Səbir və Mətanətlər nümunəsi

 
Səbir və Mətanətlər nümunəsi

Həzrət Zeynəb (s.ə.) - Fatimeyi-Siddiqənin (s.ə.) üçüncü övladı idi. O, 5-ci ya 6-cı hicri ilinin cəmadiül-əvvəl ayının 5-də dünyaya göz açmışdır. Bu zaman Əziz Peyğəmbər (s) Mədinədən kənarda idi. Əmirəl-möminin (ə) bu uşağa ad qoymağı Peyğəmbər (s) gələnə qədər təxirə salır. Peyğəmbər (s) Mədinəyə qayıdır və Allahın əmri ilə onun adını Zeynəb qoyur və tövsiyə edir ki, bu körpəni əziz tutsunlar. O, nənəsi Xədicəyə (s.ə) çox bənzəyirdi.

Həzrət Xədicə (s.ə) İslamın əvvələrində bu dini hifz edib, saxlamaq üçün necə şücaət və fədakarlıq göstərmişdisə, Həzrət Zeynəb (s.ə) də İslamın əsaslarının təhlükəyə düşməsinin qarşısını almaq üçün səbir etmiş və fədakarlıq göstərmişdi.

O xanım haqqında deyirlər: “Həzrət şəxsiyyət vüqarında nənəsi
Xədicə (s.ə.) kimi, iffət və ismətdə isə anası Zəhra (s.ə.) kimi idi”.


Zeynəb-Kubra (s.ə.) 5-6 yaşına qədər Peyğəmbərin (s) və əziz anasının ağuşunda böyüyüb boy atmışdı. Bundan sonra isə onun tərbiyəsi Həzrət Əlinin (ə) ixtiyarına verilmişdi. O, 17-ci hicri ilində əmisi oğlu Abdullah ibni Cəfər ilə ailə qurur. O zaman ki, insanlar Əmirəl-möminin (ə) ilə beyət edirlər, xanım atasını himayə etmək üçün Mədinədən Kufəyə gəlir. Həzrət Əlinin (ə) beş il çətin hökumət dövründə atasına təskinlik verir və qəmlərinə şərik olur. O, Kufə qadınlarına dərs də keçirdi.

Həzrət Əli (ə) namaz üstündə lənətlik İbni Mulcəm tərəfindən qılıncla zərbətlənəndən sonra o Həzrətə qulluq edir. Atası şəhid olandan sonra da qardaşı İmam Həsənin (ə) yanında olur. O zaman ki, İmam Həsən (ə) Kufədən Mədinəyə qayıdır, Həzrət Zeynəb (s.ə.) də onunla qayıdır. 50-ci hicri ilində lənətlik Müaviyə İmam Həsəni (ə) zəhərləyəndən sonra qardaşına yenə də özü qulluq edir. İmam Həsən (ə) şəhid olandan sonra qardaşı İmam Hüseynin (ə) xidmətində durur. 60-cı hicri ilində İmam Hüseyn (ə) Məkkəyə yollananda o, da Həzrətlə bərabər Mədinədən çıxır. O gündən Aşura gününə qədər İmam Hüseynin (ə) qiyamı üçün çalışır. Bir an belə qardaşını tək qoymur. Belə nəql edirlər ki, İraqa hərəkət edən zaman İbni Abbas İmam Hüseynə (ə) demişdi ki, əgər bu səfərə getməyə məcbursansa, heç olmasa qadın və uşaqları özünlə aparma. Bu zaman Həzrət Zeynəb (s.ə.) İbni Abbasa buyurur: “Allaha and olsun ki, Hüseyndən ayrılmayacağam. Onunla bir yerdə olacağam. Bir yerdə yaşayıb, bir yerdə öləcəyəm”.

Aşura günü isə Xanımın zəhmətlərini heç kəs unuda bilməz. Əgər Zeynəbin (s.ə.) fədakarlığı və səyləri olmasaydı, şübhəsiz ki, Bəni-Uməyyə Kərbəla hadisəsini insanlara unutdurar, ya da onları həqiqi yollarından azdırardı.
Zeynəbi-Kubranın (s.ə) fəzilətləri

Bütün tarixçilərin etirafına görə, Həzrət Zeynəb (s.ə.) bütün ali və əxlaqi fəzilətlərə malik idi. Bu fəzilətlərin sayəsində insanlığın elə bir həddinə çatmışdı ki, İlahi sirlərin məhrəmi, vilayət və imamətin əmini idi. Öz ömrünün çox az hissəsini özünə həsr etmişdir. Həzrət bu kamalların Allahın xüsusi inayəti, zatı paklğı, Peyğəmbərin (s) və Həzrət Zəhranın (s.ə) və İmam Əlinin (ə) tərəfindən tərbiyə edilməsi, İlahi vacibatları yerinə yeirdiyinə və əxlaqi fəzilətlərə görə əldə etmişdir.

Xanımın fəzilətləri:

1. Allahı tanıması və ürfan. Şübhəsiz ki, bu xanımın bütün kamalları özünün əvəzsiz şəxsiyyəti ilə bərabər,
Allahı tanıması və ürfanı biliklərinə dəlalət edir. Əgər tövhid mərtəbəsi Məsumların (ə)
tövhid mərtəbəsinə yaxın olmasaydı, Kərbəla tufanını bu qədər rahat geridə qoymazdı.

