I miss You

 
  • 25.06.2011, 22:55
  • Bölmə: Sevgi
  • Müəllif: Gamze
I miss You

Darıxdım...

Danışmaq istəyirəm səninlə..

Səsini Eşitmək..

Telefon danışıqları bəs etmir..

Mesajlar..

Səni yanımda görmək istəyirəm..

Hələ var bilirəm..

Amma yenə də görmək istəyirəm..

Yanımda düz yanımda..

Səni ekrandan görmək bəs etmir..

Amma zaman var az qalsa da..

İçimə atıram darıxmağımı..

Dayana bilmirəm..

Hər yer dar gəlir mənə..

Bəzən qışqırmaq istəyirəm..

Amma edə bilmirəm..

Nə hiss edirəm sadəcə sən bilirsən..

O anlarda səndən gələn bir mesaj..

Səndən gələn bir zəng bəlkə də acımı yüngülləşdirir..

Bunlarla yetinməyə çalışıram..

Mesajınla..

Telegondakı səsinlə..

Mənə bəs etməsə də..

Bir mesajda sözlərlə necə deyilirsə sənə olan darıxmağımı elə ifadə etməyə çalışıram..

Amma hər zaman yarım qalıram..

Susuram..

Seni görməyə ehtiyacım var deyirəm..

Gəlirsən..

Ekrana baxıram..

O sevgiylə baxan gözlərini izləyirəm..

Elə bilirəm darıxmağım keçdi..

Amma içim evvəlkindən də pis ağrıyır..

Bıçaq sancılıb sanki ürəyimə..

Sözlər boğazımda düyünlənir..

Gedirsən sonra sən..

Boş ekranda xəyallara dalıram..

Niyə sənə toxuna bilmirəm?

Niyə yanında deyiləm?

Dünən gecə mən yatarkən

Xəyalımda mənimlə idin..

İndi hardayıq?

Bu darıxmaqdan qaça bilmirəm..

Sarılmaqdan öpməkdən keçdim artıq..

Bir dəfə görüm səni..

Bir dəfə sadəcə..

Sadəcə bir ekrana

Bir telefona məhkum olmaqdan sıxıldım artıq..

Belə daha nə qədər ayrı keçəcək?

Sarılmadan

Öpmədən

Gözlərinin ən dərinlərinə baxmadan..

Sənə toxunmadan daha nə qədər zaman keçəcək?

Bunların bitməsini gözləmək asandı məgər..

Görmək istəyirəm sənişş

Səklin həsrtimi dindirməyə bəs etmir..

yanımda istəyirəm səni..

Səsinin hər zaman qulağımda olması üçün darıxdım..

Telefonlar dərman olmayır artıq..

Bəzən gəzərkən ətrin gəlir burnuma..

Orda olmayacağını bildiyim halda

Ümüdsüzcə

Ətrafa baxıram bəlkə bir yerdən çıxıb gələrsən..

Amma yoxsan..

Nəfəs almaq belə artıq çətindi mənə..

mən səninlə nəfəs alırdım..

Səninlə nəfəsim qarışmışdı..

İndi yoxsan..

Nəfəs almaq çətindi..

Yuxudan gec dururam..

Əslində durmaq istəmirəm..

Sənsiz bütün vaxtlarımı yataraq keçirmək istəyirəm..

Sənə daha tez qovuşum deyə..

Niyə yatıram bilirsən?

Yatarkən sənin sinəndə yatdığımı xəyal edib yuxulayıram..

Ayılmaq istəmirəm..

Kilometrlərcə səndən uzaqdayam..

Qəlbimi incidir..

Yanında olamadım..

Ən ehtiyacın olduğu zamanlarda

Ən sevincli

Ən hüzünlü zamanlarında

Yoruldum artıq..

Darıxdığımdan hər gün göz yaşı tökməkdən..

O an həyatın sadəcə səninlə olan

Sənə toxunan

Səni öpən

Sənə baxan bir neçə saniyəsində donub qalmasını istəyirəm..

Səni yenidən öpə bilmək

Sənə yenidən toxuna bilmək üçün..

