Ümidsizlik kafirlik əlamətidir

 
Ümidsizlik kafirlik əlamətidir
Ümidsizlik kafirlik əlamətidir

Dua edən insan Allah tərəfindən duaya dəvət olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə vəd verdiyini unutmamalıdır.
Bütün varlıq aləminə hakim olan Allah üçün hər hansı duanı yerinə yetirmək heç bir çətinlik törətmir. İstər asan, istərsə də çətin bir iş Allahın yalnız bir əmri ilə həyata keçir.
Bu səbəbdən də sonsuz qüdrət, bəsirət, kərəm, lütf, rəhmət sahibi olan Allaha dua edərkən ümidsizliyə heç bir əsas yoxdur.
Qurani-Məcidin buyurduğu kimi, ümidsizlik kafirlərə məxsus sifətdir. “Yusif” surəsinin 87- ci ayəsində buyurulur:

“Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki yalnız kafirlər ilahi rəhmətdən ümidsiz qala bilərlər.” Ayələrdə təkrar-təkrar tapşırılır ki, Allahın rəhmətindən məyus olmayın.
Allahın Rəsulu (s) buyurur:
“Allaha ümidini itirməmiş günahkar ümidini itirmiş abiddən ilahi rəhmətə daha yaxındır.”
İmam Sadiq (ə) buyurur:
“Allaha ümidsizliyin soyuğu şiddətli şaxtadan da sərtdir.”
İslam dinində Allahın rəhmətindən ümidsizlik böyük günahlardan sayılır və belə bir günah müqabilində cəhənnəm əzabı vəd edilir.
Duanın dərhal qəbul olmaması insanı məyus etməməlidir. Çünki insan üçün nəyin daha xeyirli olduğunu yalnız Allah bilir.
Allah-Taala dua edən kəsin axirət məqamını yüksəltmək üçün onun istəyinin qəbulunu yubada da bilər. Ümidsizlik nə ağıl, nə şəriət, nə əxlaq, nə də insanlıq baxımından qəbul edilə bilməz. Həqiqi mömin heç bir vəchlə Allahdan ümidini üzmür.
Dua və onun qəbulu haqqında mötəbər mənbələrdə çoxlu rəvayətlər mövcuddur.
Əba Əbdillah (ə) buyurmuşdur :

“Bəndə dua edər, sonra Allah iki mələyə buyurar:“Mən onun duasını qəbul etdim. Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, duasına davam etsin. Çünki onun səsini eşitmək xoşdur.” Amma elə bəndə də var ki, o dua etdikdə Allah buyurar: “Onun istəyini tez yerinə yetirin. Çünki o, nifrət doğurur.”
Mənsur Səyqəl İmam Sadiq (ə)-dan soruşur ki, bəzən dualar qəbul olur, bəzən isə bir müddət təxirə düşür. Görəsən, bu təxirdən məqsəd duanı davamlı etməkdirmi?
İmam buyurur ki:
-”Bəli”.

Ümidsizlik kafirlik əlamətidir


Geri dön

CandyGirl

  • 1 iyul 2011 13:10
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tessekur edirem

--------------------

Gamze

  • 24 iyun 2011 23:17
  • Məqalə: 356
  • Şərh: 196
  • Bal:
{awards}
Umid geleceye baxmaqdi...eziyyete hormet sonsuz tesekkuRrr

--------------------

R.M_FaNaTka

  • 24 iyun 2011 23:16
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkur edirem cox sagol

--------------------

MuslimGirl

  • 24 iyun 2011 22:29
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Heç bir zaman ümidsiz yaşamamışam. Həmişə bir ümidim olub və onunla bərabər yola çıxmışam. Ümid edirəm ki, ümidsiz qalmaram heç vaxt...AMİN! ALLAH razı olsun, bacış

Arzu7

  • 24 iyun 2011 21:01
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}

COOXXX,COOX GOZEL SOZLERDI,

SeSe

  • 24 iyun 2011 20:53
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
XƏBƏRƏ GORƏ COX SAĞ OLUN.bELƏ XƏBƏRDƏN COX VERƏ BİLƏRSİZ?

lema

  • 24 iyun 2011 20:51
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
men heç vaxt ümidimi itirmemişem ümidler en son ölür.....teşekkür edirem maraqlı xebere göre....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Cant_Breathe

  • 24 iyun 2011 19:59
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Men de chox vaxt bezirem her sheyden,umidsiz oluram. Amma hemishe Shukur etmek, umidli olmaq lazimdi. Xebere gore chox teshekkurler.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Sevinc ADU

  • 24 iyun 2011 19:52
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.Cox deyerli gozlerdir.Sukurler olsun men bunlara emel edirem.ALLAHDAN umudimi hec vaxt uzmurem,daima dua edirem.Sukur Rebbimize butun dualarim heyata kecir.

SUADA_M

  • 24 iyun 2011 19:46
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TEWEKKURLER.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}