Hələ uşaq vaxtı atasından soruşmuşdu: “Məni çox istəyirsən? Həzrət buyurur: “Bəli, qızım.
Övladlarımız ciyərimizin bir parçası hesab edilir”. O zaman Zeynəb (s.ə.) buyurur: “Məhəbbət və
Allaha sevgi övladlara sevgi ilə bir yerdə qəlbə necə sığışır?”.
Bununla da Fatimənin (s.ə.) qızı xalis tövhid biliyini nümayiş etdirir.

2. Elm və bilik. Zeynəb-Kubranın (s.ə.) elmi məqamını
tanımaq üçün bəzi məsələlərə diqqət etmək kifayətdir.

a). O xanımdan qalan mənalı və gözəl xütbələr.

b). Kufədə olan bütün tarix yazanların şəhadətinə görə o, təfsir və Quran
dərsləri təşkil etmiş və onun sayəsində Kufə qadınları Quran və onun təfsiri ilə tanış olmuşdular.

c). Böyük hədis yazanlardan olan Abdullah İbni Abbas Xanım Zeynəb (s.ə.) haqqında çox sayda hədis nəql etmişdir. O cümlədən xanımın 5 ya 6 yaşında söylədiyi tarixi xütbədir. O, nəql etdiyi hədislərin əvvələrində yazır ki, bizim alim və bilikli Zeynəb belə nəql edir. O, hətta Yezidin sarayında söylədiyi xütbədən sonra lənətlik Yezid demişdi: “Bunlar elə bir nəsildirlər ki, fəsahət və biliklərini Peyğəmbərdən (s) irs aparıblar və onu ana südü ilə qəbul ediblər”.

Şeyx Səduq nəql edir ki, Zeynəb bilik və elminə görə İmam Hüseyn (ə) tərəfindən xüsusi diqqətə malik idi. İnsanlar dini məsələlərdə ona müraciət edərdilər. Hədislərin birində deyilir ki, bir gün İmam Həsən (ə) ilə İmam Hüseyn (ə) Peyğəmbərin (s) kəlamları haqqında bəhs edirdilər. Həzrət Zeynəb (s.ə.) daxil olur və bu bəhsdə iştirak edir. Həmin məsələni olduğu kimi aydın şəkildə bəyan edir. Həzrət İmam Həsən (ə) bacısının bu istedadını görür və ona buyurur: “Həqiqətən, sən nübuvvət ağacından və risalət mədənindənsən”.

3. İbadət və bəndəliyi. Baxmayaraq ki, Həzrət Zeynəbin (s.ə) həyatı İslam maarifini qorumaq üçün sərf olunmuşdur, bunların hamısı İlahi əmlərə itaət demək idi. Xanımın ibadətə xüsusi diqqəti var idi. Ən çətin şəraitlərdə belə ibadətlərinə ara verməzdi.

Həzrət Səccad (ə) buyurur: “Bibim Zeynəb Kərbəla hadisəsində bütün çətinliklərə baxmayaraq, Aşura günü və Məhərərm ayının on birinci günü belə gecə namazlarını tərk etməzdi. İmam Hüseyn (ə) bacısının bəndəliyinə o qədər etiqad bəsləyirdi ki, vida zamanı ona buyurur: “Bacım, məni gecə namazlarında yaddan çıxartma”.

İmam Səccad (ə) buyurur: “Bibim Zeynəb Kufə və Şam yolunda gecə namazlarını qılırdı. Bəzi yerlərdə görürdüm ki, o, yorğunluqdan və düşmənin əziyyətlərindən namazlarını oturan yerdə qılırdı”.

Bütün bunlar xanımın ibadətə verdiyi xüsusi diqqətdən xəbər verir. Ona görə də xanımın ləqəblərindən biri də “Abidətul Ali-Əli (ə)” idi.

4. Şücaət və mətanət. Həzrət Zeynəbin (s.ə.) düşmənlərə qarşı rəftarı xüsusi idi. O, bütün varlığı ilə zülmkarlar ilə mübarizə aparardı. Halbuki, onlar iqtidar sahibi idilər. Xütbə söyləyir və şücaət nümayiş etdirirdi.

Yazıçılardan biri bu haqda yazır: “Zeynəbin (s.ə) düşmənlərlə rəftarı məxsusi idi. Halbuki, onlar qüdrətin zirvəsində idilər. Çox sərt rəftar etdi. O, Bəni-Haşim nəslindən idi. Var gücü ilə nida edir və zülmkar Əməvilərin taxtını yerindən oynadır. Yezidin (lən) məclisində elə xütbə oxuyur ki, onu və ətrafındakıları məyus edir”. (İslami saytlara istinadən)


Geri dön

piko

  • 24 iyun 2011 21:24
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
winked menim wekiliiiiiiiiiimm xexe xebere gore motewekkirem xeyli xub est

ASMIYA

  • 24 iyun 2011 18:48
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
GOZEL ELBET. TESEKKURLER.

--------------------


Mr.Perfect

  • 24 iyun 2011 18:35
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
{awards}
Tesekkur gozel xeberdi

--------------------

CandyGirl

  • 24 iyun 2011 16:29
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
GOZEL XEBERDI

--------------------

jalicka

  • 24 iyun 2011 16:07
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
xebere gore saqollllllllll

Hackap

  • 24 iyun 2011 16:06
  • Məqalə: 2
  • Şərh: 32
  • Bal:
{awards}
Gozel xebere gore saol

--------------------
Men onu tanimirdim...O meni mene tanitdirdi..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}