacib etmişdir.”
İmam Hüseyn (ə) öz səhabələrinə buyurdu:
“Uca Allah insanları yaratdı ki, Onu tanısınlar.”
Qurani-kərimin “Zariyat” surəsinin 56-cı ayəsində buyurulur: “Mən cini və insanı, Mənə ibadət etmələrindən (Məni tanımalarından) başqa bir məqsədlə yaratmadım.”
Bütün aləm və Allahın işləri mütləq şəkildə haqq olduğundan, hikmət sahibinə layiq olan surətdə yaranmış və heç də nahaq və əbəs yerə yaranmamışdır.
Bu, Qurani-kərimin müxtəlif ayələrində qeyd olunmuşdur. Misal üçün, “Əhqaf” surəsinin 3-cü ayəsində buyurulur:
“Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq.” İnsan və dünyanın sonu da qiyamətin bərqərar olunması ilə həqiqətə çevriləcəkdir.

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)

25-Ədalət:
İmam Əli (ə) buyurmuşdur: “Ədalət – hər bir işi öz yerində qərar verməkdir.” Ədalət insana, onun öz haqqı qədər əvəz vermək, zülm isə bu haqqı verməkdən imtina etməkdir.
Allah-taala son dərəcə adil, kəramətli, bəxşiş və yaxşılıq edən, rəhimli olub əməllərə əvəz verməyi vəd etmişdir.
Hətta yaxşı və bəyənilən arzuları fikirdən keçirmək üçün də yaxşı mükafata zəmanət vermiş və vəd etmişdir ki, yaxşı işlər üçün əlavə əvəz də verəcəkdir. Necə ki, “Ənam” surəsinin 160-cı ayəsində buyurulur:
“Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (21-25)


Geri dön

CandyGirl

  • 24 iyun 2011 17:05
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
Sitat: MuslimGirl
ALLAH razı olsun. bacış. Çox maraqlıdır.


--------------------

Inciciceyi

  • 24 iyun 2011 10:19
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 23 iyun 2011 23:58
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAH razi olsun insallah

--------------------

AliNikA

  • 23 iyun 2011 20:40
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

MuslimGirl

  • 23 iyun 2011 17:04
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun. bacış. Çox maraqlıdır. Oxudum.

beyaz melek

  • 23 iyun 2011 16:48
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.COX TESEKKURLER

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 73
Cəmi: 90

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}