Toyuqların kəsilməsi

 
Toyuqların kəsilməsi

Toyuqların kəsilməsi haqqında

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, toyuqları halal olmağı üçün bir-bir kəsmək lazımdır.Əvvəlcə suallarımıza nəzər salaq:

1) Toyuqlar mütləq bir-bir kəsilməlidir?

2) Toyuqları xüsusi maşınla avtomatik olaraq kəsmək dini baxımdan problem yaradır?

3) Hər bir toyuğu bismillah deməyib (Allahın adını çəkmədən) kəssələr, ətini yemək haram olur?


Quranın Maidə (süfrə) surəsinin 3-cü ayəsində belə deyilir:

“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub ölmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş sizə haramdır. Canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır”.

Türkiyədə toyuqları Allahdan başqasının adına kəsən bir firma yoxdur. Quran və hədislərdə heyvanların bir-bir kəsilməli olduqlarına dair bir şərt də yoxdur. Deməli, maşınla kəsmək olar.

Əlavə olaraq, Quranda qurbandan başqa heyvanları kəsdikdə bismillah deməyi əmr edən bir ayə yoxdur!

Vaxtilə Mədinə şəhərində yaşayan müsəlmanlarda da bu məsələyə dair şübhə yaranıb və onlar Muhəmməd peyğəmbərdən (s. a. v.) belə bir sual soruşublar:

- Camaat bizə ət gətirir. Biz o heyvanların üstündə kəsildiyi vaxt bismillah deyilib deyilmədiyini bilmirik. Belə olan halda, nə edək?

Peyğəmbərimizin (s. a. v.) bu suala cavabı aşağıdakı kimi olub:

- Siz bismillah deyib yeyin!1

Əl-Xəttabi (ölüm tarixi hicri 388-ci il) belə demişdir:

“Bu hədis heyvan kəsməkdə bismillah deməyin şərt olmadığına dair sübutdur. Əgər şərt olsaydı, haqqında şübhə edilən həmin heyvan Allahın peyğəmbəri tərəfindən halal hesab olunmazdı”.

Toyuqlar kəsildikdən sonra tüklərinin asanlıqla yolunması məqsədilə isti suya salınır. Deyilir ki, bu vaxt toyuqların daxili orqanları çıxarılmadığına görə içində olan qan və nəcasət (murdarlıq) isti suyun təsirilə ətə bulaşır və buna görə də ət nəcis (murdar) olur.

Halbuki, qan və murdarlığın ətə bulaşmağı üçün toyuq gərək həmin isti suyun içində qaynayacaq dərəcədə uzun müddət qalsın. Bu halda hüceyrələr açılır və murdarlıq içəri girir. Toyuğu sudan çıxartdıqda da hüceyrələrin ağzı bağlanır və murdarlıq içəridə qalır. Buna görə də toyuq kəsib satan firmalar suyun istiliyinin 60 dərəcədən çox olmamağına xüsusi diqqət yetirirlər. Bu halda da murdarlıq ətə daxil ola bilmir, toyuğun tükləri yolunandan sonra yaxşıca təmizlənir və təmiz bir vəziyyətdə bazara çıxardılır.

Nəticə etibarilə demək lazımdır ki, dini (İslam) üsullara zidd formada kəsildiyinə dair qəti bir dəlil-sübut olmayan və görünüş baxımından təmiz və sağlam olan toyuq və oxşar heyvanların ətini rahatlıqla yemək olar.


Geri dön

RoMaNTiK SerSeRi

  • 14 fevral 2012 21:50
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

angeloka

  • 24 iyun 2011 13:43
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
twk maraqliydi smile

Inciciceyi

  • 24 iyun 2011 10:15
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqlidi twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sirli Melek

  • 24 iyun 2011 09:59
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

AliNikA

  • 23 iyun 2011 20:10
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tesekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

SUADA_M

  • 23 iyun 2011 18:13
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
Tewekkurler maraqlidir.

--------------------

Mr.Perfect

  • 23 iyun 2011 17:53
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

MuslimGirl

  • 23 iyun 2011 17:51
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Quranda qurbandan başqa heyvanları kəsdikdə bismillah deməyi əmr edən bir ayə yoxdur!
Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub ölmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş sizə haramdır.

Bir tərəfdən belə deyirsiniz, digər tərəfdən belə...Xahiş edirəm, yazanda diqqətli yazın! O ki qaldı, bimillah deyilmədən heyvan kəsilməz!

Musique Sage

  • 23 iyun 2011 17:48
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkurler bunlari hami bilmelidir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 28

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}