ALLAHa tərəf qaçın!

 
ALLAHa tərəf qaçın!

ALLAHa tərəf qaçın!

Qəlbimdə belə bir sual qarşıya çıxdı! İlahi, görəsən bizləri niyə xəlq etmisən?

Buyurdu: “Mən cinləri və insanları yalnız
Mənə ibadət etmək üçün yaratdım!” (“Zariyat”, 56)

Dedim: İlahi çox naümidəm!

Buyurdu: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim!
Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları
bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (“Zümər” surəsi, 53)

Dedim: İlahi! Heç kəs bilmir ki, mənim qəlbimdən nələr keçir?

Buyurdu: “Bilin ki, Allah insanla onun qəlbi arasına girər
(insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin
ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (“Ənfal” surəsi, 24)

Dedim: İlahi! Səndən başqa heç kimim yoxdur!

Buyurdu: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə
etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (“Qaf” surəsi, 16)

Dedim: İlahi! Sanki məni unutmusunuz?

Buyurdu: “Siz Məni yad edin ki, Mən də sizi yad edim!
Mənə şükür edin, Məni inkar etməyin!” (“Bəqərə” surəsi, 152)

Dedim: İlahi! Nə vaxta kimi belə olacam?

Buyurdu: “Onu ancaq Allah bilər! Nə bilirsən,
bəlkə də, o saat (qiyamət) yaxındır)”. (“Əhzab” surəsi, 63)

Dedim: İlahi! Sən əzəmətlisən ona görə də, Sənə yaxındır,
amma mən kiçiyəm mənə görə uzaqdır. Bəs mən nə edim?

Buyurdu: “Sənə nə vəhy gəlirsə, ona tabe ol.
Allah hökm (zəfər hökmünü) verənə qədər səbir et.
O, hökm verənlərin ən yaxşısıdır!” (“Yunus” surəsi, 109)

Dedim: İlahi! Sən çox sakitsən! Sən Pərvərdigarsan və aramsan,
amma mən kiçiyəm və narahatam. İlahi işlərimi yoluna qoy!

Buyurdu: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız
bir şey sizin üçün zərərli ola bilər.
(Onu) Allah bilir, siz bilməzsiniz”. (“Bəqərə” surəsi, 216)

Dedim: İlahi! Sənin qüdrətsiz və zəif bəndənəm, Öz mərhəmətindən mənə də aid elə!

Buyurdu: “Allah insanlara qarşı,
əlbəttə, mehribandır, mərhəmətlidir”. (“Bəqərə” surəsi, 143)

Dedim: İlahi! Darıxıram. Qəlbim sıxılır!

Buyurdu: "Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər.
Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!" (“Yunis” surəsi, 58)

Dedim: İlahi! Sənə təvəkkül edirəm!

Buyurdu: “Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (“Ali-İmran” surəsi, 159)

Dedim: İlahi! Sənə şükür edirəm!

Buyurdu: “İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona
bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar).
Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib
yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər,
axirəti də. Açıq-aşkar ziyan budur, bu!” (“Həcc” surəsi, 11)

Dedim: İlahi! Mən çox tənhayam!

Buyurdu: “Mən yaxınam!” (“Bəqərə” surəsi, 186)

Dedim: İlahi! Sən həmişə mənə yaxınsan, amma
mən çox uzağam. Ey kaş bundan çox Sənə yaxın ola biləydim!

Bururdu: “Səhər-axşam yalvararaq, qorxaraq, səsini
qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (“Əraf” surəsi, 205)

Dedim: Bu da qüdrət və istedad istəyir.

Buyurdu: “Məgər Allahın sizi (günahlarınızı) bağışlamağını
istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (“Nur” surəsi, 22)

Dedim: İlahi! Həqiqətən çox istəyirəm ki, məni bağışlayasan!

Buyurdu: “Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin.
Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!" (“Hud” surəsi, 90)

Dedim: İlahi! Bu qədər günahla nə edə bilərəm?

Buyurdu: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər,
sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!” (“Tövbə” surəsi, 104)

Dedim: Daha tövbə etməkdən xəcalət çəkirəm,
çünki bundan əvvəl də çox tövbə etmişəm amma, yenə günaha tərəf qayıtmışam.

Buyurdu: “(Hər şeyi) Bilən Allahdandır- ...
Günahları bağışlayan, tövbələri qəbul edəndir...” (“Ğafir” surəsi, 2-3)

Dedim: O qədər günahımla hansından tövbə edim?

Buyurdu: “Allah (tövbə etdikdə) bütün günahları bağışlayar.
Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (“Zümər” surəsi, 53)

Dedim: İlahi! Əgər yenə qapına gəlsəm, məni yenə bağışlarsanmı?

Buyurdu: “Axı günahları Allahdan başqa kim bağışlaya bilər?” (“Ali-İmran” surəsi, 135)

Dedim: İlahi! Bilmirəm nəyə görəsə hər vaxt
Sənin bu buyurduğunu eşitdikdə xəcalət çəkib içimdən yanıram və tövbə edirəm?

Buyurdu: “Allah (günahından) tövbə
edənləri, (təmiz və) pak olanları sevər!” (“Bəqərə”, surəsi 22)

Birdən dilimə gəldi: Ey mənim Allahım! Səndən başqa mənim kimi var?

Buyurdu: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” (“Zümər” surəsi, 36)

Sonda dedim: İlahi! Sənin bu qədər mehribanlığının qarşısında mən nə də bilərəm?

Buyurdu: “Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib
şəninə tə’riflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!)
Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə
mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir!” (“Əhzab” surəsi, 41-43)


Geri dön

NELLY19

  • 2 iyul 2011 20:00
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
maraqli xeber ucun tewekkurler

Inciciceyi

  • 29 iyun 2011 10:09
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 25 iyun 2011 17:25
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------

Sevinc ADU

  • 25 iyun 2011 17:23
  • Məqalə: 2
  • Şərh: 181
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.Cox deyerli xeberdir.Tesekkur edirem.

rossioneri-004

  • 25 iyun 2011 16:00
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN.
TEWWKKUR EDIREM

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

lema

  • 25 iyun 2011 15:24
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
MuslimGirl,
AMİN.
Allah razı olsun....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MuslimGirl

  • 25 iyun 2011 14:56
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
ALLAH razı olsun sizdən! Çox dəyərli xəbərdir. İnşallah, ALLAH bizə qiyamətə qədər səbir verər, zəfər səbiri.

Mr.Perfect

  • 25 iyun 2011 14:36
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 49
Cəmi: 144
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}