Şokoladlı-armudlu piroq

 
Şokoladlı-armudlu piroq

Şokoladlı-armudlu piroq

Badam və şokolad dilimləri ona xüsusi tam verir

Ərzaqlar:

3-5 iri yetişmiş armud (750 qram)
100 qram badam və yaxud qoz ləpəsi
180 qram kərə yağı
2 ədəd yumurta
140 qram şəkər tozu
140 qram un
1 ç.q. qabartma tozu
50 qram acı şokolad
1 x.q. limonun şirəsi
2 x.q. qaysı cemi və yaxud bal
Bitki yağı

Hazırlanma qaydası:

Armudları yuyub qabığını soyun. 2 ədəd armudu nazik dilimlərlə doğrayıb üzərinə kəsilmiş limon şirəsi sıxaraq piroqun üstünü bəzəmək üçün kənara qoyun.

Qalan armudları xırda kub şəklində doğrayıb üzərinə kəsilmiş limon şirəsi sıxın.
Şokoladı xırdalayın. Badam və yaxud qoz ləpəsini 5-6 dəqiqə ərzində tavada qovurun. Sonra onu blenderdən keçirin.

Təmiz boşqabda yumurtaları sındırıb üzərinə şəkər tozu əlavə edərək, yaxşıca çalın. Daha sonra üzərinə xırda doğranılmış kərə yağı əlavə edib yenidən çalın. Həmin qarışığa üyüdülmüş badam və yaxud qoz ləpəsini töküb qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb xəmirə əlavə edin.

Daha sonra kub şəklində doğranılmış armudları töküb, yenidən qarışdırmağa davam edin. Üzərinə xırdalanmış şokoladları da əlavə edin.

Bişirmək üçün xüsusi forma qabını bitki yağı ilə yağlayıb üzərinə un səpərək (və yaxud perqament kağızı sərin) hazırlanmış xəmiri bərabər şəkildə tökün. Qaşıqla xəmirin üzərini hamarlayın. Daha sonra xəmirin üstünə nazik dilimlərlə doğranılmış armudları dairəvi şəkildə düzün.

Piroqu 160 dərəcə qızdırılmış sobada 60 dəqiqə ərzində bişirin. Piroqun hazır olub-olmadığını yoxlamaq üçün kibrit çöpü batırıb çıxardın. Kibritə xəmir yapışmayıbsa, deməli piroqunuz hazırdır. Piroq bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Üzərinə ərik cemi və yaxud bal çəkin.

Zövgə görə, piroqun üzərinə sürtkəcdən keçirilmiş badam və doğranılmış şokolad da səpə bilərsiz. Piroq soyuq halda çox ləzzətli olur.


Geri dön

NELLY19

  • 3 avqust 2011 13:16
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
tesekkurler xebere gore

THIS IS LEGEND

  • 3 iyul 2011 20:54
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
ELA XEBERDI COXSAOLUN

AliNikA

  • 2 iyul 2011 17:55
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

CandyGirl

  • 1 iyul 2011 12:50
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 28 iyun 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 26 iyun 2011 13:33
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Sitat: CandyGirl
lamiye bisir gelek yeyek

qurbandı sənə gəl amma mən bişirsəm həyatın boyu piroqdan nifrət edəcəksən
wink

lema

  • 26 iyun 2011 13:24
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
armud ile şokalad göresen birge nece dadacaq?sınayacam.teşekkürler...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

CandyGirl

  • 26 iyun 2011 12:33
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
lamiye bisir gelek yeyek

--------------------

hazal kaya

  • 26 iyun 2011 11:35
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 31
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}