Uğursuz məktub

 
Uğursuz məktub

Uğursuz məktub...

Və ya səhlənkar poçt işçiləri


İnsan daima informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə ehtiyac duyur. Bir vaxtlar informasiyanı bir yerdən digər yerə ötürmək üçün tonqal qalamaq, qasid göndərmək, öyrədilmiş xüsusi göyərçin yollamaq və sair kimi vasitələrdən istifadə edilirdisə, indi buna ehtiyac qalmayıb. Çünki avtomobil, dəmir yolu, təyyarə və sürətli internet kimi vasitələr ortaya çıxıb. Lakin deyəsən bütün sadaladığımız bu vasitələr də Azərbaycanda məktub və ya bağlamanın göstərilən ünvana vaxtı-vaxtında çatdırılması üçün kifayət etmir.


“Mayın 20-də Almaniyadan mənə bu ölkədə keçiriləcək treninqdə iştirakım üçün dəvət məktubu göndərmişdilər. 2-3 gündən sonra Almaniyadan mənə bildirdilər ki, məktub artıq Azərbaycana çatıb. Özüm də internetdə ştrixkodunu daxil etməklə məktubun artıq ölkəmizdə olduğunu öyrəndim”, - deyə şikayətçi bildirib.

Taleh “Azərpoçt”a müraciət etsə də, məktub barədə heç bir məlumatın olmadığını bildiriblər. “Məktub mənə iyun ayının 7-ə qədər lazım idi. Poçt mərkəzindən isə mənə kodun səhv olduğunu deyirdilər. Artıq iyunun 4-ü idi, məktubdan isə bir xəbər yox idi. Sonda Almaniyadan mənə göndərilən məktubun kodu və şəkilinin bir nüsxəsini onlara təqdim etdim. Məhz bundan sonra min bir əziyyətlə məktubun Azərbaycana daxil olduğunu öyrənə bildilər. Lakin onun hansı səbətin içində olduğu, nə vaxt açılacağını, haçan ünvana göndəriləcəyi isə hələ bilmədiklərini söylədilər”, - deyə Taleh bildirib.

Nəhayət şikayətçinin hay-küy salmasından sonra dünənə qədər kodu səhv olan, tapılmayan məktub səhərisi gün düz Talehin ünvanına göndərilib.

Digər şikayətçimiz Elcan Bəşirovun dərdi isə başqadır. O deyir ki, bir müddət əvvəl poçt vasitəsilə Bərdədəki qohumuna pul göndərib. Lakin pulun çatmalı olduğu şəxs rayon şöbəsinə yaxınlaşanda ona hazırda kassada pulun olmadığını bildiriblər. Elcan isə vəziyyətin belə olduğunu görüb pulunu geri istəməyə gedib. “Gördüm ki, rayon şöbəsində pul yoxdur, getdim geri alım. Lakin burda mənə dedilər biz pulu sizə qaytara bilmərik. Yalnız qaynar xəttə zəng edəcəyimi deyəndən 3-4 saat sonra mənə dedilər ki, gəlib pulunu geri götürə bilərsən”, - deyə Elcan Bəşirov qeyd edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsi baş direktorunun müavini Sübhan Kazımov müsahibəsində bildirib ki, təcili pul köçürmə zamanı gecikmə halları 5-10 dəqiqə, maksimum 1 saat ola bilər.

“Uzağı 1 saat müddətində kassada pul olmaya bilər. Ondan o tərəfə mümkün deyil. Biz bütün şöbələri pulnan təmin edirik. Pulunu geri götürmək istəyən şəxslərlə bağlı onu deyə bilərəm ki, həmin insanın pulu özünə qaytarılır”, - deyə Sübhan müəllim qeyd edib.

Müəssisə rəsmisi “Azərpoçt”a daxil olan bütün məktub və bağlamaların 1-2 gün ərzində sahiblərinə çatdırıldığını qeyd edib. “Bizə gündə minlərlə poçt göndərişi daxil olur. Əgər məktub bizə gəlib çatıbsa, o dərhal ünvanına göndərilir. 1-2 gün ərzində vətəndaşa çatdırırıq. Əgər o tərəfdən məktub ştrixkodla gəlirsə onu izləmək mümkündür, sadə məktubları izləmək üçün bizdə elə bir sistem yoxdur. Bizdən bütün göndərişlər ştrixkodla çıxır. Ümumiyyətlə dünyanın heç bir yerində qeydiyyatsız poçt izlənilmir. Yəni bunlar vətəndaşa təqdim olunanda da imza etdirilmir. Heç bir yerdə onların izlənməsi praktikası yoxdur. Bizim Almaniya və Böyük Britaniya ilə poçtdaşınma sistemimizdə heç bir problem yoxdur”, - deyə Sübhan Kazımov vurğulayıb.

