Zikirləri,duaları və əlamətdar günləri ilə öz mahiyyətini açan ay

 
Zikirləri,duaları və əlamətdar günləri ilə öz mahiyyətini açan ay


Mübarək Rəcəb ayını yaşamaqdayıq. Elə bir ayı yaşayırıq ki, bu ayın əhli, yəni bu ayı lazımi qaydada yaşayan insanlar Qiyamət günündə bütün digərlərindən fərqlənər. Bu mübarək ayda oruc tutan əziz mömin və möminələr ən yüksək dərəcəli mənəvi qidalardan bəhrələnərlər.

İSTİ BİR GÜNDƏ ORUC TUTANI ALLAH MÜTLƏQ BAĞIŞLAYAR


Mövzu ilə bağlı İmam Cəfəri Sadiqə (ə) nisbət verilən çox mübarək bir hədislə bəhsimizi başlamaq istərdik. İmam Sadiq (ə) buyurur ki, isti bir gündə oruc tutan və çox susayan hər bir kəsə Allah Təala min mələyini vəkil edər, min mələyinə tapşırıq verər ki, getsinlər və o bəndənin üzünə əllərini sürtsünlər və onu müjdələsinlər. O bəndə iftar edən zaman Allah Təala buyurar: “Bəh-bəh! Nə gözəl səndən ətir gəlir”. Və mələklərinə üz tutaraq söyləyər: “Ey mələklərim, şahid olunuz ki, mən mütləq bu bəndəmi bağışladım”. Mübarək hədisdən də görünür ki, bu mübarək aylarda oruc tutmağın əcri hesaba gəlməyəcək dərəcədə böyükdür. Bu da yaşadığımız ayın əzəmətindən xəbər verir.

BU AY İSTİĞFAR ÜÇÜN ƏN GÖZƏL FÜRSƏTDİR


Bu ay oruc ayı olmaqla yanaşı, eyni zamanda istiğfar ayıdır. Yəni, elə bir aydır ki, bu ayda fövqəl dərəcədə əməllər, dualar, Allah ilə rabitə yaratmaq üçün böyük imkanlar var. Bu ayda bir zikr var ki, insan həmin zikri bu ay ərzində nə qədər çox desə, o qədər insanın aqibəti üçün xeyirlidir. Bu zikr, insanın istiğfar etməsi, tövbə etməsi üçün imkan yaradır. Zikr belədir: “Əstəğfurillahə və əs-əluhut tövbə”, yəni, “İlahi, Pərvərdigara, Səndən bağışlanma, istiğfar diləyirik!”. Buradan aydın olur ki, insan bu ayda özünü Allah dərgahına qayıtmasına, tövbə etməsinə, Allahdan bağışlanma diləməsinə həsr etməlidir. Göstərilən bu cümlə ayın həqiqi mahiyyətini açmaq üçün ən gözəl vasitələrdəndir.

ZİKRLƏR MÜQAİBİLİNDƏ ŞƏHİDLƏRİN SAVABI QAZANILAN AYDIR


Əziz İslam Peyğəmbərinin (s) bu ayla bağlı çox mübarək buyuruşları və tövsiyələri var. Bunlar arasında əsas yeri, Rəcəb ayının əməlləri, zikrləri ilə daha böyük yer tutur. Əziz Peyğəmbərimiz (s) buyurur: “Hər kim Rəcəb ayında yüz dəfə “Əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” desə və oxuduğu bu duanı sədəqə ilə xətm etsə, Allah da onun vəziyyətini rəhmət və məğfirətlə ilə xətm edər və hər kim bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabını yazarlar”. Gör necə bir ayda yaşayırıq ki, bu ayın ən sadə əməllərini yerinə yetirməyin müqabilində insana 100 şəhidin savabı yazılar. İnsan bu ayın qədrini həmin ay keçəndən sonra bilir. O zaman ki, ondan layiqincə bəhrələnə bilib-bilmədiyinin hesabatını aparır.

