Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)

 
Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)

26-Əql:
Həqiqətən, Allah-taala bizə təfəkkür, idrak və əql qüvvəsi bəxş etdiyinə görə, bizə əmr etmişdir ki, Onun xəlq etdiyi varlıqlar barəsində fikirləşək, şüurumuzu işə salıb, Allahın hikmətində, kainatdakı nişanələrində və insanın daxili aləmində dərindən düşünək.
İmam Sadiq (ə)-dan “əql nədir?” – deyə soruşulduqda, o həzrət buyurdu: “Əql odur ki, Allah-taala onun vasitəsilə (insandan) sual soruşur və behişt onun vasitəsilə qazanılır.”
Ağıllı insan həyatın çətinliklərinə, ağrı-acılarına dözür, əqli ilə dünyanın puç və müvəqqəti, axirətin isə əbədi və həmişəlik olmasına yəqin edir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Allah əqldən də əziz olacaq bir varlıq yaratmamışdır.”
Həmçinin buyurmuşdur:
“Allahın yaratdığı ilk şey əql idi.” Başqa bir hədisdə buyurmuşdur: “İnsanın dayaq nöqtəsi əqlidir və əqli olmayan şəxsin də dini yoxdur.”
İmam Rza (ə) buyurmuşdur: “Əql Allahın (insanlara) hədiyyəsidir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala insandan (nankorluq etdiyinə görə) bir neməti almaq istədikdə, birinci onun əqlini əlindən alır.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)

27-Qürur:
Qürur insanın dünyaya aldanması deməkdir. İnsanı süst edib, yaxşı əməlinin qarşısını alan hər bir şeyə “qürur” deyilir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Axirəz-zamanda yaşayan insanların qəlbinə qürur hakim kəsiləcəkdir.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)

28-Qəzəb:
Qəzəb insanın nəfsində qaralıq və çirkinlik yaradıb, onu tamamilə dəyişir, rahatlığını iztiraba, sevincini kədərə çevirir, yuxusunun, istirahətinin qarşısını alır, orqanizmə də öz mənfi təsirini göstərir. Əgər qəzəb insana qalib gəlsə, sirlərinin üstünü açar.
İmam Sadiq (ə) buyurmuşdur:
“Allah öz qəzəbini udan şəxsin eyblərini örtər və gizlədər.” (“Kafi”, 2-ci cild, səh. 303)
O həzrət başqa bir hədisdə belə buyurmuşdur:
“Qəzəb hikmət sahiblərinin hikmətini məhv edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar). Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə), ağlına da sahib ola bilməz.” (Yenə orada)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)

29-Qəflət:
Bundan da böyük qəflət ola bilərmi ki, insan əql, düşüncə, istedad və idrak qüvvəsinə malik olduğu halda, onu məqsədsiz, dəyərsiz və boş yerlərdə puça çıxarsın?
İnsan Allah tərəfindən ona verilən qüdrəti o zaman puça çıxarar ki, onun dəyər və əhəmiyyətindən agah olmasın. Buna əsasən, qəflət həmin nadanlıq, həyatda batil, mənasız və faydasız işlərlə məşğul olmaqdır.
Qəflət insanın diqqətsizlik və ağılsızlıq ucbatından düçar olduğu səhvidir.
Alimlərdən biri demişdir:
“Qəlbin qəfləti çoxaldıqda, mələyin insana etdiyi ilhamlar da azalar.” Baba Tahir demişdir: “Qəflət məhrum olmaq deməkdir.”

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)

30-Qəlb:
Qəlbə “qəlb” deyilməsinin səbəbi onun iki həyatın – mələk və Şeytan həyatı – arasında dəyişilməkdə olmasıdır.
Şərif Cürcani deyir:
“Qəlb insanın həqiqətindən ibarət olan İlahi bir zəriflikdir, onun insanın bədənin sol hissəsində yerləşən ürəyi ilə əlaqəsi vardır. İnsanın qəlbi onun elm və iradəsinə bağlıdır və bu, digər canlılarda mövcud deyildir.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“İnsanın qəlbinin ətrafında gəzib-dolaşan şeytanlar olmasaydı, insanlar mələkut aləminə ucalardılar.”
İmam Sadiq (ə) buyurmuşdur:
“Qəlb Allahın hərəmidir; belə isə, Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et).” (“Biharul-ənvar”, 70-ci cild, səh. 25)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (26-30)


Geri dön

CandyGirl

  • 24 iyun 2011 15:50
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
ALLAH ARZI OLSUN

--------------------

NELLY19

  • 24 iyun 2011 14:19
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk twk twk

ZAC EFRON

  • 24 iyun 2011 12:27
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ilk serh menden oxudum maraqli idi twk muellife

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 11
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}