İqtisadçı ekspert Zahid Məmmədov müsahibəsində hazırda Azərbaycanın poçt sahəsində ciddi kadr çatışmazlığının olduğunu bildirib. Hazırda poçt sahəsində çoxlu sayda yaşı pensiya həddini ötmüş işçilərin çalışdığını deyən ekspert onları əvəzləyəcək kadrların hazırlanması üçün institut və ya məktəbin olmadığını diqqətimizə çatdırıb.

“Hazırda poçt sistemində xeyli sayda yaşlı insan çalışır. Poçt ümumiyyətlə çox strateji və dinamik olan bir sistemdir. Bu gün həmin insanları işdən çıxartmaq çətin məsələdir. Onların yaşı artıq pensiya həddini də keçib. Hazırda ölkədə görün qədər poçt idarəsi və şöbəsi var. Lakin xüsusi olaraq poçt sahəsində işləyə biləcək, bu sahə üzrə kadr hazırlayacaq bir məktəb və ya institut yoxdur. Bax hazırda bu sahəyə diqqət yetirmək lazımdır. Bu sahədə kadrların yetişdirilməsi vacib şərtlərdən biridir”, - deyə ekspert vurğulayıb.

Ölkədə poçtla göndərilən mühüm sənədlərin vaxtında ünvana yetişdirilməməsinə toxunan Zahid Məmmədov ümumiyyətlə dünya praktikasında bu kimi məktubların özəl poçt sistemləri vasitəsilə göndərildiyini qeyd edib.

“Ümumiyyətlə dünyada bu kimi vacib sənədlər özəl poçt sistemləri vasitəsilə göndərilir. Exspress poçt dünyada ayaqlaşmış bir sistemdir”, - deyə o bildirib.

Hazırda Azərbaycanın poçt sahəsində çox ciddi dəyişikliklərin getdiyini bildirən iqtisadçı ekspert yaxın gələcəkdə bu kimi problemlərin aradan qaldırılacağına ümid etdiyini də söyləyib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədov bu və ya digər halların araşdırılması üçün konkret faktın vacib olduğunu bildirib.

“Məktubun gec çatdırılması ilə bağlı problem yarandıqda, biz məktubun nömrəsini alıb məsələni araşdırırıq və problem bizdə olduqda müvafiq tədbirlər görürük. Ümumiyyətlə məktubun bir ölkədən digərinə göndərilməsi müxtəlif proseslərdən keçir. Ona görə də bu proseslərin hansında nöqsanlara yol verilib, hansında məsuliyyətsizlik olub və yaxud hər hansı bir texniki səbəb ucbatından məktubun itdiyi və ya gecikdirildiyini araşdırmaq üçün mütləq məlumatlar lazımdır. Bu cür halların baş verməməsi üçün birinci növbədə məsələ araşdırılmalıdır. Və bu texnoloji prosesin hansı hissəsində belə hallara yol verilibsə, müvafiq tədbirlər görülməlidir. Digər tərəfdən Azərbaycan poçtu məhz ölkəyə daxil olandan sonrakı proseslərə cavabdehdir. Lakin buna qədər poçtun qəbulu, çeşidlənməsi, yola salınması, aviaşirkətlə daşınıb Azərbaycana gətirilməsi və nəhayət Azərbaycanda hava limanında onun qəbulu və bizim məntəqəyə ötürülməsinə qədər olan proses bizim nəzarətmizdə deyil. Əlbəttə ki, bizim öz poçtumuza aid olan hissədə hər bir hal araşdırılır və çox ciddi tədbir görülür. Lakin bizim müşahidələrimizə görə, əksər hallarda problem bizə gəlib çatanadək gedən proseslərdə baş verir. Bizdə də belə hallar olur, lakin nadir hallarda”, - deyə sektor müdiri qeyd edib.

Digər tərəfdən hətta ən inkişaf etmiş ölkələrdə belə bu kimi halların baş verdiyini bildirən Novruz Məmmədov ölkədə belə hallar baş verən zaman problemin yaranmasında günahkar olan tərəfin cəzalandırıldığını söyləyib.

“Təəssüflər olsun ki, belə hallar hər yerdə baş verir. Lakin vətəndaşa dəymiş həm mənəvi, həm də maddi ziyana görə müvafiq qaydada ödəniş aparılır. Əlbəttə ki, günahkarın hesabına. Müvafiq sənədlər öz təsdiqi tapandan sonra günahkar administrasiyanın hesabına təzminat ödənilir. Bu həm qanunvericilikdə, həm də Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulub”, - deyə N.Məmmədov vurğulayıb.

