Təklik

 
Təklik

Təklik olduqca qaranlıq bir anlayışdır. Çünki təklik insanın onu necə yaşadığına bağlıdır.
Təklik bəzən dinclikdir insan üçün, bəzən kədər. Bəzən qorxudur, qorxduğudur, qaçdığıdır. Bəzən insanın öz özünü axtarışıdır bütün həyatı boyunca.
Təklik öyrədər insana bilmədiklərini, başqa insana necə möhtac olduğunu, çünki insan ictimai bir varlıqdır və istəsə də qopa bilməz digər insanlardan, möhtacdır onlara. Səbəbi də sadədir, həyatı qiymətli edən şey onu bölüşə bilməkdir.
İnsan tək qalmaq istəməz əslində, çünki təklik narahat edər insanı, çünki insanın özünü yarım hiss etməsinə səbəb olar . Nə xoşbəxtliyi tam olar, nə də kədəri. Çünki bölüşə bilməz bunların heç birini və bölüşə bilməyincə də heç bir şeyin mənası qalmaz. Gözəlliyi gözəl edən onu bölüşə bildiyimiz kəslərin olmasıdır.
Zamanla insan öz-özünə təslim olar təkliyə, çünki tək çıxış yolu təklik kimi görünər. Bəlkə başqalarından qaçdığı, qorxduğu və ya onlardan bezdiyi üçün, bəlkə də yalnız dinclik tapa bilmək üçün, ancaq səbəb nə olursa olsun bəzən təkliyi seçər insan. Çünki, çox sevilməsə də, hər nə qədər insanlar tək qalmaq istəməsələr də, bəzən insanın tək sığınacağıdır təklik. Bəlkə də bunun səbəbi insanın təkkən əslində özünü tapmasıdır.İnsan təkliyindəki boşluğu özü ilə doldurar. Ancaq yenə də, təkliyin soyuq qolları hər nə qədər ilkin fərahlıq versə də insana, zamanla bu fərahlığın yerini dondurucu bir soyuq alar.
Təklik bir səhraya bənzər bəlkə də. O ucsuz-bucaqsız qumlar sənin üçün bir şey ifadə etməyən və sənin də onlar üçün bir şey ifadə etmədiyin insanlardır. Ancaq o səhrada bir yerlərdə yaşıl bir vahə vardır və o vahə insanın təkliyinə son verəcək olandır. Ancaq o vahəni tapmaq üçün əvvəl o səhranı aşmaq lazımdır, çünki səhra vahəni mənalı edəndir.
Təklik ən böyük ağrını isə, güzgüyə hər baxdığında artıq öz üzündən başqa bir üz görə bilməyəcəyini bildiyində, ən çox sevdiyinin artıq olmadığını bilə-bilə yaşamaq məcburiyyətində qaldığında verər insana. Çünki təklik insanın xoşbəxt olduğunda gözlərindəki işığın əks olunmasını bir başqa insanın da gözlərində görə bilməməsidir. Çünki təklik kədəri yalnız özünlə paylaşa bilməyindir. Ancaq yenə də təklərin dilini yalnız təklər bilər


Geri dön

MiS ZaRa

  • 10 sentyabr 2011 19:21
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
TwK request

--------------------
Хорошая девушка может простить,но не забыть!

OK

  • 25 iyul 2011 00:25
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}



--------------------

THIS IS LEGEND

  • 3 iyul 2011 21:08
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
maragli idi ellerine salix

CandyGirl

  • 1 iyul 2011 12:57
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 28 iyun 2011 12:00
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler .....................

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

gulshen

  • 26 iyun 2011 08:50
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
tesekkur..............

kukla_2019

  • 26 iyun 2011 05:17
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
TƏKLİYİM MƏNİM CƏNNƏTİMDİR.
NƏ OLUR-OLSUN AMMA ALLAH MƏNDƏN BU TƏKLİYİMİ ALMASIN.

Nadira

  • 26 iyun 2011 01:25
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
maraqli yazidir

YazYamuru

  • 26 iyun 2011 00:13
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
TekliK diNcliKdir inSan ÜcüN,bezenDe KedEr..

eeeehhh teklik ..... belay

t$kkk gözel mövzuya....
.

--------------------



R.M_FaNaTka

  • 25 iyun 2011 22:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel yazidi tesekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 50
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}