Etikaf edən – sanki özünü rəbbinə vəqf edir

 
Etikaf edən – sanki özünü rəbbinə vəqf edir


ETİKAF EDƏN – SANKİ ÖZÜNÜ RƏBBİNƏ VƏQF EDİR


Rəcəb ayının ən mübarək və dəyərli günləri – etikaf günləridir. Etikaf günləri – insanın özü ilə məşğul olması, özünə vaxt ayırması, öz daxili aləmini yığılıb qalan çirkinliklərdən təmizləməsi üçün ən münasib günlərdir. İnsan ilin yalnızca bu üç gününü özünə həsr etməklə, şeytana (lən) “yox” deyə və özünü tanıya bilər. İnsan üç gün Allah evinin qonağı olur və özünü yalnızca Rəbbinə həsr edir. Çox ağır və şirin bir əməldir. Ona görə ağırdır ki, insan ehram halında edə bilmədiyi əməlləri etikaf zamanı da edə bilməz. Adi halda hətta orucu batil etməyən bəzi əməlləri etikaf zamanı etmək olmaz. İnsan bu günlər ərzində sanki özünü Rəbbinə vəqf edir. İnsan özündə olan bütün natarazlıqları kənara qoyur və özünün şüurlu şəkildə optimal durumunu yaradır.

İnsan il ərzində yığılıb qalan pis vərdişlərini, pis adətlərini Rəcəb ayının məhz bu günlərində kənara qoya bilər. Cədəl etmək, mübahisə etmək, boş-boş danışmaq kimi məsələlər etikafda qadağandır.

Etikaf saxlayan insan aqil olmalıdır. Həmin şəxsin qürbət, ixlas qəsdi olmalıdır. Yəni, bu əməldə riya qətiyyən yolverilməzdir. Etikafda olan şəxs oruc tutmalıdır. Üç gün ərzində məsciddə qalmaq lazımdır. Etikaf yalnız bir neçə məkanda ola bilər. Bunlar, Məscidul-Həram, Məscidul-Nəbi, Kufə məscidi, Bəsrə məscidi, şəhərlərin Came məscidləridir. Etikaf saxlayan insan zərurət olmadan məsciddən çıxa bilməz.


İSLAMDA XÜSUSİ ƏZƏMƏTƏ MALİK MƏSCİDLƏR


İslamda adı çəkilən məscidlər olduqca böyük əzəmətə malikdir. Həmin məscidlərdə qılınan zamanların da savabı olduqca böyükdür. İmam Rza (ə) atalarından nəql edir ki, İmam Baqir (ə) buyurur: “Məscidul-Həramda qılınan bir namaz digər məscidlərdə qılınan yüz min namazdan üstündür”. İslam Məscidul Hərama belə bir dəyəri verib ki, insan burada etdiyi ibadətin əcrini qat-qat daha yuxarı alar. Məscidul-Nəbiyə gəlincə, İmam Sadiq (ə) atalarından nəql edir ki, Allahın Elçisi (s) buyurmuşdur: “Allah dərgahında mənim məscidimdə bir namaz digər məscidlərdə on min namaza bərabərdir. Məscidul-Həramdan başqa ki, bu məsciddə qılınan namaz yüz min namaza bərabərdir”. Kufə məscidinin də İslamda yeri olduqca üstündür. Əbu Bəsir deyir: “Eşitdim ki, İmam Sadiq (ə) buyurdu: “Min peyğəmbər (ə) və min peyğəmbərin (ə) vəsisi Kufə məscidində namaz qılıb. O məscidən Nuhun (ə) dövründə yerdən su çıxıb və Nuh (ə) peyğəmbərin gəmisi də orada düzəlib”. Kufə məscidi belə bir məqama məxsus olan yerdir. İmam Rzaya (ə) nisbət verirlər ki, buyurur: “Kufə məscidində furadə namaz (tək qılınan namaz) başqa məscidlərdə qılınan yetmiş camaat namazından üstündür”. Eyni zamanda İmam Sadiq (ə) buyurur: “Kufə məscidində qılınan namaz, digər məscidlərdə qılınan min namaza bərabərdir”.