İNSANIN ÖZÜNÜ və RƏBBİNİ TANIMASI


Bu ayın çox bərəkətli duaları var. Rəcəb ayında hər gün oxunması tövsiyə olunan dua ən xeyirli dualardan hesab olunur. Allah Təala o qədər lətifdir ki, özünü bəndəsinə müxtəlif yollarla tanıtdırır. Bu baxımdan Rəcəb ayının həmin duası Allahı tanımaq üçün ən nəcib yoldur. Əgər insan Allahı tanımaq istəyirsə, Rəcəb ayının duasına nəzər yetirsin. Həmin duada Allah Təala ən yüksək dərəcədə bəndəyə öz lütfünü göstərir. Duanın bir neçə cümləsinə diqqət etməklə, özünün və Allahın kim olduğunu anlaya bilər. Buyurulur: “...Yə mən yu`til-kəsira bil-qalil”, yəni, “Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir”. “...Yə mən yu`ti mən sə-ələhu”, yəni, “Ey o Allah ki, Ondan istəyənə əta edir”. “...Yə mən yu~ti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu, təhənnunən minhu və rahməh”, yəni, “Ey o Allah ki, Ondan istəməyənə də, Onu tanımayana da öz geniş rəhməti və lütfü ilə verir”. Allahımız belə bir Allahdır. İnsan dualarda Allahı bu lətif adları ilə çağırır və deyir: “...Ə`tini biməs`ələti iyyəkə, cəmi`ə xayrid-dunyə və cəmi`ə xayril-əxirah”, yəni, “Ey Rəbbim, indi mənə bu dünya və axirətin bütün xeyirlərini nəsib et”.

Həqiqətən Allah Təala böyük xeyirlər nəsib edir. Bundan böyük xeyir ola bilər ki, insan Rəcəb ayını yaşasın. Duanın ardında buyurlur: “...Vəsrif ənni biməs`ələti iyyəkə cəmi`ə şərri-dunyə və şərril-əxirah”, yəni, “İlahi, məndən bütün dünyanın və axirətin şərlərini uzaq et”. Bu dünyanın şərləri nədir? Bu dünyanın şərləri - yaltaqlıq, qorxaqlıq, ikiüzlülük, rəzillikdir. İnsan bunlardan olmaq istəmir və bunlardan olmamağı əslində Allahdan diləyir. Bəs axirət şərləri nədir? Ən böyük axirət şəri odur ki, insan Qiyamət günü yezidlə (lən) məşhur olar. Vay o adamın halında ki, Qiyamət günü İmam Hüseyn (ə) onu öz yanına buraxmaya və özündən uzaqlaşdıra. Rəcəb ayında xeyirlər istənildikdə və şərlərdən uzaq olmaq istənildikdə, təkcə fərdi xeyirlər və şərlər nəzərdə tutulmur. Ən başlıcası – ictimai şərlərin dəf olunması və ictimai xeyirlərin qismət olunmasıdır.


Geri dön

CandyGirl

  • 24 iyun 2011 15:42
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

ozlem2010

  • 24 iyun 2011 15:14
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MARAQLI XEBERDI

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

jalicka

  • 24 iyun 2011 15:04
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
allah razi olsun gozel xebere gore saqollll

NELLY19

  • 24 iyun 2011 13:27
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
ALLAH RAZi olsun! eziyyete gore sagol!

lema

  • 24 iyun 2011 13:23
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun.Orda bir yer var idi deyirki zikri 400 defe oxusaq 100 şehidin savabı yazılır.göresen bir güne oxumaq lazımdır? ALLAH RAZI OLSUN.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sweet life

  • 24 iyun 2011 13:10
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
ALLAH RAZi olsun! eziyyete gore sagol!

--------------------

MuslimGirl

  • 24 iyun 2011 12:42
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun! Elə bu ayda mən namaza başlamışam) Amma bəzi insanlar bu ayda oruc tuturlar. Eşitdiyimə görə, düzgün deyil. ALLAH yenə də oruclarını qəbul etsin! Təşəkkürlər

Bu Menem

  • 24 iyun 2011 12:33
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws ALLAH razi olsun winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}