Yalnızlığın kölgələri

 
Yalnızlığın kölgələri

Yalnızlığın kölgələrinə əyilib, kar cümlələrin topal sətirlərini bir-bir yığdım bu gecə. Ad günü hədiyyəsi olaraq yenə ayrılıqlar təqdim edildi ürəyimizə.

İnsanlar, bilməsələr də hər vaxt layiq olduqlarını yaşayarlar. Mən həmişə təkliyə məhbus, mən həmişə sevdadan iraq.

Acını gecənin kiçik çaydanında dəmləyb hədiyyənə baxıram gözüm yaşlı, könülüm yaralı.

Ürəyimdə dəmlənmiş təkliyin idi dodaqlarıma zorla içirdiyim. Bədənimi ağrının ələyindən keçirib arda qalanlarıyla günahlarına atdığım mən idim.

Mən sənə həsrət, sən ayrılıqlarla əbədi. Sən dilimdən axan yaş dua ikən, mən ovuclarında qaldım. Sən, gözlərimdə ümid ikən, səndəki mən həmişə sevginə uçurum oldum.

Hicranı izdiham dolu ürəyimdə yenə hüznlərin ağrısıyla yenidən səhnəyə çıxacağam qaranlıqların son səhnəsində. Baş rollarda hüzn, mən və bir də sən.

Halbuki ağrını bal edib xoşbəxtliyi saxta gözyaşlarıyla oynayacaq qədər usta deyiləm mən. Mən kasıb cümlələrin hüzn qoxusu verən sətir aralarında ağır axsaq gedən figur idim.

Hər şeyi unudub gerçəyə dönürəm. İçimdəki qanayan yaralarıma, ürəyimdə yanan təkliyimə baxıb sənsizliyin susqun səkilərinə düşürəm.

Düzlər çaşqın, yollarım həmişə sənə incik. Əlimdə bəzənmiş hədiyyən, ürəyimdə təkliyim. Düşünürəm, düşündükcə qaranlıqların dibində yavaş-yavaş boğuluram.

Haqlısan bəlkə də. Yaralı bədənin, yamaqlı bir ürəyin ad günündə alacağı ən böyük hədiyyə təklikdən başqa nə ola bilərdi ki!

Boşluqları ağrılı sözlərin belə doldura bilməyəcəyi nəhəng bir təklik idi ad günü hədiyyəm. Əlimdə təkliklə bəzəkli hədiyyən, kirpiklərimdə yorğun bir kəpənək gözümün nəmini silir.

Ümidə həsrət ürəyimi qanadıb, sonsuzluğa gedirəm bir neçə cümləyə sığmayan təkliyimlə. Yol alıram qanlı bıçaqlı. Ayaqlarım yalın və gözyaşlarım çılpaq.

Nə dibsiz quyularda Züleyxasını axtaran gözəl qoxulu Yusifin, nə də Leylası üçün səhralara düşən Məcnunam.

Mən yoxluğa qandallıyam. Ölümə dilənçi ürəyimlə qeyri-mümkünlüyünə inad gözümdən çəkindim səni. Gözlərindəki Cənnətə baxıb tərindən qısqandım bədənini.

Qeyri-mümkün idi bilirəm bu sevgi. Eynilə qanadları qırıq kəpənəyin mavi səmaya duyduğu sevgi qədər qeyri-mümkün idi bu sevgi.

Amma düşünmədim qeyri-mümkünlüyünə, yıxılmadım təkliyinə. Bir nəfəs bildim sevgini, üşümüş könlünü dilimdəki dualara qucaqlayıb ürəyimdəki ilıq arzularla böyütdüm səni.



Səni yaşayarkən heç bir zaman dayanmadım. Yoxluğunda, varlığına sarıldım; varlığında gözlərinə. Gedişlərim həmişə ağrılarında yanmağa; gəlişlərim isə həmişə sənə idi.

Mən səni gülüşlərin üçün sevsəydim; heç bir zaman günahlarına zamin olmazdım. Mən sənin ağrılarını sevdim. Ağrılarını bədənimdə saxlayıb gözlərindəki Cənnəti tənəffüs etmək üçün sevdim səni.


Geri dön

RoMaNTiK SerSeRi

  • 14 fevral 2012 21:48
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

NELLY19

  • 28 iyul 2011 13:20
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli-xeber-ucun-tewekkurler

El3ktra

  • 1 iyul 2011 11:19
  • Məqalə: 3
  • Şərh: 191
  • Bal:
{awards}
Mən səni gülüşlərin üçün sevsəydim; heç bir zaman günahlarına zamin olmazdım. Mən sənin ağrılarını sevdim. Ağrılarını bədənimdə saxlayıb gözlərindəki Cənnəti tənəffüs etmək üçün sevdim səni.

--------------------
Araba motorsuz, yumurta tuzsuz, gökyüzü kuwsuz, ağac susuz, fatmagül sucsuz bende sensiz olamam

ZAC EFRON

  • 28 iyun 2011 12:23
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
TWK TWK TWK

CandyGirl

  • 24 iyun 2011 16:55
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
FIKIRLERINIZ!

--------------------

YazYamuru

  • 24 iyun 2011 11:38
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
MeN SenE HeSreT ..Sen ayRIlIqLarA EbeDi.......
te$ekkürleeerr....

--------------------



Inciciceyi

  • 24 iyun 2011 10:05
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Oxudum super sozlerdi
twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sirli Melek

  • 24 iyun 2011 09:50
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ağrını bal edib xoşbəxtliyi saxta gözyaşlarıyla oynayacaq qədər usta deyiləm mən.
ƏLA SÖZLƏRDİ

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

ozlem2010

  • 23 iyun 2011 21:38
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
Qeyri-mümkün idi bilirəm bu sevgi. Eynilə qanadları qırıq kəpənəyin mavi səmaya duyduğu sevgi qədər qeyri-mümkün idi bu sevgi.
tesekkur belkede oxudugum en gozel xeberdi sozler super

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

AliNikA

  • 23 iyun 2011 19:51
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
sozleri cox beyendimee.twkler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

rusalka

  • 23 iyun 2011 19:21
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Cooox sag olun. Sozler insanin ureyinde gizlenmis duygulari bir daha oyadir. Sevgi aci cekmekdir.

--------------------
HƏR İNSANIN AYNALARA GÖSTƏRMƏDİYİ BİR ÜZÜ VE HEC KİMƏ SOYLEMEDİYİ BİR HÜZNÜ VARDIR.

Musique Sage

  • 23 iyun 2011 18:24
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
yazilan sozler uperdi yeridi ki, var

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}