RƏCƏB AYININ MAHİYYƏTİNİ AÇAN TARİX – HƏZRƏT ZEYNƏB (ə) VƏFATI


Rəcəb ayı böyüklüyünü, əzəmətini yüksəldən, onun dəyərini daha da aydınlaşdıran amillərdən biri də bu ayda olan əlamətdar günlərdir. Belə əlamətdar günlərdən biri də - Həzrət Zeynəbin (s.ə) vəfatıdır. Mübarək İslam təqvimi ilə hicrətin altıncı ili idi. Həzrət Əli (ə) və Həzrət Zəhranın (ə) ailəsində, Mədinə şəhərində, Həsən (ə) Hüseyndən sonra (ə) bir uşaq dünyaya gəlir. Bu övlad tarixdə çox böyük iz qoyur. Öz yaşayışı, həyat tərzi ilə, gündəlik real mübarizəsi ilə bütün bəşəriyyətə mübarizlik, dönməzlik, zalımların saraylarını öz mətanətli çıxışları ilə titrətmək dərsi qoyur.

Həzrər Zeynəb (ə) bir insandır ki, onun adını Həzrət Cəbrayıl (ə) Allahın tərəfindən əziz Peyğəmbərimizə (ə) çatdırır və xanıma “Zeynəb” - yəni, “atasının zinəti” adı qoyulur. Həzrət Zeynəb (ə) Əlinin (ə) zinəti olaraq əsrlər boyudur həm də bəşəriyyətin zinəti, bütün gözəlliklərin zinətinə çevrilmişdir. Əziz Peyğəmbərimiz (s) buyurmuşdur: “Ona (Həzrət Zeynəbə) hömət göstərin, çünki, o, Xədicəyi-Kubra (ə) kimidir”. Xanımın məqamı Həzrət Xədicənin (ə) məqamına bərabərdir. Beş il bəşəriyyətə rəhmət olaraq gələn əziz Rəsulun (s) tərbiyəsini görür. Çətinlikləri, müsibətləri, ağrılıqları görür.

Həzrət Zeynəb (ə) hələ uşaq ikən bir gün röya aləmində çox ağrılı bir yuxu görür. Bir gün Həzrət Zeynəb (ə) Peyğəmbərin (s) yanına gəlib uşaqlara məxsus şirin dillə deyir: “Ya Rəsulallah, bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf, bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopartdı. Mən ikinci dəfə onun bir budağından tutdum. Amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin, külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım”. Əziz Peyğəmbərimiz (s) Həzrət Zeynəbin (ə) bu sözlərini eşitdikdən sonra ağlayaraq buyurur: “Sənin ilk yapışdığın ağac babandır ki, tezliklə dünyadan gedəcək. Sonradakı iki budaq atan və anandır (ə) ki, onlar da dünyadan gedəcək. Bir-birinə yapışmış iki budaqlar isə, qardaşların Həsən (ə) və Hüseyndir (ə) ki, onların da müsibətində dünya zülmətə qərq olacaq”.

ŞÜCAƏTİ HƏZRƏT ZƏHRADAN (ə) ƏXS EDƏN MƏTANƏTLİ XANIM


Həzrət Zeynəb (ə) uşaq ikən Rəsuli-Əkrəmin (s) məktəbini görür. Əziz babası ilə vidalaşandan sonra Həzrət Zeynəbi (ə) bütün ağrı-acısı ilə daha böyük sınaq gözləyir. Anası Həzrət Zəhra (ə) ilə vidalaşmalıdır. Babasının (s) vəfatından keçən az müddətdən sonra anasının, atasının nə çəkdiyini görür. Həzrət Zeynəb (ə) Fədək qəsbinin, Əhli-beytin (ə) haqqına edilmiş təcavüzün şahididir.

Bir gün Yezidin (lən) sarayını öz şücaəti ilə titrədəcək, Yezidin (lən) və onun tör-töküntülərinin (lən) mahiyyətini açaraq onları zəlil edəcək Həzrət Zeynəb (ə), bu dərsi anası Zəhradan (ə) alıb. Həzrət Zəhranın (ə) məsciddə Əhli-beytin hüququ ilə bağlı mətanətli və şücaətli çıxışlarından dərs alıb. Bir gün ana ilə ayrılıq məqamı gəlir... Zəhranın (ə) pak ruhu məlakut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdi. Atanın göstərişi ilə Zəhranın (ə) balaları ana ilə vidalaşıb son dəfə onu qucaqlayıb ayrılırdılar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir: “Zəhranın (ə) kəfənini düyünləyərək Ümmü Gülsüm (ə), Zeynəb (ə), Həsən (ə) və Hüseynə (ə) dedim: “Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. Növbəti görüş Behiştdə olacaqdır”. Həsən (ə) və Hüseyn (ə) anaları tərəfə gələrək bu sözləri deyirdilər: “Anamız Fatimənin (ə) vəfatında olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Anacan, bizim salamımızı babamız Muhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq”.

