İbrətamiz

 
İbrətamiz

Ceni yeni evə köçdükləri üçün çox xoşbəxt idi. Onun bu evdə öz otağı olacaqdı, evin yerləşdiyi məhəllə də
lap ürəyincə idi. O burada yeni məktəbə gedəcək, beləliklə yeni dostlar qazanacaqdı. Və həyatı bəlkə də gözlədiyindən daha maraqlı olacaqdı.Ceninin məktəbə getdiyi ilk gün çox gözəl keçdi, yeni dostlar qazandı, hətta bir nəfərdən xoşlandı da. Evə gələndə onun sevincinin həddi hüdudu yox idi. Valideynlərinə axşam yeni dostları ilə görüşüb - əylənəcəklərini desə də, onların narazı olacaqlarını düşünüb ay işığlnda avtomobillə gəzintiyə çıxmaq planları olduğunu söyləməkdən çəkindi.
İbrətamiz

Valideynləri tərəddüd etsələr də razılıq verdilər. Gənclərdən birinin evində hazırlanan şənliyə sinifdəki bütün gənc oğlan və qızlar gəlmişdilər. Cenni bütün qonaqlıq boyunca xoşuna gələn oğlanın - Cefin yanından uzaqlaşmadı. Onlar birlikdə yeyib – içdikdən sonra Cef Cennini ay işığında avtomobillə gəzintiyə dəvət etdi. Cenni onun sərxoş vəziyyətdə olduğu üçün getməkdən boyun qaçırsa da sevgilisinin təkidi qarşısında heç nə deyə bilmədi.
İbrətamiz

Onlar avtomobilə əyləşib sürətlə qonaqlıq yerindən uzaqlaşdılar. Yol boyu Cenni gəzinti barədə valideynlərinə demədiyini düşünərək, vicdan əzabı çəkir, onların üzünə necə baxacağını fikirləşirdi. Uzun uzadı fikirləşdikdən sonra Cenni Cefə qayıtmaq istədiyini söylədi, Ceff hələ gecənin indi başladığını, gəzintinin çox gözəl olacağını söyləyərək onu fikrindən daşındırmaq istəsə də Ceni təkid edərək onu geri dönməyə məcbur etdi.
İbrətamiz

Sevgilisinin bu hərəkətindən çox əsəbiləşən Cef getdikcə sürəti artırırdı, o Cenninin xahişlərinə və göz yaşlarına məhəl qoymayaraq şəhərə yaxınlaşdıqca daha yüksək sürətlə getməyə başladı. Və heç gözlənilmədən qarşılarına çıxan avtomobil onların sürətini tamamən azaltdı…
Ceni gözlərini açanda onun üzünə qəmgin halda baxan, tanımadığı insanlarla qarşılaşdı. O Cefin nə vəziyyətdə olduğunu soruşanda tibb bacısı, “Təəssüf ki, onu itirdik, bütün cəhdlərimizə baxmayaraq səni də itirmək ehtimalımız böyükdür” – dedi. Ceni digər avtomobildəkilərn də qəza yerində vəfat etdiyini eşidəndə daha da qüssələndi. O çox halsız vəziyyətdə, və zəif səslə tibb bacısına dedi: “Mənim əvəzimdən valideynlərimdən və digər avtomobildəkilərin ailələrindən üzr istəyin. Valideynlərimə onlara yalan dediyim üçün çox peşman olduğumu və hər şeyi onlara söyləmək üçün evə qayıdarkən qəzaya uğradığımı söyləyin” Tibb bacısı etiraz dolu baxışlarla onu süzüb, “Bağışla Ceni ancaq bunu edə bilməyəcəm” dedi və bir neçə saniyə sonra Ceni gözlərini əbədilik yumdu.
Yanında dayanan digər tibb bacısı yoldaşından niyə Cenninin son istəyini yerinə yetirməkdən boyun qaçırdığını soruşanda tibb bacısı dedi: “Çünki digər avtomobildə qəzaya uğrayan iki nəfər Ceninin valideynləri idi…”
İbrətamiz


Geri dön

Soo Ae

  • 2 sentyabr 2011 17:16
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
ALLAH RAZI OLSUN.

winxclub_bloom

  • 1 sentyabr 2011 02:34
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
aaaaaaaaaa ne pis oldum

--------------------

THIS IS LEGEND

  • 2 iyul 2011 15:13
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
heqiqeten ela hekayedi super...

light_in_the_dark

  • 30 iyun 2011 15:51
  • Məqalə: 4
  • Şərh: 126
  • Bal:
{awards}
dehwet tesirlendim.Allah hec kesin qarwisina bele wey cixartmasin AMIN. recourse xebere gore twk winked

--------------------
MEN HEYATIMDA YALNIZ BIR OGLANIN ARXASINCA QACARAM : O DA OGLUM YERIMEYI OYRENEN ZAMAN YIXILMASIN DEYE......

DOQRULAR

  • 28 iyun 2011 22:43
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Heqiqeten tesirli hekayedi.teshekkurler

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

R.M_FaNaTka

  • 24 iyun 2011 23:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkur edirem cox sagol

--------------------

CandyGirl

  • 24 iyun 2011 16:19
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

lema

  • 24 iyun 2011 13:00
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Çoox tesirlendim. recourse teşekkür edirem......

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Grace_Angel

  • 24 iyun 2011 11:37
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem bacis...Cox maraqli ve tesirlendirici bir hekaye idi...((( Bezen kicik yalanlar sonda hec gozlenilmeyen boyuk pis hadiselerin bas vermesine sebeb olur...Bele hadiselerden uzaq olmaq ucun...calismaliyiq her zaman duzgun danisaq...hekaye ucun minnetdaram!!!

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan kiçik olsa belə, əməl dəftərində qeyd olunur.” (“Vəsailuş-şiə”, 8-ci cild, səh. 577)

--------------------

Inciciceyi

  • 24 iyun 2011 10:41
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqlidi allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Ruhi87

  • 24 iyun 2011 09:53
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
tesirli idi... sad

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 72
Cəmi: 94

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}