Poçt vasitəsilə göndərilən pulu ünvanlanan şəxsin almasında yaranan problemə toxunan nazirliyin sektor müdiri belə halların ümumiyyətlə olmadığı bildirib

“Belə halların olması həqiqətə uyğun deyil. Adətən poçtla göndərilən pulun həcmi 100-200 manat olur. Çünki hər bir poçt şöbəsində limit deyilən kassa qalığı var. Yəni bu limit ona görə təyin olunur ki, vətəndaşa hər hansı bir ödəniş üçün pul daxil olduqda kassada olan limit hesabına həmin ödəniş operativ şəkildə həyata keçirilsin. İkinci bir tərəfdən hansısa rayonda yerləşən poçt filialına göndərilən məbləğ böyük olarsa, o zaman rayon mərkəzindən şöbəyə həmin ödənişi aparmaq üçün əlavə vəsait yardımı olur. Və bu zaman həmin gün ən qısa müddətdə ödəniş həyata keçirilə bilər. Digər tərəfdən vətəndaş pulunun geri qaytarılmasını tələb edirsə, mütləq o geri qaytarılmaq üçün də rüsum haqqı ödəməlidir. Və bu zaman pulun geri qaytarılmasında heç bir problem ola bilməz”, - deyə Novruz Məmmədov bildirib.

Poçt sahəsində kadr probleminin yaranması ilə bağlı yaranan fikirlərlə razılaşmayan RİTN-nin sektor müdiri bunun üçün Azərbaycanda Rabitə və Nəqliyyat Kollecinin fəaliyyət göstərdiyini bildirib.

“Azərbaycanda uzun illərdir ki, əvvəllər Rabitə Texnikumu adlanan, indi isə Rabitə və Nəqliyyat Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsi var. Və bu kollecdə poçt sahəsi üçün əsas lazım olan kadrlar, yəni poçt əməliyyatçıları və poçt şöbə rəisləri kimi vəzifələrə mütəxəssislər hazırlanır. Digər tərəfdən nəzərə alsaq ki, “Azərpoçt” bu gün təkcə poçt xidməti deyil, həm də maliyyə xidmətləri göstərir, o zaman konkret heç poçt işçilərinə də ehtiyac yoxdur. Maliyyə ixtisasları üzrə hər hansı ali və ya orta ixtisas təhsili alan şəxslər poçt müəssisələrində işə götürülə bilərlər. O ki qaldı yaşı pensiya həddini ötənlərə, burda müxtəlif kateqoriyalı işçilər var. Onların da əksəriyyəti əsasən poçtalyonlar və əməliyyatçılardır. Qeyd etdiyim kimi onları da əvəzləmək bizim üçün elə bir ciddi problem yaratmır”, - deyə Novruz Məmmədov bildirib.

Yuxarıda deyildiyi kimi, hazırda Azərbaycanın poçt sahəsində ciddi dəyişikliklər həyata keçirilir və bu kimi halların qarşısının alınması istiqamətində işlər görülür. Əgər siz də məktubunuzun vaxtı-vaxtında ünvanına yetişməsini istəyirsinizsə, o zaman məcburən ödənişi nisbətən yüksək olan özəl poçt sistemlərinə müraciət etməlisiniz. Yoxsa nəticə daha acınacaqlı ola - məktubunuz uğursuz alına bilər....


Geri dön

..:MeleK kiz:..

  • 18 oktyabr 2011 11:24
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
cox sagol baci

Poppy

  • 25 avqust 2011 19:19
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
sehler icin minnetdaram

--------------------

THIS IS LEGEND

  • 3 iyul 2011 22:13
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
qeweng xebwerdi saolun

Inciciceyi

  • 28 iyun 2011 12:12
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

CandyGirl

  • 26 iyun 2011 12:59
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
oxumadim tewekkurr

--------------------

tatamik

  • 25 iyun 2011 23:07
  • Məqalə: 0
  • Şərh: 144
  • Bal:
{awards}
teshekkurler

--------------------
любит отпусти вернется твое нет никогда твоим не было

MiLeyla

  • 25 iyun 2011 20:58
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
tewekkurler

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Sweet life

  • 25 iyun 2011 19:21
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
Təşəkkürlər!

--------------------

R.M_FaNaTka

  • 25 iyun 2011 19:21
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

qonce

  • 25 iyun 2011 19:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,oxudum...

Sindrella

  • 25 iyun 2011 19:10
  • Məqalə: 2
  • Şərh: 70
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Karanliklar Ulkesinin Aydinlik Prensesi
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}