Həzrət Zeynəb (ə) yetim qalır. İrəlidə Xanımı (ə) daha böyük və daha ciddi sınaqlar gözləyirdi. Həzrət Əli (ə) məktəbini görür Həzrət Zeynəb (ə). Atası məsciddə ikən şəhadətə yetişəndə Həzrət Zeynəbin (ə) 35 yaşı olur. 35 il Həzrət Əli (ə) tərbiyəsi görür. Ailə həyatı qurmaq zamanı gəlib çatanda da Xanım Zeynəb (ə) bəşəriyyəti silkələyən bir dərs ortalığa qoyur. Digərləri müxtəlif məsələlər düşünəndə, Həzrət Zeynəb şərt olaraq, zəruri hallarda qardaşı Hüseynin (ə) yanında olmağı qoyur. Bu Xanımın (ə) şəxsiyyətini göstərir ki, o, ictimai məsələlərə, Allah bəyənən məsələlərə nə qədər böyük əhəmiyyət verirdi.

MÜSİBƏTLƏRİN KULMİNASİYASI – AŞURA MİSSİYASI


Həzrət Zeynəbin (ə) müsibətlərinin kulminasiya nöqtəsi Aşura səhnəsində yaşandı. Aşura gecəsi Həzrət Zeynəb (ə) bütün müsibətlərini belə yada salırdı: “Həzər bu müsibətdən. Kaş, ölüm həyatıma son qoyaydı, bu gün anam Fatimə (ə), atam Əli (ə) və qardaşım Həsənin (ə) dünyadan gedən günlərinə bənzəyir”. Bu Həzrət Zeynəbin (ə) birinci Aşurası deyildi. Bütün vəziyyətlərdə Xanım (ə) bəndə olaraq boynuna nə düşürdüsə, yalnız onu edirdi.

Xanım Zeynəb (ə) Aşura həqiqətinin dünyada çarçısıdır. Yeni bir missiya qarşısındadır Xanım (ə). İndi Xanım (ə) zalımların saraylarını silkələməli, zalımların zülmünü faş etməli, zalımların təkəbbürünü yerə çırpmalıdır. “Qadın kimdir?” sualına cavab verilməli idi. İndiyəcən bəşər ən uca feminist dəyərlərindən danışsa da, hələlik Zeynəb (ə) kimi vətəndaş mövqeyi göstərib, qandallı halda, əsirlikdə ola-ola, şücaətli halda “qadın kimdir?” sualına cavab verə bilməyib. Zeynəb (ə) şəxsiyyəti bu suala cavab verib. Xanın Zeynəb (ə) qadının hansı mərtəbəyə qədər ucala bilməsini göstərib. Bir neçə gün öncə Hüseyn (ə) kimi qardaşı əldən verən Xanım Zeynəb (ə), Yezid (lən) sarayında sınmır. Həzrət Zeynəbdən soruşulanda, “Əhli-beyt (ə) ilə rəftarı necə gördün?”, buyurur: “Mən, Aşurada, bütün bu müsibələrdə gözəllikdən başqa bir şey görmədim”. Bu cümlə Xanımın (ə) həyatının mahiyyətini tam şəkildə üzə çıxarır.

Allahım, bizlərə mübarək Rəcəb ayını Zeynəbvari yaşamağı nəsib et! Bizləri bu aydan əliboş çıxarma! Bizlərə bu ayın xüsusi lütflərindən nəsib et. Amin!


Geri dön

R.M_FaNaTka

  • 24 iyun 2011 23:31
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
maraqli xebere gore tesekkur edirem cox sagol

--------------------

MuslimGirl

  • 24 iyun 2011 15:52
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
İnşallah, hər bir müsəlmana nəsib olar. ALLAH razı olsun!

CandyGirl

  • 24 iyun 2011 15:24
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
GOZELDI ALLAH RAZI OOSLUN

--------------------

NELLY19

  • 24 iyun 2011 14:00
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
cox gozel xeberdi twk...........

Hackap

  • 24 iyun 2011 13:53
  • Məqalə: 2
  • Şərh: 32
  • Bal:
{awards}
Allah butun yaxsiliq eden etmeyen muselmanlardan razi olsun

--------------------
Men onu tanimirdim...O meni mene tanitdirdi..

lema

  • 24 iyun 2011 13:50
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Amin! ALLAH RAZI OLSUN.....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Bu Menem

  • 24 iyun 2011 13:43
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws ALLAH RAZI OLSUN winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 42

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}