Azərbaycanın xalq artisti bəzi müğənnilərə “kişi qırığı” dedi

 
Azərbaycanın xalq artisti bəzi müğənnilərə “kişi qırığı” dedi


- Zaur Rzayev kimdir?

- 1952-ci ildə Hacıqabulda anadan olmuşam. 15 illik musiqi təhsilim var. 70-ci ildən Dağıstanın Əməkdar İncəsənət Xadimiyəm. Azərbaycanın xalq artistiyəm. Silahlı Qüvvələr Mahnı və Rəqs ansamblının rəhbəriyəm. 20 ildir xalqın, dövlətin qulluğundayam. Mən xalqıma, dövlətimə bağlı insanam.

- Həyatda hələ çata bilmədiyiniz hansı arzunuz var?

- Arzular çoxdur, sayı-hesabı yoxdur. Hamıya, həmçinin özümə cansağlığı arzulayıram. Allah ağılsıza da ağıl, itaət versin, tək arzum budur.

- Güclü insansınız?

- Əlbəttə güclüyəm. Güclüyəm ki, 40 ildir bu xalqın içindəyəm. Bütün dövlət tədbirlərində oluram. Gücüm olmasa, bunları etmək olmazdı. Amma həmişə söz-söhbətsiz yaşamağa çalışmışam.

- Ürəyinizdə hansı qorxunu dəf etmisiniz?

- Ürəyimdən heç vaxt keçməyib ki, kiminsə var-dövləti var, mənim yoxdur. Heç kimə baxıb qibtə etməmişəm. Əsasən daxili varlığa fikir verirəm. Bir də ömür qısadır, mənimlə dostluq edənlərin hamısı gözütox insanlardır. Acgöz insanları ətrafıma buraxmamışam.

- Zaurun həyatda səhvi nədir?

- Həyatda hamının səhvi olur. Həmişə çalışmışam ki, səhv buraxmayım. Səhvsiz ancaq Tanrıdır.

- Bəs özünüzü nədə günahlandırırsınız?

- Özümü heç nədə günahlandırmıram. Allaha yaxın insanam, pis əməllərim yoxdur. Çoxlu dostlarım var. Ağsaqqal kimi mənə hörmət qoyurlar, yüksək səhnədəyəm, hamı hörmətimi gətirir, xalqın içindəyəm.

- Sizə elə gəlirmi ki, bəlkə də həyat yolunuz hamar olsaydı, bu qədər həzin, kövrək ifa etməzdiniz?

- Deməzdim ki, hamardır. Əvvəllər 1 kanal olub. Dövlət televiziyasında bütün musiqilər nəzarətdə olurdu. Amma indi nə istəyirsən oxu, təki pul ver. Səhnəyə 70-ci illərdə çıxanlar üzük, saat taxardılar. İndi nə gəldi eləyirlər ki, qıza oxşasınlar. Ayıbdır, bizim mentalitetimizə ziddir. Səhnədə özlərinə əl gəzdirən kişi müğənniləri kişi deyil, kişi qırıqlarıdır. Həyatda Allah verən şeyə bəndə əl gəzdirməz. Qadına lazımdır saçlarını qaraltsın, kişiyə yox. Adam nifrət edir belə kişiləri görəndə. Ona görə də dünyanın axırıdır. Abır-həya yaxşı şeydir.

- Abır-həya demişkən, qadın necə olmalıdır?

- Qadın müqəddəsdir. Ana olmalıdır, ən əsası, yüksək ali insani keyfiyyətləri ilə seçilməlidir. Qadını bu həyatda sevmək, ondan canı əsirgəməmək lazımdır.

- Sizin gözünüzdə gözəl qadın necə olmalıdır?

- Əlbəttə ki, təbii gözəl. Təbiilik olanda hər şey tamamlanır. Sünilik olanda maraq olmur ikinci dəfə o insana baxasan, onu vurulasan.

- Sizin üçün sevgi nə deməkdir?


- Sevgi həyatdır. Qadın sevgisi, övlad sevgisi, valideyn sevgisi, bunlar hamısı həyatın başında duran nemətlərdir.