Sənin üçün darıxmaq çoooox çətindi sevgilim..

Darıxdığım bədənin deyil bəlkə də..

Ürəyim yanında bir başqa cür çırpınır..

Gözlərim bir başqa cür baxır..

Ulduzlar kimi parıldayırlar..

Gülüşüm sevgi ilə dolur..

Səninlə zaman necə keçir bilmirəm..

Bax buna görə darıxdım..

Bunları yaşamaq üçün darıxdım..

"Darıxmaq" sözü bəs etmir artıq..

Sən olmadan bom boş hiss edirə özümü..

İndi burda olsan

Əllərimi tutsan

Mənə uzun-uzun baxsan

Gözlərini gözlərimdə görsəm..

Mənə bəs etməz mi?

Bəs edər..

Gecənin bir yarısı oxumayacağını bildiyim halda

Darıxdığımdan sənə göndərdiyim mesajlar..

Sənə danışdıqlarım..

Yanımda olsan sənə baxaraq danışsam..

Ya da yanında olarkən göz yaşı tökməyə ehtiyac olmasa..

Həsrətim yanaqlarımdan axıb gedərkən ürəyim ağrayır..

Kimsə bilməz..

Kimsə başa düşməz..

Gecə olub başımı yastığa qoyanda

Sadəcə səni düşünürəm..

Yanımda olmağını..

Yatmağını..

İstəyirəm..

Qulaqlarımda nə qədər qəmli mahnı varsa

Hamısını eşidirəm..

Xəyallara dalar..

Darıxaram..

Və yenə yanaqlarım ağrıyır..

Sən deyirsən hər kəs sevgilisi ilə

Mən sevgili görüncə üzümü çevirirəm..

Baxmaq çətindi..

Səninlə eyni şəhərdə nəfəs almaqçün darıxdım..

Zaman məni boğur..

Zaman incidir..

Nəfəs almaq çətindi..

Sənsiz olmaq çətindi..

Artıq gözləyirəm..

Sona yaxınlaşdım..

Hər andan fərqli olacaq..

Daha fərqli səni qucaqlayacam..

Daha bərk qucaqlayacam səni..

Öpüb iyləyəcəm..

Gözlərinin içinə baxaraq

"Qovuşduq" deyə qışqırmaq zamanını gözləyirəm


Geri dön

THIS IS LEGEND

  • 3 iyul 2011 21:04
  • Məqalə: 10
  • Şərh: 1197
  • Bal:
maragli idi ellerine salix

CandyGirl

  • 1 iyul 2011 12:55
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 28 iyun 2011 11:59
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Super sozleri var twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

King of Rock

  • 26 iyun 2011 13:48
  • Məqalə: 7
  • Şərh: 160
  • Bal:
{awards}
wink wink wink

--------------------
♛beni sevmeyen ölsün♛

CandyGirl

  • 26 iyun 2011 12:49
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkurrrrrrrrrr

--------------------

ZAC EFRON

  • 26 iyun 2011 11:14
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
40Х УЗУН ОЛДУ ОХУМАДЪМ...СПС СПС СПС

Musique Sage

  • 26 iyun 2011 09:51
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
darixdim
danismaq isteyirdim seninle

gulshen

  • 26 iyun 2011 08:44
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
pis deyil cox sagolun

Gamze

  • 26 iyun 2011 00:39
  • Məqalə: 356
  • Şərh: 191
  • Bal:
{awards}
sagolun deyerli fikirlerinize gore smile

--------------------

Nadira

  • 26 iyun 2011 00:28
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
bu deyesen tekrar xeberdi?

qonce

  • 25 iyun 2011 23:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Darıxdım...

Danışmaq istəyirəm səninlə..

Səsini Eşitmək..

Telefon danışıqları bəs etmir..yaninda olmaq isteyirem....

Tesekkur....super idi...

R.M_FaNaTka

  • 25 iyun 2011 23:00
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
eeeeeee bu nedir axi tekrar tekrar xeberler bu xeberi sexsen ozum bu sayta gondermiwem am

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 49
Cəmi: 129
 
NIGAR
Xəbərləri: 42
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}