Həqiqi aşiqlərin əlamətləri

 
Həqiqi aşiqlərin əlamətləri

Allah Təala bəzi peyğəmbərlərə vəhy etmişdir: “Bəndələrimin içərisində elə bəndələr vardır ki, Mənim aşiqimdirlər. Və mən də onların aşiqiyəm. Onlar Mənim muştaqımdırlar və Mən də onların muştaqıyam. Onlar Məni yada salırlar və Mən də onları yada salıram. Onlar Mənə nəzər salırlar və Mən də onlara nəzər salıram. Əgər onların yolu ilə getsən, səni sevəcəyəm. Əgər onların yolundan boyun qaçırtsan, səni həlak edəcəyəm.

Dedi: “Allahım! Onların əlamətləri varmı?”. Allah Təala buyurdu: “Mənim dostlarım olduqları məscidlərdə və mənzillərdə Mənə ibadət edərlər. Onlar həvəslə Günəşin batışına tərəf hərəkət edərlər. Halbuki, bu zaman quşlar yuvalarına qayıdırlar. O zaman ki, gecənin qaranlığı onları bürüyür, başqaları istirahət etmək üçün yerlərini salırlar. Hər dost başqa bir dostu ilə xəlvət edir. Ancaq onlar Mənim qarşımda dayanır, üzlərini Mənim dərgahımda torpağa qoyarlar. Onlara təlim etdiyimiz dualar ilə dua edərlər. Mənə, onlara verdiyim nemətlərə görə sitayiş edərlər. Gecələri işləri Mənim ayrılığımda ah, nalə çəkməkdir. Bəzən ayaq üstündə olurlar, bəzən təşəhhüd deyirlər, bəzən rükuya gedirlər, bəzən də səcdə edirlər. Onlara inayət etdiyim üç şey budur:

1. Nurumu qəlblərində yerləşdirərəm. Necə ki, Mən onlardan xəbərdaram, onlar da bu nur sayəsində Məndən xəbərdar olarlar.

2. Əgər bütün yer və göydə olanlar onların olarsa, gözlərində o qədər kiçik edərəm ki, Məndən qafil olmasınlar.

3. Onlara üz tutaram. O zaman ki, onlara tərəf üz tutaram, heç kim başa düşməz ki, onlara nə inayət edəcəyəm”.


Bəli, o zaman ki, bəndə bu qədər zəhmət və əməklə həqiqi məbuduna eşq bəsləyir, qəlbi Onun təcəlli yerinə çevrilir. Bu zaman başqa bir eşqi Onunla əvəz etmək olarmı? Burada insan İmam Sadiqin (ə) sözlərinin həqiqi mənasını dərk edir: “O zaman ki, bu cür eşq qəlbi məşğul edər, o qəlbin Məşuqu və o eşqin məhbubu ixtiyarsız olaraq hər bir şeydən üstün hesab olunur”.

Həzrət Davud haqqında nəql edilir: “Allah Təala ona buyurmuşdur: “Mənə eşq bəsləyənlərə de: Mənimlə sizin aranızda olan pərdə aradan qalxanda və Məni qəlb gözü ilə görəndə xəlq olmuşlardan ayrı düşmək sizə zərər vurmayacaqdır. Sizin başınıza din kölgəsi düşəndə, dünyanın sizdən üz çevirməsi sizə zərər vurmayacaqdır. Mənim razılığımı istədiyiniz zaman xəlq olmuşların qəzəbi sizə heç bir şey edə bilməyəcəkdir””.

Allahın həqiqi aşiqləri xəlq olmuşlardan kim olursa-olsun, dünya necə olursa-olsun, əgər xəlqin razılığı Onun razılığı yolunda olmazsa, heç bir zaman Allahdan başqasını seçməzlər. Onlar bilirlər ki, ona görə nələrdənsə keçmək insanda heç bir şeyi azaltmaz. Əksinə insan üçün Allah rizayətini qazanmaq üçün sərmayə hazırlayar.

Səhabələrdən olan Hərəm ibni Həyyan deyir: “Mömin o zaman ki, Allahı tanıyır, Onun aşiqi olur. Aşiq olan kimi, Ona tərəf hərəkət edir. Hərəkətin ləzzətini hiss edəndə dünyaya şəhvət gözü ilə baxmır. Axirətə rəğbət gözü ilə baxmır. Cismi bu dünyadadır, ancaq ruhu axirətdədir”.

Yəhya ibni Məaz deyir: “Allah yanında bir misqal xardal qədər eşq, 70 il eşqsiz ibadətdən daha sevimlidir”.

“(Ya Muhəmməd!) Allaha və axirət gününə iman gətirən qövmün, Allaha və onun Peyğəmbərinə müxalif çıxanlarla - öz ataları, oğulları, qardaşları və yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, (Allah) onların qəlblərinə iman yazmışdır və Öz dərgahından olan bir ruh ilə onları qüvvətləndirmişdir. (Onları) altından arxlar axan və içində əbədi olaraq qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Allahın dəstəsi bunlardır. Agah olun ki, həqiqətən, əsl nicat tapanlar da Allahın dəstəsidir”. (“Mucadilə”surəsi, ayə 22).

Bəli, bu eşq - həqiqətdir. İnsanın bütün varlığına təsir qoyar. Onu gizlətmək qüdrətinə malik olmaz. Bu eşqin təsirini onun çöhrəsində, əzalarının bütün hərəkətlərində, aldığı nəfəslərdə, göz yaşlarında, danışığında, üzünün rəngində, bədəninin arıqlığında, yanar ürəyində, dərisinin nazikliyində və məhbubunu yada salmağında aşkar görmək olar. Bu cür insanlar başqalarını öz yarlarından üstün hesab edə bilərlərmi? Xeyr!


Geri dön

THIS IS LEGEND

  • 3 iyul 2011 20:54
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
ELA XEBERDI COXSAOLUN

CandyGirl

  • 1 iyul 2011 12:49
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 28 iyun 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 26 iyun 2011 23:44
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

lema

  • 26 iyun 2011 13:26
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
maraqlı idi.teşekkür edirem.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

CandyGirl

  • 26 iyun 2011 12:33
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurrrrrrrrr

--------------------

Mr.Perfect

  • 26 iyun 2011 11:56
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
tesekkur

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 45
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}