- Sizcə kişi ortada yeyib, qıraqda gəzə bilər?

- Kişi zəhmət çəkməlidir. Ortada yeyib, ortada da gəzməlidir. Şair Qabilin sözü olmasın, təklənirik özümüz, səhv düşəndə yerimiz. Yeri səhv olan insanlar çoxdur, öz yerini İnşallah taparlar.

- Dostlarınızı hansı bacarığınızla təəccübləndirirsiniz?

- Sənətimlə, oturub-duruşumla. Dostluqda təmənnasızam. İndi dost var ki, görür dostunun pulu yoxdur, ona yaxın gəlmir. Bizdə isə dost dostun əziyyətini çəkməlidir. Dostluq ağır yükdür. Dost sözü gərək düz not üzərində düzülsün. Allahımdan çox razıyam ki, mənim gözəl dostlarım var.

- Zaur Rzayev bu sənətdə kiminləsə dostluq edir, kömək olur ona?


- Məndən kim köməklik istəyir, əl tuturam. İnanın, musiqi tayfasından uzağam. Bir də görürsən ki, efirə çıxıb deyirlər, ailəvi dostlarıq. Heç kimlə işim yoxdur. Mənim yaş dövrümdə olan sənətkarlar azdır, kiminlə oturub söhbət edəsən? Mən yenə deyirəm, mənim dostlarım yüksək təbəqədəndir. Əsl dostlardır. Musiqi tayfasının yanında bir söz de, səhər həmin adama çatdıracaqlar. Mən ağsaqqal insanam, yaşım o yaş deyil ki, arada söz aparanla danışım, ya da özümü o vəziyyətə qoyum.

- Niyə qalmaqaldan qaçırsınız?

- Mənim heç kimlə işim yoxdur. İşi olanı da yerində necə lazımdır, oturda bilərəm. Onun arxivinə kimi getdim, adını çəkməyəcəm. Hamı bilir kimdən söhbət gedir. Dünənki uşaq çaşıb mənə təhqiramiz sözlər demişdi. Kimsə öyrətmişdi, o gördü ki, həmin quyu ona çox baha-başa gəldi. Məhkəmədə üzr istədi, cəzasını aldı, özü bilir necə. Elə bədbəxt insanlar var ki, əlinə mikrofon alan kimi məşhurlaşmaq istəyir, qoy kiməsə ilişim, məni tanısınlar. Fikirləşmirlər ki, biri çıxıb sənin başına elə oyun açar, heç özün də bilməzsən. Qalmaqal lazım deyil, sənət göstərmək lazımdır. Sizə bir söz deyim, sənəti olan insan gedib Lökbatanda otursa da, gəlib onu tapacaqlar. Mənimlə qalmaqal etmək istəyən gedib işi ilə məşğul olsun. Ağsaqqalam, ayıb olar. Həmin adam da qalmaqala mənimlə düşmək istədi, gördü ki, ünvanı səhv salıb, başa saldılar ki, adamını tap.

- Haralardasınız, çoxdandır görünmürsünüz?

- Dərbənddə oldum, Azərbaycan Respublikası günü ilə əlaqədar Zərdab rayonunda hərbi orkestrlə birgə konsert verməyə getdim. Samux rayonunda da oldum, İctimai kanalda göstərildi.

- Şou biznes təbirincə desək, sizcə Zaur Rzayevin fanatları var?

