Dil – Susmaq və Danışmaq

 
Dil – Susmaq və Danışmaq

Dil – Susmaq və Danışmaq

Dil – Susmaq və Danışmaq
İmam Sadiq (ə) sükut haqqında belə buyurmuşdur:
1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.
2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.
3-Sükut Allahın razılığına səbəb olur.
4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.
5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.
6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.
7-Sükut nəfsin rahatlığı üçün vasitədir.
8-Sükut Allaha edilən ibadət və münacatların ləzzətini dərk etmək üçün vasitədir.
9-Sükut qəlbi sərtlikdən təmizləyir.
10-Sükut həya və təqva qazanmaq üçün vasitədir.
11-Sükut təfəkkürün, ağlın və mürüvvətin artmasına səbəbdir.
12-Sükut vasitəsilə insan düşüncəli və gözüaçıq olur.” (Ayətullah Məhdəvi Kəninin “Əxlaqi-əməli” kitabından iqtibas edilmişdir)
13-İmam Əli (ə) buyurmuşdur: “İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı, eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir.” (“Misbahuş-şəriə”, 46-cı fəsil)
14-İmam Əli (ə) buyurmuşdur: “Tanınmaq istəyirsinizsə, danışın; çünki insan öz dili altında gizlənmişdir.” (“Nəhcül-bəlağə”, “qısa sözlər”: 392)
15-İmam Əli (ə) buyurmuşdur: “İnsanın batini dili altında gizlənmişdir.” (“Nəhcül-bəlağə”, “qısa sözlər”: 384)
16-İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: “Allah-taala bədən üzvlərindən ən çox dilə əzab verər. Dil deyər ki, İlahi, nə üçün hər bir şeydən çox mənə əzab verdin. Ona deyilər ki, sənin dediyin bir söz yerin şərqini və qərbini bürüdü, onunla nahaq qanlar töküldü, məzlumların malı qəsb olundu və camaatın namusuna ləkə yaxıldı. And olsun izzət və cəlalıma, bədən üzvlərindən heç birinə layiq görmədiyim əzabla səni cəzalandıracağam.” (“Üsuli-kafi”, 2-ci cild, səh. 119, hədis: 1)
17-İmam Sadiq (ə) buyurmuşdur: “Mömin şəxsə sakit olduğu vaxta qədər savab yazılar. Danışmağa gəldikdə isə, ya savab, ya da günah yazılar.” (Yenə orada, səh. 113, hədis: 4)
18-Həzrət Əli (ə) oğlu imam Həsən (ə)-a belə vəsiyyət etmişdir: “Susmaq peşmançılıqdan amanda qalmaqdır, susmaqla itirdiyin mənfəəti ələ gətirmək, danışmaqla itirdiyin faydalırı ələ gətirməkdən asandır.” (“Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 89, hədis: 12)
19-Osman ibni İsa deyir ki, imam Rza (ə)-ın hüzurunda idim, gördüm ki, bir kişi Həzrətdən ona tövsiyə etməsini istədi. Həzrət buyurdu: “Dilini qorusan izzətli olarsan, öz ixtiyarını insanlara vermə, yoxsa özünü zillətə salarsan.” (“Üsuli-kafi”, 2-ci cild, səh. 113, hədis: 4)
20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.” (“Biharul-ənvar”, 71-ci cild, səh. 286)
21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanın qəlbi düzəlməsə, imanı düzəlməz və dili düzəlməsə, qəlbi düzəlməz.” (“Nəhcül-bəlağə”, 175-ci xütbə)
22-İmam Sadiq (ə) buyurmuşdur: “Susmaq dünya və axirətdəki rahatlığın açarıdır.” (“Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 89, hədis: 16)
23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminin nicatı dilini qorumaqdadır.” (Yenə orada)
24-Loğman öz övladına buyurdu: “Ey övladım! Çox vaxt mən danışdığıma görə peşman olmuşam, lakin sükut etdiyim üçün təəssüflənməmişəm.” (“Əl-məhasinu vəl-musavi”, Beyhəqi, 1-ci cild, səh. 166)
25-İmam Əli (ə) buyurmuşdur: “Möminin dili qəlbinin arxasında, münafiqin qəlbi isə dilinin arxasında olar. Mömin danışmazdan əvvəl fikirləşər, əgər xeyir olsa, dilinə gətirər, əgər şər olsa, onu aşkar etməz. Münafiq isə dilinə gələni deyər, xeyir-şərini fikirləşməz.” (“Nəhcül-bəlağə”, (Sübhi Saleh), səh. 476)
26-İmam Rza (ə) buyurmuşdur: “Helm və susmaq düşüncənin əlamətlərindəndir. Həqiqətən, susmaq hikmətin qapılarındandır, məhəbbəti cəzb edir və xeyir işlərin köküdür.” (“Üsuli-kafi”, 2-ci cild, səh. 116, hədis: 21)
27-İmam Əli (ə) buyurmuşdur: “Sözü nə qədər ki, deməmisən, o sənin ixtiyarındadır, elə ki, danışdın, sən onun ixtiyarında olursan. Buna görə də dilini qızıl-gümüşün kimi qoruyub saxla. Çünki çoxlarının bir kəlmə yersiz danışması böyük bir neməti əlindən alıb, onun başına dərd-bəla gətirmişdir.” (“Nəhcül-bəlağə”, “qısa sözlər”: 381)
28-İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir gün yoxdur ki, bədən üzvləri dilə şikayət edib deməsinlər: Səni Allaha and veririk, sənə görə əzab çəkməyək.” (“Vəsailuş-şiə”, 2-ci cild, səh. 266, hədis: 10)
29-İmam Sadiq (ə) buyurur: Loğman öz övladına buyurdu: “Əziz oğlum! Danışmaq gümüşdürsə, danışmamaq qızıldır.”
30-İmam Baqir (ə) buyurmuşdur: “İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.” (“Biharul-ənvar”, 78-ci cild, səh. 178)
31-Bir kişi həzrət Peyğəmbəri-Əkrəm (s)-in yanına gəlib, o həzrətdən tövsiyə etməyi xahiş etdi. Həzrət buyurdu: “Dilini saxla, vay olsun sənə, insanların cəhənnəmi qazanmaqda dillərindən başqa bir şey varmı?!” (“Üsuli-kafi”, 1-ci cild, səh. 115, hədis: 14)
32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Möminin nicatı dilini qorumasındadır.” (Yenə orada, 2-ci cild, səh. 114)
33-İmam Sadiq (ə) buyurmuşdur: “Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın Camaatla yaxşı davranın, onu yersiz danışmaqdan və nalayiq sözlərdən qoruyun.”
34-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala söyüş verən şəxslə düşməndir.”
35-İmam Sadiq (ə) buyurmuşdur: “Pis danışmaq sərtlikdəndir və sərt adamın yeri cəhənnəmdir.”
36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Söyüş verən və boş-boş danışan adamı özünə yoldaş seçən şəxs Allahın ən pis bəndələri zümrəsindən sayılır.”
37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Söyüş vermək, nalayiq sözlər demək və boş-boş danışmaq münafiqlik sifətlərindəndir.”
38-İmam Sadiq (ə) buyurmuşdur: “Dili düz olan şəxsin əxlaqı da pak olar.”
39-İmam Sadiq (ə) buyurmuşdur: “Düz danışan adamı təsdiq edən ilk şəxs Allahdır.”
40-İmam Səccad (ə)-dan danışmaq və susmağın hansı birinin ən fəzilətli olduğu barəsində soruşduqda, o həzrət buyurdu: “Onların hər ikisinin özünəməxsus bəlası var. Əgər hər ikisinin eyblərini götürsək, danışmaq susmaqdan fəzilətlidir.” Soruşdular ki, bu necə ola bilər?
Həzrət cavab verib buyurdu:
“Çünki Allah-taala peyğəmbərləri susmaq üçün deyil, danışmaq üçün göndərmişdir. Susmaqla cənnəti və Allahın vilayətini almaq olmaz. İnsanları sükutla cəhənnəmdən qorxuza bilməzsən. Allahın qəzəbindən sükutla (duaya işarə edir) qurtarmaq olmaz.” (“Vəsailuş-şiə”, 2-ci cild, səh. 255, hədis: 2)

