Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

 
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

Bu gün milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ad günüdür. 71 yaşı tamam olan Elçibəyin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb.

Əbülfəz Elçibəy 70-ci illərdə Azərbaycandakı dissident siyasi fikrin nümayəndələrindən olub. O vaxtın dissidentləri daha çox ədəbiyyat sahəsinin adamları olduqları üçün etirazları da poetik ifadə çərçivəsində qalır və rasional etiraz forması ala bilmirdi. Amma Əbülfəz Elçibəyin başqalarından fərqi onda idi ki, o öz etirazının siyasi sistemdəki və iqtisadiyyatdakı hədəflərini müəyyən edə bilirdi. Tarixçi olması ona imperiyanın mövcudluğunun sosial, iqtisadi və siyasi səbəblərini müəyyənləşdirmək imkanı verirdi. Əbülfəz Elçibəy bir millətçi və türkçü idi. Amma onun millətçiliyi ifrata varmır və çoxluğun azlıq üzərində hegemonluğunu ehtiva etmirdi. Elə buna görə də 1992-ci ilin 7 iyununda prezident seçilən Əbülfəz Elçibəyin dövlət başçısı kimi ilk fərmanlarından biri milli azlıqların hüquqları və inkişafıyla bağlı idi.

Onun adını Azərbaycanın müstəqillik tarixinə yazan addımlardan biri də Rusiya qoşunlarının ölkəmizdən çıxarılması oldu. Bu, o vaxt baş verirdi ki, postsovet məkanında yaradılan müstəqil ölkələrin böyük əksəriyyəti imperiya qoşunlarından xilas ola bilmirdi. Amma Əbülfəz Elçibəy bunun nə qədər çətin olduğunu anlaya-anlaya rus qoşunlarını ölkədən çıxarmağa və faktiki olaraq, bu qoşunlara məxsus texnikanın Azərbaycanda qalmasına nail oldu. Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması da Əbülfəz Elçibəyin prezidentliyinin çox əhəmiyyətli məqamıydı. Bundan başqa, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun ağdərə istiqamətində irəliləməsi, əsgərlərimizin kiçik miqyasda qələbə sevincini dadması da Əbülfəz Elçibəyin xidmətlərindən idi. Bununla da Elçibəy Azərbaycanın tam müstəqil bir dövlət kimi tanınmasına nail oldu. Əbülfəz Elçibəyin hakimiyyəti illərində Azərbaycanın ilk milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında ilk dəfə test üsulu tətbiq edilib.

Müharibə fonunda Bakıda hakimiyyət uğrunda gedən mübarizə, 1993-cü ilin iyununda silahlı müqavimətlə müşayiət olundu və Elçibəy paytaxtı tərk etmək məcburiyyətində qaldı. Təxminən dörd il doğulduğu Kələki kəndində yaşayan Əbülfəz Elçibəy 1997-ci ildə geri qayıtdı və yenidən hakimiyyət uğrunda mübarizəyə qatıldı. Amma o, bu dəfə də siyasi fəaliyyətini yarımçıq dayandırmalı oldu. Bu dəfə ona siyasi deyil, səhhətindəki problemlər mane oldu. 2000-ci ildə Əbülfəz Elçibəy müalicə olunmaq üçün Türkiyənin Gülhanə hərbi hospitalına getsə də, avqustun 22-də elə həmin xəstəxanada vəfat edib.

Əbülfəz Elçibəyin vəfatından sonra onun barəsində müxtəlif fikirlər səslənib. Xüsusilə siyasi fəaliyyəti çoxsahəli təhlil edilib. Amma dəyişməyən bir fikir var: millətçiliyi ilə ifrata varmayan tarixçi və türkçü, sadə vətəndaş və qəribə insan…


Geri dön

RoMaNTiK SerSeRi

  • 14 fevral 2012 21:47
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 19:59
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Maqa lenkeranli

  • 21 oktyabr 2011 13:10
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
Allah Rehmet Elesin.

meaningles_life

  • 9 oktyabr 2011 12:34
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
iuayfhwhfiwhfwiuhfiu

kmxz lkzxkl

asdadasdasda

Zehra MeLeK

  • 2 sentyabr 2011 16:12
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
Allah rehmet elesin

mostux

  • 24 iyul 2011 01:45
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
O Böyük Türkdü

music_angel

  • 21 iyul 2011 22:52
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

David Villa

  • 7 iyul 2011 23:46
  • Məqalə: 2
  • Şərh: 95
  • Bal:
{awards}
tesekkurler cox sagol

--------------------
Soruşma ki, sənin ölkən sənin üçün nə edə bilər, soruş ki, sən ölkən üçün nə edə bilərsən.

kiskanc

  • 2 iyul 2011 17:02
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkur edirem

tatamik

  • 28 iyun 2011 16:23
  • Məqalə: 0
  • Şərh: 144
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------
любит отпусти вернется твое нет никогда твоим не было

JISTEN TIMBERLAND

  • 24 iyun 2011 18:39
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

CandyGirl

  • 24 iyun 2011 18:11
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
teüekkurrrrrr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}