Kəpənək və həyat

 
Kəpənək və həyat

Bir gün bir baramada kiçik bir dəlik açıldı və bir adam bədənini bu kiçik dəlikdən çıxarmağa çalışan kəpənəyi saatlarla seyr etdi. Sonra kəpənək sanki daha çox irəliləmək istəmirmiş kimi dayandı. Sanki irəliləyə biləcəyi qədər irəliləmişdi və artıq daha çox irəliləyə bilmirdi. Və adam kəpənəyə kömək etməyə qərar verdi. Əlinə bir qayçı aldı və baramanı kəsərək dəliyi böyütdü. Kəpənək asanca çölə çıxdı. Lakin bədəni böyük və qanadları quru və buruq idi. Adam kəpənəyi izləməyə davam etdi. Çünki zamanla qanadlarının böyüyüb bədənini daşıya biləcək qədər genişləyə biləcəyini ümid edirdi. Lakin bu olmadı! Gerçəkdə kəpənək ömürünün geri qalanını o böyük bədəni və quru buruq qanadları ilə ətrafda sürünərək keçirdi. Uçmağı heç bacara bilmədi. Adamın bu tələsikçi yaxşılığı içində anlaya bilmədiyi bu məhdudlaşdırıcı baramanın və kəpənəyin o kiçik dəlikdən çölə çıxmaq üçün verdiyi mübarizənin kəpənək üçün lazımlı olduğu idi. Çünki bu Tanrı'nın həyat mayesinin kəpənəyin bədənindən qanadlarına doğru axmasını təmin etmək üçün tapdığı yol idi. Beləcə kəpənək baramadan xilas olduğu anda uçmağa hazır ola biləcəkdi. Bəzən mübarizələr həyatımızda tam olaraq ehtiyac duyduğumuz şeylərdir.
Əgər Tanrı həyatımıza heç bir maneə, çətinliklə qarsılaşmadan davam etməmizə icazə versəydi şikəst qalardıq. İndi və daha sonra ola biləcəyimiz qədər güclü olmazdıq. Əsla uça bilməzdik. Güc istədim... Və Tanrı məni güclü etmək üçün qarşıma çətinliklər çıxardı. Müdriklik istədim... Və Tanrı mənə həll etmək üçün problemlər verdi. Zənginlik istədim... Və Tanrı işləmək üçün mənə beyin və güclü əzələlər verdi. Cəsarət istədim... Və Tanrı öhdəsindən gəlməyim üçün mənə təhlükə verdi. Sevgi istədim... Və Tanrı kömək etməm üçün problemli insanlar verdi. Yaxşılıq istədim... Və Tanrı mənə fürsətlər verdi. İstədiyim heç bir şeyi əldə etmədim. Ehtiyacım olan hər şeyi əldə etdim...


Geri dön

nice_angel

  • 22 iyul 2011 21:17
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
tewekkurler.....

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

::..ONSLAUGHT::..

  • 5 aprel 2011 20:02
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 23 avqust 2010 23:41
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox maraqli hekaye idi.twk

фея

  • 23 avqust 2010 23:23
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
tw xebere gore

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 68
Cəmi: 94

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 733
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}