Dil – Susmaq və Danışmaq


Geri dön

INSAN RUHU

  • 2 iyul 2011 22:25
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
ALLAH RAZI OLSUN ...!!!!

Gamze

  • 26 iyun 2011 00:30
  • Məqalə: 356
  • Şərh: 191
  • Bal:
{awards}
Bezi anlarda susmaq bir cox seyi hell edir.Ama susmaq bir cozum deyil,...insanlar danisaraq hell eder meseleleri

--------------------

AliNikA

  • 25 iyun 2011 10:04
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
{awards}
ALLAh razi olsun.tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

King of Rock

  • 25 iyun 2011 00:35
  • Məqalə: 7
  • Şərh: 160
  • Bal:
{awards}
tük edirem

--------------------
♛beni sevmeyen ölsün♛

R.M_FaNaTka

  • 24 iyun 2011 23:15
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ALLAh razi olsun

--------------------

MuslimGirl

  • 24 iyun 2011 22:32
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Haqsızlıq olan yerdə nadir halda susuram. Amma susmağı üstün tuturam həmişə...Çünki nə qədər danışarsansa, qarşındakının dəyəri artar, sən də isə azalar...Susuram ... Tam danışmağa qərar verdiyim anda EFENDIMIZ (s.ə.s.) bir hədisi gəlir aglıma "Susmaq xasiyyətlərin əfəndisidir. ALLAH razı olsun!

YazYamuru

  • 24 iyun 2011 21:38
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
eeeeehhh bu vaxtda zamanda bu sözlere emel eden etmek cox qeliz meseledir...

--------------------



lema

  • 24 iyun 2011 20:47
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
her yerde susmaq lazım deyil haqsızlıqlara yalanlara qarşı susmaq olmaz.....
Teşekkür gözel xebere göre....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

SeSe

  • 24 iyun 2011 20:41
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
GÖZƏL SOZLƏRDİ.aMA BƏZƏN ELƏ OLUR Kİ SUSMAQ İNSANA ACİ VERİR.HƏMİSƏ SUSMAQ DÜZ DEYİL.

qonce

  • 24 iyun 2011 20:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkurler....

SUADA_M

  • 24 iyun 2011 20:22
  • Məqalə: 15
  • Şərh: 558
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}