- Bizdə şou biznes qətiyyən yoxdur. Söyüşdü bu söz. Kanalı açırsan, görürsən o, onun saçını yolur, biri əxlaqa sataşır. Nə qədər olar belə şeyləri çəkib efirə vermək. Ancaq zəif düşüncəli insan özünü şou biznesdə görə bilər. Düşüncəsiz insanlar - Zaura, Zeynəbə, Rəşid Behbudova, İslam Rzayevə qulaq asa bilməzlər. Bəzi müğənniləri qızışdırırsınız ki, qalmaqal olsun, ən böyük cinayəti siz edirsiniz. Kiminləsə qalmaqal etməyə qorxmuram, abır-həyamdan qorxuram. Bəxtiyar Vahabzadənin sözü olmasın, adım intizardır, həyatım dözüm, bu sonsuz dözümə mən necə dözüm. Şou-biznesdə min oyundan çıxırlar, ona görə nə ərə gedə bilirlər, nə evlənə bilirlər. Dünyanın axırıdır. O ki qaldı sualın ikinci hissəsinə, mənim də özümə görə pərəstişkarlarım var. Mən hər məclisə getmirəm, məni tanıyanlar bilir. Sevməsələr - tələbatım olmasa, məclislərinə dəvət etməzlər. Allahıma çox bağlıyam, bu günə də min şükür. Azərbaycanda Zaur xalq artistidir. "Dilbərim" mahnısı da dillər əzbəridir. Bu mahnıya görə tanındım, 40 ildən çoxdur ki, onu ifa etmişəm, toylarda bu mahnını istəyirlər məndən.

- Toydan söz düşmüşkən, bəzi müğənni xanımlar var ki, el şənliklərində, tədbirlərdə ayaqlarını ayaqlarının üstünə atıb siqaret çəkirlər. Zaur Rzayevin belə xanım müğənnilərə sözü nə olardı?

- Çox pis. Tərbiyəsizlikdir. Qadın kişinin yanında siqaret çəkər? Bəlkə heç çantasında 5 manat pulu da yoxdur, amma moda göstərir. Bu yaxınlarda bir tədbirdə idim, qız oxuyan mənimlə getmişdi. Bir çox dövlət adamları var idi. Onda gördüm ki, damağında siqaret ayağını ayağının üstünə atıb. Yaxınlaşdım, çox əsəbiləşdim. Dedim: "Bu nə hərəkətdir? Dur rədd ol get, o tərəfdə çək." Siqaret kişiyə yaraşır. Qadından gül iyi gəlməlidir. Əvvəllər nənələrimiz çəkirdi dərd-qəmdən, amma indikilər moda ilə ayaqlaşıb çəkirlər. Mənim 60 yaşım var, siqaret çəkmirəm.

- Sizi qapalı və qeyri-səmimi müğənni kimi qəbul edənlər də var. Buna nə sözünüz?

- Hamı məni sevə bilməz ki. Belə bir misal var: «Sən ağa, mən ağa, inəkləri kim sağa». Hamı ağa olsa, onda nə olar? Gərək elə mahnı oxuyasan, qeyri-adi geyinəsən, meyxananı sintez edəsən ki, səni qəbul etsinlər.

- Müğənnilikdən başqa özünüzü hansı sənətdə görə bilirsiniz?

- Mən daşdan da çörək çıxardan insanam. Hər hansı bir sənətdə peşəkar olardım.

- Efirlərdə niyə çox görsənmirsiniz, səbəb nədir? Çağırmırlar?

- Bu yaxınlarda telekanalların birindən mənə zəng gəldi. Dedilər, Zaur müəllim, yemək bişirə bilərsiniz? Sonra da pul istədilər. Soruşdular, nə qədər pul verə bilərsiniz? Onsuz da hörmət edirik də, bunu telefonda deməyin nə mənası var? Axı ayıbdır, 60 yaşım var, mən gəlib orda nə bişirəcəm? Dost-tanış var, adam qalır, bilmir neyləsin. Efirlərə reklam lazımdır. Yemək bişirməyə də sırğa taxan çağırsalar yaxşıdır. Onlara kişi qırığı deyirəm.

Kişilik cinsin növü və ya fizioloji quruluşla ölçülmür. Əsl kişilər köhnə kişilər kimi, yəni ağsaqqallar kimi olur. Kişi qırıqlarını bir yerə toplasan da, kişi olmaz. Ən yaxşı halda qırıq kişi obrazı alınar və ya abstrakt bir tabloya bənzəyər. Şəlalə rubrikasında yenidən görüşənədək...


Geri dön

Nadira

  • 25 iyun 2011 01:09
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
laughing

Cazibe

  • 24 iyun 2011 21:41
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
[center][/center][color=#336666][/color]çox sağ olun

qonce

  • 24 iyun 2011 21:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur oxudum....

Mr.Perfect

  • 24 iyun 2011 18:47
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
Twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}