Əgər Zeynəb (s.ə) olmasaydı

 
Əgər Zeynəb (s.ə) olmasaydı


İndiyə qədər bu haqda fikirləşmişik ki, əgər Zeynəb (s.ə.) olmasaydı, İslam tarixində nələr baş verərdi? Zeynəb (s.ə.) olmasaydı nə olardı?

Əgər Zeynəb (s.ə.) olmasaydı, dördüncü İmamın (ə) dövründə rəhbərlik ən alçaq insanların əlinə düşərdi. İmamların İlahi risaləti də natamam qalardı.

Abbas Muhəmməd Əqad Kərbəladan yazır: “O zaman ki, Zeynəb, İbni Ziyad tərəfindən qardaşı oğlunu öldürmək əmrini eşidir - ona tərəf gedib, qucaqlayır. O, bu işə razı olmadığını bildirərək, fəryad çəkir və onun bu hərəkəti İbni Ziyadı o qədər heyrətə gətirir ki, öz çirkin əməlindən əl çəkməyə məcbur olur. Şübhəsiz əgər Zeynəbin (ə) bu fədakarlığı olmasaydı, qardaşının bu tək yadigarı da düşmən əlində tələf olacaqdı”.

Həzrət Zeynəb (s.ə.) gəldi ki, bu günə qədər başımızda bir İmam (ə) olsun. Bəli, dördüncü İmamımızı (ə) Həzrət Zeynəb (ə) xilas etmişdi. O, Həzrət Zeynəlabidibinə (ə) elə yapışır və deyir: “Allaha and olsun ki, ondan ayrılmayacağam. Əgər onu öldürsəniz, məni də onunla öldürün”.

Livanlı filosof olan Muhəmmədcəvad Məğni yazır: “Əli (ə) Peyğəmbərin (s) birbaşa Allahdan aldığı elmləri alaraq, övladına ötürür. Bu elm onun övladları tərəfindən bizə çatmışdır”.

Bu həqiqət Əməvilərdən (lən) də gizli deyildi. Ona görə də Əlinin (ə) nəslini kəsmək istəyirdilər. Onun nəslindən heç kimi sağ qoymaq istəmirdilər. İmam Zeynəlabidinin (ə) qətlə yetirilməsi cəhdi də buna görə olmuşdur. Əməvilər behişt cavanlarının iki sərvərini - İmam Həsəni (ə) və İmam Hüseyni (ə) qətlə yetirdilər. İmam Hüseynin (ə) övladlarını məhv etdilər. Onların içində ancaq İmam Zeynəlabidin (ə) sağ qaldı.

Həzrət Zeynəb (s.ə.) İslamın qalmasının zamini idi

Bəli, Zeynəb (s.ə.) İslamın, Nəbəvi elminin və Əhli-beytin (ə) qalmasının zamini idi. O, öz varlığı ilə imamət nəslini məhv olmaqdan qorudu. Əgər Zeynəb (s.ə.) olmasaydı, halal və haramı dərk etməyən bu insanlar dördüncü İmamı öldürəcəkdilər.

Şeyx Səduq yazır: “Həzrət Zeynəb (s.ə.) İmam Hüseynin (ə) xüsusi təmçilçisi idi. İnsanlar halal və haram məsələlərində ona müraciət edərdilər”.

Əllamə Maməqani “Tənqihil-məqal” kitabında yazır: “Həzrət Zeynəb (s.ə.) İmam kimi ismət və təharət əhli idi. Heç kim bunu inkar edə bilməz. Əgər belə olmasaydı, İmam Səccadın (ə) xəstə olduğu zamanlarda İmamət yükü onun çiyinlərinə qoyulmazdı. İmam Hüseyn (ə) də öz vəsiyyətini ona etməzdi. İmam Səccad (ə) da onu öz canişini hesab etməzdi”.

Əgər Həzrət Zeynəb (s.ə.) olmasaydı, Aşura hadisəsinin axırı necə olardı?

Lənətlik yezidin dövründə Mədinənin valisi olan Əmr ibni İşraq əsirlərin Mədinəyə qayıtmasından sonra Yezidə (lən) belə yazmışdı: “Həqiqətən Zeynəb (ə) Mədinə camaatı arasında zehnləri təlatümə gətirir. O, çox ağıllı və bilikli qadındır. İmam Hüseyn (ə) qatillərindən intiqam almağı qərara almışdır”.

Təbrisi “İhticac” kitabında yazır: “Əlinin (ə) qızı Zeynəb (s.ə.) insanlara işarə etdi ki, sakit olsunlar və onlar nəfəslərini içlərində saxladılar. Dəvələrin zınqırovları susdu. Sonra danışmağa başladı... Camaat bu kədərli və heyrətamiz sözləri eşidərək, ağladılar. Qəmdən əllərini dişləri ilə gəmirdilər”.

Bu həqiqət o qədər aşkar idi ki, zülm qulları da dilləri ilə bunu etiraf etdilər. Mədinənin valisi Zeynəbin (s.ə.) təsiredici kəlamlarından sonra onu Mədinədən sürgün etməyi qərara alır.

Kamal Səyid “Zeynəb (s.ə.) adlı bir qadın” adlı kitabında yazır: “Sinəsində Əlinin (ə) urəyi döyünən və gözlərində Hüseynin (ə) həyat parıltısını daşıyan bu uca qadın – Həzrət Zeynəb (s.ə.) Yezid sarayına daxil olur. Lənətlik Yezid Həzrət Zeynəbin (s.ə.) məntiqi qarşısında milçək qədər kiçilmişdi. Ola bilsin ki, ilk dəfə idi, görürdü ki, Hüseyn (ə) sağdır. Hələ də Kərbəlada vuruşur və Dəməşq darvazasına yaxınlaşır”.


Geri dön

R.M_FaNaTka

  • 24 iyun 2011 23:43
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
ALLAH raZi OLsun

--------------------

CandyGirl

  • 24 iyun 2011 16:14
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
TEWEKKURRRRRRRRR

--------------------

NELLY19

  • 24 iyun 2011 15:25
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Twkler xeber ucun

Inciciceyi

  • 24 iyun 2011 10:48
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Oxudum allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 62
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}